» » » Süni zəka hüquqşünasları, mühasibləri və tərcüməçiləri sıxışdıracaq (1-ci hissə)

Süni zəka hüquqşünasları, mühasibləri və tərcüməçiləri sıxışdıracaq (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Süni zəka hüquqşünasları, mühasibləri və tərcüməçiləri sıxışdıracaq (1-ci hissə)

Ekspertlərin proqnozlarına görə, 2025-ci ilə qədər robotlar amerikalıların 7% – ni, 2026-cı ilə qədər kanadalıların 40% – ni işsiz qoyacaq, 2035-ci ilə qədər isə Yaponiyada iş yerlərinin yarısını tutacaqlar.

2016-cı ildə elektronika istehsalçısı Foxconn 40 min robotu işə götürərək, 60 min nəfər insanı ixtisara salmışdı.

Gələcək dünyada aktuallığınızı necə qoruyub saxlaya bilərsiniz? Avtomatlaşdırılması çətin olan yeni peşələri necə əldə etmək olar?

“Fənlərarası əsas səlahiyyət kimi” Skolkovo Açıq universitetinin direktoru Yekaterina Morozova, “Komsomolskaya Pravda”ya indi qarşıda hamımız üçün hansı misilsiz yeni təhsil imkanlarının açıldığı və gələcəyin təhsilinin necə dəyişəcəyi barədə öz fikirlərini söyləyib.

Bir əsr yaşa – bir əsr öyrən!

– İlk növbədə, təhsil vaxt baxımından daha çox zaman alacaq – Yekaterina Morozova bildirib. “Life-longlearning” termini o deməkdir ki, insan yeni nəyisə yalnız məktəb və ya tələbə skamyasında öyrənməyəcək, buna ehtiyac duyduqca, bütün həyatı boyu öyrənəcək. Həyatımızdakı dəyişikliklərin sürəti o qədər yüksək olub ki, həyat boyu biz bir neçə peşəni dəyişməli olacağıq. 17-19-cu əsrlərdən mövcud olan – poçtalyon, tərcüməçi, mühasib və hətta hüquqşünas kimi peşələr – indi süni intellektin avtomatlaşdırılması və gəlməsi nəticəsində aradan çıxmaqdadır. Nəsli kəsilməkdə olan və perspektivli peşələr haqqında daha ətraflı məlumatı Rusiya ekspertlərinin “Gələcəyin peşə Atlas” adlı gözəl araşdırmasında əldə etmək olar.

Çoxsaylı hüquqşünaslar ordusu hara yoxa çıxacaq?

– Yeni peşələrə yiyələnəcəkdir. İndi böyük həcmdə informasiyanın yadda saxlanılması və əməliyyatı üzərində qurulmuş peşələrin bütöv bir seqmenti süni intellektlə sıxışdırılır ki, hər şeyi insandan daha sürətli və daha yaxşı edəcək süni intellektlə əvəzlənir.

Əşyalar sahiblərindən daha ağıllıdırlar

– Hər kəs öyrənməli olacaq – və yalnız digər peşələri deyil, həm də bir insanın həyatı boyunca istifadə etməli olduğu texnologiyalar. Yekaterina Morozova deyir ki, əllərində smartfonlar və müxtəlif digər müasir cihazlar olan uşaqlardan fərqli olaraq, 40-50+ yaşlı insanlar üçün düyməli telefonlardan bir çox tətbiq sahəsinə malik olan müasir smartfonlara keçid belə, heç də asan olmamışdı. Hər il yeni alətlər meydana çıxır və texnologiyalar yağışdan sonrakı göbələklər kimi artır, ətrafımızda getdikcə daha çox yeni problemlər yaranır. Hər birimiz İnternetdən istifadə etməyi öyrənməliyik. Ağıllı soyuducu və mağazalar (adi satıcıların olmayacağı bir mağaza!), ağıllı maşın və ümumiyyətlə, nəqliyyat, eləcə də bir çox digər intellektual sistemlər.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun