Daha çox8
Daha çox8

Satılmış təsis payına görə vergi öhdəliyi

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Təsis paylarını satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi?

Sual: Hüquqi şəxs 2014-cü ildə təsis edilib. Bu payları satarkən əldə olunan vəsaitdən vergi ödənilməlidirmi?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi fiziki şəxslərin gəlir vergisindən azaddır. Əldə olunan gəlirin qalan hissəsi isə Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsi, 102.1.27-ci maddə

Mənbə: vergiler.az


EOMONTH funksiyası – hər ayın son gününün hesablanması

posted in: Excel, Xəbər | 0

EOMONTH funksiyası – hər ayın son gününün hesablanması.

Hər hansı bir tarixə əsasən həmin aydakı son günü formul vasitəsilə hesablamaq istəsək EOMONTH funksiyasından istifadə etməliyik. Məsələn, 13 yanvar 2015-ci il tarixinə əsasən, həmin aydakı ən son günü hesablamağa çalışaq.

EOMONTH function - 1

Bunun etmək üçün, aşağıdakı kimi bir formuldan istifadə etməliyik:

EOMONTH function - 2

Gördüyümüz kimi, funksiya 2 komponentdən ibarətdir:

  1. Start date – başlanğıc tarixi. Excel bu tarixi əsas alaraq hesablama aparacaqdır – 13 yanvar 2015
  2. Months – neçə ay “irəliləmək” istədiyimizi ifadə edən rəqəm – biz sıfır yazmışıq, çünki mövcüd ayın son gününü hesablamaq istəyirik.

Enter düyməsinə basdıqdan sonra, Excel ayın son gününü hesablamış olacaq. Bunu hər zaman dəqiqliklə edə bilməsinin səbəbi, Excel platformasına astronomik təqvimin daha öncədən daxil edilmiş olmasıdır.

Funksiyanın ikinci komponenti üzərində bir az daha ətraflı durmaq istəyirəm. Misalımızda biz Monthsolaraq 0 seçdik, çünki mövcud ayın son gününü hesablamaq məqsədi güdürdük. Lakin, bir sonrakı ayın, 3 ay sonrakı ayın son gününü hesablamaq istəsək nə etməli?

Cavab, düşünürəm ki, çox açıqdır. Bir sonrakı ayın son gününü hesablamaq istəsək 0 yerinə 1 yazmalıyıq.

EOMONTH function - 3

Eyni məntiqlə, daha öncəki ayların son günlərini hesablaya bilmək üçün, geri gedəcəyimiz ay sayısının qarşısına mənfi işarəsini qoymağımız kifayət edəcəkdir. Aşağıdakı cədvəldə, Months komponentinə fərqli dəyərlər daxil etməklə nəticənin necə dəyişdiyini müşahidə etmək mümkündür.

EOMONTH function - 4

Əlavədəki faylı yükləyərək, funksiyanı daha ətraflı analiz edə bilərsiniz.

Faylı yüklə –  EOMONTH funksiyası (900 downloads )

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (4-cü hissə)

posted in: Xəbər | 0

mühasiblərProfessor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

“Mühasibatlıq, bir çoxları təsdiq edir ki, – çox sadə işdir və gəncləri və həyatdan çox-çox uzaq olan, təkrar-təkrar elə hey yeni-yeni kitablar yaradan alimləri  yolundan sapdıran hansısa ağıldan kənar təsvirlər tələb etmir; mühasibat uçotu universitetlərdə və kolleclərdə, “qeyri-səmimi və anlaşılmaz nəzəriyyələr” uyduran professorlardan deyil, öz işini bilən və sevən və insanların istedadını yüksək dəyərləndirdiyi mühasib praktiklərdən, ilahinin mərhəmət göstərdiyi hesabdarlardan öyrənilməlidir”. Buradan belə nəticə çıxır, – Sokolov yazır ki, uçot nəzəriyyəsi – bu ya boş insanların boş uydurmasıdır… və ya “nə vaxtsa mühasibliyi oxuyan, lakin bu işdə işləməyə bacarmayan insanların” mövcud olması üçün bir vasitədir.

İkinci variantı şərti olaraq utilitar adlndırmaq olar.

Bu mövqeyə görə, “mühasibat uçotu nəzəriyyə kimi qəbul olunmalıdır, əks təqdirdə onu universitetlərdə tədris etmək olmazdı”. Professor Sokolovun fikrinə görə, “oxşar cavablar verən adamlar rus generalı İ.O. Suxozanetin (1785-1861-ci illər) təlimatlarını təkrar edirlər: “Elm insana hərbi geyimdəki bir bir düymə kimi lazımdır. Bir düymə olmasa da işləmək mümkündür, lakin bu, artıq nizamsızlıq sayılacaq”. Beləliklə, nəzəriyyə mühasibin sosial statusunun artırılması üçün lazımdır.  Kobudluğuna baxmayaraq belə yanaşma, çox geniş yayılıb və  nəinki heç bir mənası olmayan, əksinə, həm biliyi, həm də onları təmsil edən insanları ləkələyən bir çox müzakirələrin meydana gəlməsinə səbəb olur”.

Üçüncü cavab variantını Y.V. Sokolov ruhunda biz romantik adlandıra bilərik.

Bu mövqeyə görə, “mühasibat uçotu iki tərəfə malikdir”: praktik (hesabdarlıq) və nəzəri (hesabşünaslıq). Birinci aydındır, ikinci, “Təcrübə nəzəriyyəsiz kordur” (İ. Kant) aforizminə əsasən hər bir müəssisənin ən yaxşı iqtisadi nəticələrə nail olmasından ötrü hesabdarlıqdan istifadə imkanlarının aşkara çıxarılması zəruridir. Və burada nəzəriyyə ilk dəfə təcrübədən ayrılır, o, yalnız özünə xas qanunlarla  inkişaf etməyə başlayır. Bu inkişafdan praktikanı tabe etdirən, istiqamətləndirən və formalaşdıran qaydalar doğulur”.

“Təcrübədə doğulan nəzəriyyə, iqtisadi həyat faktlarını ümumiləşdirir və izah edir, ancaq müəyyən bir andan etibarən özünü təmin edir, bəzi ümumi müddəalar əsasında məntiqi qanunlara uyğun inkişaf edir həyatdan, onun təlaşından və problemlərindən tamamilə asılı olmayaraq mövcuddur. Buradan belə bir nəticə çıxır: nəzəriyyə sadəcə işləyənlərə deyil, daha çox düşünərək işləyənlərə lazımdır. Birinci qrupa nəzəriyyə yardımdan daha çox zərər verir, ikinci qrupa – düşünənlər, mühasibat uçotunun dərin problemlərini tədqiq edənlər, normativ sənədləri (qanunlar, qaydalar, təlimatlar) tərtib edənlər və müəssisənin işində yüksək səmərəliliyə çatmaq üçün bu və ya digər metodoloji üsulları seçənlərdən ötrü nəzəriyyə zəruridir, onsuz bu qrupa daxil olan insanlar yaşaya və işləyə bilməzlər”.


Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (5-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İxracla məşğul olan KOB-lar üçün onlayn təlim keçiriləcək

posted in: Xəbər | 0

KOB onlayn təlimİxracla məşğul olan KOB-lar üçün onlayn təlim keçiriləcək.

Avqustun 12-də, saat 15.00-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları” mövzusunda onlayn təlim keçiriləcək.

Tədbirin keçirilməsində məqsəd xarici ticarət fəaliyyəti iştirakçısı olan KOB subyektlərinin Azərbaycan Respublikasının ticarət qanunvericiliyi, o cümlədən malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları, idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri və s. barədə maarifləndirilməsidir.

Onlayn təlimdə İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri tərəfindən mövzu ilə bağlı təqdimat keçiriləcək, praktik məlumatlar veriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Xarici ticarətlə məşğul olan sahibkarlar onlayn təlimə “Microsoft Teams” platforması vasitəsilə aşağıdakı linkə daxil olmaqla qoşula bilərlər:

ttps://bit.ly/31v2wnQ

Əlaqələndirici şəxs:

KOBİA-nın əməkdaşı Urfan Nəbiyev (+994 12) 404-04-01.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!