Azərbaycanda sığorta ilə məşğul olan sahibkarlar auditdən keçiriləcək

posted in: Xəbər | 0

auditAzərbaycanda sığorta fəaliyyəti ilə məşğul olan iri və orta sahibkarlıq subyektlərinin maliyyyə hesabatlarının auditi həyata keçiriləcək.

Bu barədə “Sığorta fəaliyyəti haqqında” Qanunun 93.2-ci maddəsinə edilmiş əlavədə göstərilir.

Qanuna əsasən, hüquqi şəxs olan sığorta brokerlərinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin (iri və orta sahibkarlıq subyektləri istisna olmaqla) maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələb olunmur.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Neft Fondu auditor seçir

posted in: Xəbər | 0

auditorAzərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci il üzrə müstəqil auditor rəyi də daxil olmaqla maliyyə fəaliyyəti barədə illik hesabatının tərtibat və çap işlərinin satınalınması üçün təkliflər sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 17-si, saat 18:00-a qədər fondun yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165 ünvanına təqdim edə bilərlər. Telefon: (012) 498-77-53.

Təkliflərə mayın 18-i, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə sanksiyaları tətbiq edilərkən hansı məqamlara diqqət yetirilməlidir?

posted in: Xəbər | 0

Maliyyə sanksiyalarıMaliyyə sanksiyaları vergi ödəyicilərinin arzulamadıqları haldır. Bəs praktikada bu hal yarandıqda hansı məqamlar nəzərdən qaçırılmamalıdır? Məsələni vergi və mühasibat mütəxəssisi Xəyal Feyzullayev şərh edir.

Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda – aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Burada Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tətbiqi ilə əlaqədar bu Məcəlləsinin 65.2-ci maddəsinin müddəaları ilə nəzərdə tutulan sərəncamın “dondurulma” və ya icra sənədi olan “alınmalı” sərəncamın qoyulmasına diqqət yetirmək lazımdır. Vergi Məcəlləsinin 65.2.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə qoyulmuş sərəncam tarixindən Mülki Məcəllənin 965.2-ci maddəsilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsi ilə nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilir. Lakin pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam (dondurulma) qoyulduğu halda, bu Məcəllənin 58.3-cü maddəsi tətbiq edilmir.

Belə ki, Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə görə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə, kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edildiyi göstərilib.

Bundan əlavə, Məcəllənin 65.2.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.

Misal 1: Tutaq ki, “AA” MMC-nin 2021-ci ilin mart ayı üçün təqdim etdiyi ƏDV bəyannaməsi üzrə 5.000 manat vergi öhdəliyi yaranıb. Lakin müəssisə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vergi borcunu ödəməyib və bunun üçün ona Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, 5 gün müddətində vergi borclarının ödənilməsi barədə bildiriş təqdim edilib. Bildirişdə göstərilən müddət ərzində vergi öhdəliyi yerinə yetirilmədiyi səbəbindən şəxsin bank hesabına “alınmalı” sərəncam qoyulub. Sərəncamın qoyulduğu tarixdən Mülki Məcəllənin 965.2-ci maddəsilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada 20.000 manat məbləğində kassa məxaric əməliyyatları aparılıb. Bu halda səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 10.000 manat maliyyə sanksiyası tətbiq edilir.

Misal 2: “BB”MMC-də aparılan kameral vergi yoxlaması ilə 2021-ci ilin mart ayının ƏDV bəyannaməsi üzrə 5.000 manat məbləğində əlavə vergi hesablanıb. Tutaq ki, vergi ödəyicisinin həmin məbləğ qədər vergi öhdəliyi yaranıb. Vergi ödəyicisinə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam qoyulub. Vergi ödəyicisi isə hesablanmış vergilər barədə yuxarı vergi orqanına şikayət edib. Yuxarı vergi orqanı tərəfindən şikayətə inzibati qaydada baxılıb və qərar qəbul edilib.

Vergi borcunun yarandığı tarixdən qərarın qəbul edildiyi icra tarixinədək “BB” MMC tərəfindən Mülki Məcəllənin 965.2-ci maddəsi ilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada 20.000 manat məbləğində kassa məxaric əməliyyatları aparılıb. Qərarın vergi ödəyicisinin xeyrinə və ya mənfi həll edilməsindən asılı olmayaraq, “BB” MMC tərəfindən qeyd olunan kassa məxaric əməliyyatlarının aparılmasına baxmayaraq, bank hesabında həmin dövrdə “dondurulma sərəncam” olduğu üçün səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsi ilə nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilmir.

Müəllif: Xəyal Feyzullayev


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pul kisənizə zərər vuran maliyyə vərdişləri

posted in: Maliyyə, Məqalə, Xəbər | 0

MilyonçuEkspertlər hesab edirlər ki, maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün sadəcə pulların uçotunu aparmaq və rifahınızı möhkəmləndirməyə mane olan bəzi vərdişlərdəm tam şəkildə qurtulmaq çox zəruridir. Beləliklə, milyonçu olmaq yolunda maneələr yaradan vərdişlər hansılardır?

1№li. Şəxsi maliyyə uçotunun aparılmaması və pulların düşünülmədən xərclənməsi.

Bu vərdiş gəlir çatışmazlığından şikayət edən bir çox insana xasdır. Bu halda hansısa yolla pul əldə edən adam, planlaşdırmaya və öz prioritetlərini müəyyənləşdirməyə diqqət ayırmaq əvəzinə, adamlar dərhal onu xərcləməyə başlayır. Nəticədə vəsaitlər tez qurtarır, bir sıra vacib məsələlər həll olunmamış qalır. Mütəxəssislər maliyyə firavanlığının gəlirlərin səviyyəsindən deyil, şəxsi pulların savadlı şəkildə idarə olunmasından asılı olduğunu unutmamağı tövsiyə edirlər.

 2№li. Borca pul götürmək

Bu vərdiş birinci ilə sıx bağlıdır. Təbii ki, bütün vəsaitləri xərcləyib və aktual problemləri həll etməyən adamlar, vəziyyətdən çıxış yolu axtarırlar və tapırlar – tanışlardan, qohumlardan, həmkarlardan borca pul alırlar. Amma, öz maliyyəsini idarə etməyi öyrənməyən insanlar üçün borcların qaytarılması ilə bağlı problemlərlə üzləşirlər. O səbəbdən, tanışlar, qohumlar və iş yoldaşları çox vaxt həmin şəxslərə bir daha borc vermək istəmirlər. Belə vəziyyətdə həmin insanlar son addıma əl atırlar – kredit təşkilatlarına müraciət edirlər, hansı ki, zaminsiz və gəlirlər barədə arayışsız kömək etməyə hazır olurlar. Sanki hər şey öz yolunda gedir, amma əslində belə deyil, çünki təşkilat sizdən xeyli miqdarda komissiya haqqı və öz ximətinə görə faizlər tutur. Nəticədə qısa müddət üçün maliyyə ilə bağlı hər şeyin qaydasında olması ilə bağlı görüntü yaranır, amma, bir ay ötən kimi həm borcun müəyyən hissəsinin, həm də faizin ödənilməsi reallığı qarşıya çıxır.

3№li. Geriyə pul atmamaq.

Əgər bundan əvvəlki iki vərdişdən kənar bir şəxs olsanız belə, bu hələ sizin maliyyə həyatınızda hər şeyin qaydasında olduğu demək deyil. İndiki zamanda stabil gəlirin olması – sonrakı firavanlığa zəmanət vermir. Hər bir şəxsi və ya ailə büdcəsi hansısa ehtiyata malik olmalıdır, hansı ki, investisiyaya və ya iri bazarlığa xərclənə bilər. Əgər, belə bir pul ehtiyatınız yoxdursa, onda istənilən fors-major vəziyyəti sizi dayanıqlıqdan çıxara və bayaq yuxarıda yazılan məntəqələrə müraciət etmənizə gətirib çıxara bilər.

4№li. Spontan (qəfil) bazarlıqlar

Qəfil, elə “ayaqüstü”  bazarlıqlar çox vaxt lazımsız pul məsrəfinə gətirib çıxarır. Təcrübəli satıcılar sizi çox asanlıqla hər hansı bir malı, məhsulu və ya şeyi almağa sövq edə bilər ki, bu da sizin rahatlığınızı poza bilər. Özü də aldığınız şey qonşu mağazada buradakından xeyli ucuz başa gələ bilər. Yadda saxlamaq lazımdır ki, bütün bazarlıqlar mütləq şəkildə öz maliyyənizdən və təlabatlarınızdan çıxış etməklə hazırlanan plana uyğun aparılmalıdır.

 5№li. Sənədləri oxumadan imzalamaq.

Bizim zəmanədə adamların kreditlə hər hansı bir əşyanın, cihazın alınması zamanı müqavilənin bütün bölmələri ilə tanış olmadan, onu oxumadan imzalamaq adi şeyə çevrilib. Nəticədə, ortaya çıxan mübahisəli məsələlər zamanı kredit götürən özünün haqlı olduğunu sübut etməkdə çətinlik çəkir, çünki müqavilədə bir çox məqamlar nəzərdə tutulub. Oxumadan onu imzalayan şəxsin həmin müqavilə ilə razılaşdığı artıq bir fakta çevrilib.

6№li. Satıcının təklifindən imtina etməyi bacarmamaq.

Sizi nələrisə almağa razı salmaq istəyən satıcıya “yox” deməyi bacarmamaq, sizin pul kisənizi əhəmiyyətli şəkildə boşalda bilər. Mağazaya daxil olduqda, bura nə üçün gəldiyinizi unutmayın və satıcının sizi harasa yönləndirməsinə imkan verməyin. Mal seçimində əsasən onun xarakteristikasına güvənin, satıcının həmin şeyin hansısa şübhəli üstünlükləri barədə fərasətli sözlərinə yox. Əgər, istəyinizə uyğun nəsə tapmadıqda və ya sözügedən mal sizi qane etmədikdə, satıcıya “yox”  deməkdən çəkinməyin, bu sizin büdcənizi  lazımsız məsrəfdən qoruyacaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

   

1 814 815 816 817 818 819 820 2. 382