Mühasibat haqqında bir neçə maraqlı fakt

posted in: Məqalə | 0

Məzuniyyət hüququ əmək stajıBizlərdən çoxu mühasibat işinin darıxdırıcı və yorucu olduğunu güman etsək də, əslində bu, heç də belə deyil. Əlbəttə, təsəvvürümüzdə mühasibi yalnız rəqəmlərlə çalışan biri kimi xəyal etsək, onda belə bir təəssürat yarana bilər. Lakin prosesə və bu işin qavranılmasına düzgün yanaşsaq, belədə çoxlu maraqlı şeylər ortaya çıxarmaq olar. İndi bunlara diqqət yetirək;

Birincisi, qeyd etmək istərdik ki, statistikaya görə mühasiblərin çoxu qadınlardır. Yəni, bu sahadə çalışanların doxsan faizi zərif cinsin nümayəndələridir. Maraqlıdır ki, peşənin özü kişilər tərəfindən yaradılıb. Bu elmin təşəkkülü təxminən altı min il əvvələ gedib çıxır.

Təbii ki, o dövrdə mühasibat indiki kimi olmayıb. Uçot işinin nişanələri ağacda işarə qoymaqla, yaxud da iplərdə müəyyən sayda düyünlər atmaqla icra edilibmiş. Mühasibatın vətəni Misir hesab edilir. Məhz bu dövlətdə dünyada ilk dəfə olaraq uçot işi qeydə alınıb və müəyyən əməliyyatlar icra edilib. Lakin  mühasibat müasir görünüşünü yalnız on altıncı əsrdə almağa başlayıb.

İkincisi,  mühasibat bütün ölkələrdə unikaldır və bir-birinə bənzəmir. Bu da təbiidir, çünki hər bir ölkənin həm qanunvericilik, həm də vergi sahəsi üzrə öz normaları var. Və bu səbəbdən mühasibatlığı dörd tipə bölürlər.
  • İngilisdilli ölkələr;
  • Latın-amerikan mühasibatı;
  • Kontinental Avropa ölkələri;
  • Şərqi Avropa ölkələrinə xas olan mühasibatlıq.

Bu tiplər nə ilə xarakterizə olunur?

İlk üç tipə daxil olan ölkələrdə əsasən maliyyə və gəlirlərin hesablanması aparılır, dördüncü qrupda isə əsas diqqət vəsaitlərə nəzarətə yönəlib. Birinci tipə daxil olan ölkələrdə praktiki olaraq vəsaitlər üzərində dövlət nəzarəti olmur. Bu ölkələrdə bütün mühasiblər xüsusi assosiasiyalarda birləşirlər ki, dövlət də həmin qurumlarla hesablaşmalı olur. İkinci qrup ölkələr, yəni latın Amerikası dövlətlərində mühasibatlığın üzərinə həm də inflyasiyanın öyrənilməsi və faizlə əks olunması, bununla bağlı iqtisadiyyatda müşahidə edilən bütün proseslərin öyrənilməsi belə mühasibatlığın üzərinə qoyulub. Son qrupa daxil olan ölkələrdə, yəni Şərqi Avropada bütün mühasibat işləri dövlət təlimatı və rəhbərliyi altında həyata keçirilir.


Teleqram qrupumuza üzv olun



Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir

posted in: Xəbər | 0

Kapital Bank və rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa şirkəti Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini istifadəyə verdi. Bu xidmət vasitəsilə Kapital Bank-ın korporativ və biznes müştəriləri, artıq şirkətlərarası və beynəlxalq köçürmələri sürətli, etibarlı və daha az əməliyyat xərcləri ilə göndərmək və qəbul etmək imkanı əldə edəcəklər.

Visa B2B Connect sistemi hesablaşmalar zamanı olan mövcud məhdudiyyətləri aradan qaldıraraq, köçürmə sürətini əhəmiyyətli dərəcədə artırır. Platforma eyni zamanda vəsaiti göndərənlərə və alanlara köçürmələrin şəffaf olmasını, cari vəziyyətini, pul axınına nəzarəti izləməyə imkan yaradır.

Təkmilləşdirilmiş təhlükəsizlik və dələduzluq hallarından qorunma bu unikal platformanın əsas xüsusiyyətlərindən biridir. Yeni innovativ sistemi tətbiq etməklə Kapital Bank, həm ölkənin rəqəmsal imkanlarının genişlənməsinə, həm də sahibkarlığın inkişafına öz töhfəsini verəcək. Qeyd edək ki, Visa B2B Connect hazırda dünyanın 80-dən çox bazarında mövcuddur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib peşəsinin incəlikləri

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasib xoşbəxt

Son illərin statistik göstəricilərinə nəzər salsaq görərik ki, mühasib peşəsi olduqca populyar bir peşədir.
Mühasib (alman dilində Buchhaltər, Buch — kitab, Haltər – tutucu )  – mühasibat uçotu sahəsində mütəxəssis bir şəxs anlamını verir. Ölkəmizdə iqtisadiyyatının sürətli inkişafı mövcud şirkətlərin genişləndirilməsinə, onların filial və ofislərinin artımına, eləcə də yeni şirkətlərin yaranmasına gətirib çıxardı.

Mühasibin işi aktiv, passiv, fasilə, balanslaşdırma kimi meyarlardan asılı deyil. Əsl peşəkar çalışdığı təşkilatın fəaliyyəti ilə bağlı istənilən sahəyə uyğunlaşmağı bacarmalıdır. Buraya iqtisadiyyat və siyasət ilə maraqlanmaq, qanunvericilikdəki dəyişiklikləri izləmək və daima öz ixtisasını artırmaq kimi vacib amillər daxildir.

Pəşənin xüsusiyyətləri

Mühasibat uçotu – bu ümumilikdə biznes dilidir, iqtisadiyyat dilidir.

Mühasib –  mühasibat uçotunda işləməyi bacaran bir mütəxəssisdir. Mühasibat uçotu ümumi anlamdır, yəni buraya digər sahələr daxildir (aktiv mühasibat, maddi aktivlik, əmək haqqları, vergilər və s). Hesab işlərinin aparılmasına baş mühasib cavabdehdir. O qədər də böyük olmayan bir şirkətin (firmanın) mühasibat işlərini bir mühasib də yerinə yetirə bilər.

Peşənin “müsbət” və “mənfi” cəhətləri

Peşənin müsbət cəhəti onun sabit işinin olmasıdır. Eyni zamanda öz sahəsində mütəxəssis bir mühasibin hər zaman gələcək karyerası üçün gözəl imkanlar vardır. Lakin peşənin mənfi cəhətləri də kifayət qədər çoxdur. Belə ki, günbəgün dəyişən dünyada təbii ki, maliyyə sahəsində də dəyişikliklər olur və bütün bunlardan mühasibin xəbəri olmalıdır, bir sözlə mühasib hər zaman cəmiyyətlə əlaqədə olmalıdı və yeniliklərdən xəbərdar olmalıdır. Hər zaman mühasib şirkətin (firmanın) əsas simalarında biridir və buna görə də onun üzərinə çox məsuliyyət düşür. Bütün firmalar mütəmadi olaraq vergi orqanları tərəfindən audit yoxlamalarından keçir. Vergini düzgün həsablamaq lazımdı – bu ən vacib elementlərdən biridir, çünki əks təqdirdə həmin insanı ciddi sanksiyalar və ya azadlıqdan məhrumetmə cəzası verilir.

İş yeri

Bu peşə bank sahəsi, maliyyə qurumları (vergi yoxlaması, pensiya fondları, sığorta şirkətləri), istənilən dövlət orqanları, qeyri-iqtisadi və maliyyə (kənd təsərrüfatı, tibb və səhiyyə, ticarət, nəqliyyat sektoru və s.), kiçik və orta müəssisələr də mövcuddur.

Əsas göstəricilər

Mühasib olmaq istəyənlər yüksək intellektual göstəricilərə, yüksək konsentrasiya və diqqətə, dəqiqliyə, məntiqi təfəkkürə, səbrə, məsuliyyətə malik və eyni zamanda öz işində hər zaman dürüst, vicdanlı şəxslər olmalıdır.

Bu peşəyə namizəd olanlar vergi məcəlləsi, mühasibat uçotu, kompüter, “1C Mühasibat proqramı” , Excel, Persin (pensiya fondu proqramı), İnternet-i bilməlidir. Bu peşədə ingilis dilini bilmə o qədər də vacib rol oynamır. (istisna hallarda xarici şirkətdə işlədiyi zaman).

Necə (harada) tədris almalı

Mühasib bu peşə ilə təhsil müəssisələrində keçilən dərs vasitəsilə tanış olur. Mühasibat uçotunu “hiss etmək” onun daxilindəki gözəllikləri “görmək” üçün sizə təcrübəli mütəxəssislər kömək olmalıdır. Onların köməyi olmadan bu pəşənin dərinliyindəki sirləri öyrənmək sizin üçün biraz çətin ola bilər. Təbii ki, siz mühasibat uçotunu kurslar vasitəsilə də öyrənə bilərsiniz, lakin gələcək karyeranız üçün ali təhsil müəssisəsində təhsil almanız vacibdir.

Mühasibin gəliri

Hər şey kompaniyanın miqyası, mütəxəssis qarşısında qoyulan məsələlərin çətinliyi, mütəxəssisin məsuliyyəti, işin miqdarı və işçilərin sayından asılıdır. Vacib məqam – mühasibin ixtisaslaşmasıdır. Məsələn,  bəzi mütəxəssislərin işi müəyyən tip məsələlərin ( müəyyən sahəyə məxsus məsələlərin ) həllindən ibarətdir və yüksək ixtisas tələb etmir. Bu cür mütəxəssisə o qədər yüksək maaş ödənilmir. Lakin həll olunacaq məsələlərin əhatə dairəsi nə qədər genişdirsə, işin uğurlu həlli üçün bir o qədər də yüksək bilik və təcrübəyə ehtiyac olur. Bu cür mütəxəssisin maaşı isə məntiqi olaraq daha yüksək olur. Bir çox mühasiblər sərbəst iş qrafikini üstün tuturlar və eyni vaxtda bir neçə işdə işləyirlər.

Karyera addımları və perspektivləri

Maliyyə-iqtisadiyyat fakültələrində təhsil alan bir çox tələbə artıq yuxarı kursları çatdıqları zaman  təcrübə yığmaq üçün işədüzəltmə mərkəzlərinə müraciət edirlər. Təhsil müəssisəsini bitirdikdən dərhal sonra təcrübəniz olmadan yaxşı bir şirkətdə mövqəli bir vəzifə tutmanız sizə çox çətin gələ bilər. Bu zaman siz o qədər də çətinliyi olmayan bir işdən başlamaq məcburiyyətindəsiniz.
Bu sahədə ilk dəfə işə başlayacaq şəxslərin çoxu o qədər də böyük olmayan firmalarda (şirkətlərdə) mühasib köməkçisi yaxud mühasibat sahəsində ofis meneceri vəzifələrini seçir.

Öz karyerasının inkişafında maraqlı olan, gələcəkdə yüksək maaşlı vəzifələrə iddialı olan mühasiblər hər zaman axtarışda olur, müxtəlif məlumatlar toplayaraq öz sahəsində özünü inkişaf etdirir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maaş barədə bilmədiklərimiz

posted in: Məqalə, Xəbər | 0

  • Ağılsızları direktor vəzifəsinə işə götürmürlər. Şirkətinin əsasının qoyulmasından 11 il sonra zavod işçilərinin əmək haqqını iki dəfə artıran Henry Ford da ağılsız olmayıb.  Məvacibləri ikiqat  artırıldıqdan sonra işçilər doğma zavodlarına axışaraq mister Forda öz səmimi hisslərini izhar etdilər və bundan sonra böyük sevinc hissi ilə özlərinin istehsal etdiyi məhsulları almağa başladılar.
  • Dünyada ən kiçik məvacibi BMT-nin xoşməramlı səfirləri alırlar, Sting, Elton John, Michael Douglas, Stevie Wonder və bir çox digər xoşməramlı səfirlər bu vəzifədə il ərzində 1 ABŞ dolları pul alıblar.
  • Bir dəfə Thomas Edison’a məxsus zavodlardan birinin fəhlələri maaşlarının artırılması tələbi ilə tətilə başlayırlar. İxtiraçı bu məsələyə də ixtiraçı ruhunda yanaşıb: O, sadəcə elə bir maşın icad edir ki, bundan sonra həmin işçilərin əməyi lazımsız olur. Və sonra da həmin fəhlələri işdən qovur.
  • Müdrik yaponlar daha proqressiv düşünürlər və öz evində çalışmaq imkanı olan işçilərin əmək haqqını xeyli vaxtdır ki, artırıblar. Bu isə həm işçiləri motivasiya edir, həm də rəhbərliyi bahalı ofislər icarəyə götürmək və onlara xidmət etmək kimi problemlərdən azad edir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 812 813 814 815 816 817 818 2. 382