» » » Dividend gəlirinin mənfəət vergisinə cəlb edilməsi

Dividend gəlirinin mənfəət vergisinə cəlb edilməsi

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

Dividend gəlirinin mənfəət vergisinə cəlb edilməsi


Sual: Rezident müəssisə xarici şirkətdə sahib olduğu iştirak payına görə dividend əldə edir. Həmin dividend gəliri Azərbaycan Respublikasında mənfəət vergisinə cəlb olunurmu?

Cavab: Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Qeyd olunanlara əsasən, rezident müəssisənin Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəliri Azərbaycanda mənfəət vergisinə cəlb olunur.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun