» » » Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək

Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək

posted in: Xəbər | 0
birbank biznes

Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək

maliyyə dəstəyi“Budəfəki maliyyə dəstəyi paketi birinci vergi ödəyicilərinə şamil olunur. Hansı ki, vergi ödəyicisi kimi öz borclarını yerinə yetirirlər, dövlət başçısının çağırışına uyğun olaraq işçi heyətinin azaldılmasında ciddi azalmalara yol verməmişdilər”.

Bu fikirləri İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu şəxslərə onların əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək: “250 manat isə yalnız fərdi və mikro sahibkarlara aiddir. Eyni dəstək artıq bir dəfə göstərilib. Qeyd etmək istərdim ki, müraciət etmiş vergi ödəyicilərinin sayı 29 mindən bir qədər çox olub və 215 min işçini əhatə edən 98 milyon manat məbləğində ödənişlər edilib. Burada ödənişin məbləği aylıq əməhaqqı fonduna uyğun olaraq edilirdi. Eyni zamanda 107 minə yaxın fərdi və mikro sahibkar müraciət edib ki, onların da hesablarına 63,6 milyon manat vəsait köçürülüb. İkinci mərhələdə də eyni sahibkarlara dəstəyin göstərilməsi nəzərdə tutulub. Yəni birinci mərhələdə dəstək almış sahibkarlar artıq müraciət etməsələr belə bu dəstəyi alacaqlar. Eyni zamanda avqustun 10-dək vaxt verilib ki, birinci mərhələdə dəstək almayan sahibkarlar müraciət etsin”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun