» » » Azərbaycanda orta aylıq əmək haqqı artıb

Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanda orta aylıq əmək haqqı 23% artıb

orta aylıq əmək haqqıBu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23% artaraq 720 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

İyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 min nəfər və ya 5% artaraq 1695,1 min nəfər olub. Onlardan 922,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5%-i təhsil, 18% ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,2%-i tikinti, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun