» » » Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (5-ci hissə)

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (5-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

Mühasibat uçotu – bu elmdir

Professor Sokolov mühasibat işinin cəmiyyət haqqında biliklər sahəsində ən vacib yer tutan tamamilə müstəqil bir elm olduğuna əmin idi. “Elmin sərhədləri yoxdur, o, yazırdı, – və heç vaxt dəqiq şəkildə demək mümkün deyil ki, mühasibat uçotu harada qurtarır və hüquq və ya siyasi iqtisad və ya statistika və yaxud hansısa digər bir elm başlayır. Lakin, bu heç də o demək deyil ki, müstəqil elmlər yoxdur. Və mühasibat uçotunu hüquq, iqtisadiyyat, statistika və s. bağlamaqdan daha səhv bir fikir yoxdur.

Bütün elmləri – ya fənn üzrə (Kant), ya metod üzrə (Rikkert) və ya da məqsəd üzrə (Boqdanov) təsnifatlaşdırmaq mümkündür. Mühasibat uçotunun öz predmeti var – bu, iqtisadi həyat faktları, öz metodu – modelləşdirmə və öz hədəfləri – dəyərlərin mühafizəsinin təmin olunması və təsərrüfat fəaliyyətinin nəticələrinin aşkara çıxarılmasıdır”.

Mühasibat uçotunun bir elm kimi mövcud olmasına dair beş dəlil

Y.V. Sokolovun əminliyinə görə, uçot yalnız “onun nəzəriyyəsi formalaşmağa başlayanda”  elmə çevrilir. “Və baxmayaraq ki, – Yaroslav Sokolov yazır, – bu aydındır, buna baxmayaraq, mühasibatlığı elm adlandırmaq üçün çox ibtidai sənət olduğunu iddia edən peşəkar dairələrdə görkəmli mövqe tutan mühasiblər də var.

Bunda uçotun problemləri deyil, peşəsi haqqında çox xəyali düşünən mühasiblər günahkardır. Sokolov sözünə davam edir, – işlərin formal tərəfinə istinad etmək bəsdir, niyə mütəxəssislərin əksəriyyəti mühasibat uçotunun elm olmasına əmindirlər. Cavab sadədir: ən azından ona görə ki, universitetlərdə müvafiq kafedralar mövcuddur, unuversitetlərin bir çoxunun elmi şuraları isə mühasibatlıqla bağlı əsərlərə görə elmlər namizədi və doktoru adını verirlər. Bu, şübhəiz ki, düzgün və qeyri-formal bir cavabdır.  Lakin, mahiyyətcə bu cavab daha az inandırıcı görünür. Sokolov təsdiq edirdi ki, – elmin ən azı beş şərhini ayırmaq və əmin olmaq olar ki, mühasibat uçotu onların hər birinə uyğundur”.

“Hegel (1770-1831-ci illlər) və onun ardınca marksistlər təsdiq edirlər ki, bilik yalnız onu obyektiv qanunauyğunluqları izah etdikdə, elm hesab olunur. Mühasibat uçotunun bir çox əsrlər ərzində Heraklit ruhunda inkişaf etməsi… bu inkişafın keşmişdən gələcəyə doğru dialektikasını nümayiş etdirir.


Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (6-cı hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun