» » » Süni zəka hüquqşünasları, mühasibləri və tərcüməçiləri sıxışdıracaq (2-ci hissə)

Süni zəka hüquqşünasları, mühasibləri və tərcüməçiləri sıxışdıracaq (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Süni zəka hüquqşünasları, mühasibləri və tərcüməçiləri sıxışdıracaq (2-ci hissə)

Məzunlara məsləhətlər

Nə etmək istədiyinizi seçməkdə daha müstəqil olun.

Bir mütəxəssis olaraq, çoxlu sayda yeniyetmələr görürəm ki, hansı kurslara, hansı fənlər üzrə repititor-müəllimlərin yanına getməyi və nəticədə hansı ali məktəbə daxil omaqla bağlı onların əvəzindən valideynləri qərar verirlər. Valideynlər onlara daim öz tapşırıqlarını sırımağa çalışırlar. Nəticədə vahid dövlət imtahanı verib arzu etmədikləri təhsil ocağına qəbul olunanların bir hissəsi 2-ci kursda nələri isə dərk edib, təhsillərini yarımçıq qoyurlar. Bunu heç də oxumaq istəmədiklərindən deyil, başqa ixtisasa yiyələnmək məqsədilə edirlər, bir sözlə valideyn qəyyumluğundan çıxmağa can atırlar.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Özünə görə məsuliyyətli olmaq.

Neft lampası dövrünün adamları olan bu valideynlər, başqa bir ölkədə, digər bir iqtisadiyyatda, insanlar arasında başqa münasibətlər modelində yetişən insanlardır. Amma, gələcək köhnəlmiş standartlar üzrə formalaşa bilməz. Böyüklərə sözsüz tabe olmaq, ona gətirib çıxara bilər ki, uşaq yeni dünyaya adaptasiya oluna bilməz.

Təhsildə daha çox seçim variantına imkan vermək.

Rəsm işini yaxşı bacarırsınızsa, mütləq gücünüzü proqramlaşdırmada sınayın. Birdən dizayn və rəqəmsal mühitdə işləriniz daha yaxşı gedə bilər! Və ya əksinə. Əgər siz gələcəyin əla proqramçısısınızsa və proqramlar yazmaq sizin çox xoşunuza gəlirsə, bunu musiqi və ya başqa bir şeylə əlaqələndirməyə cəhd edə bilərsiniz.

Uşaqları hökmən ali təhsil almağa vadar etmək olmaz.

Maraqlı və tələbolunan peşə almaq üçün 4 və ya 6 il ali məktəbdə oxumaq vacib deyil. 9-cu sinifdən sonra yaxşı bir kollecdə də təhsili davam etdirmək mümkündür. Texniki, texnoloji və peşə bacarıqları müsabiqələrində kollec tələbələri ən yaxşı texniki universitetlərin tələbələrini belə ötüb keçə bilirlər. İndi bəzi kolleclər yaxşı ad-san sahib olan layiqli universitetlərdən daha yaxşı, daha sürətli təhsil verirlər. Eyni zamanda, kolleci bitirdikdən sonra dəyərini artıracaq əlaqəli bir peşə əldə edə bilərsiniz – məsələn, kollecdə proqramçı kimi oxuyub, sonra tibbdə informasiya texnologiyalarının istifadəsi ilə bağlı bir ixtisas üzrə hər hansı bir universitetə daxil ola bilərsiniz. Bunu tamamladıqdan sonra fənlərarası bir mütəxəssis olaraq bazara daxil olacaq və daha rəqabətli olacaqsınız.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun