Azərbaycanda “Vətəndaş” tipli “Asan İmza”nın aktivləşdirilməsi pulsuz oldu

posted in: Uncategorized | 0

“Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan “B.EST Solutions” şirkəti istifadəçilər üçün yeniliklər təqdim etməyə davam edir.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

“Məlum olduğu kimi şirkət, 2020-ci ilin iyun ayında aylıq abunə haqqı saxlanılmaqla, 3 il müddətinə “Asan İmza” xidmətinin (“Vətəndaş” tipli “Asan İmza” xidmət növü) ödənişsiz təqdim edilməsi barədə qərar qəbul edib. İndiyə qədər bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 manat təşkil edib.

Prezident İlham Əliyevin Azərbaycanın rəqəmsal transformasiyası sahəsindəki təşəbbüslərini hərtərəfli dəstəkləmək və Azərbaycan vətəndaşları üçün elektron xidmətlərə geniş əlyetərlik imkanının təmin edilməsi məqsədilə “B.EST Solutions” şirkəti bütün mobil operatorlar, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətilə birlikdə sosial məsuliyyət təşəbbüsü irəli sürərək, 2021-ci ilin iyul ayından pandemiya dövrünə müddətində “Vətəndaş” tipli “Asan İmza” xidməti üçün aylıq abunə haqqını ləğv etməyə qərar verib.

Xüsusilə vurğulanmalıdır ki, bu tarifdən 20 iyun 2020-ci ildən xidmətə qoşulan vətəndaşlarla yanaşı, bu xidməti 2021-ci ilin iyul ayından etibarən əldə edən bütün vətəndaşlar yararlana biləcəklər. Xatırladaq ki, bu xidmət üçün aylıq abunə haqqı 2,5 manat təşkil edirdi. Siz “Asan İmza” xidmətini mövcud olan mobil nömrənizdə də aktivləşdirə bilərsiniz və yeni nömrə əldə etməyə ehtiyac yoxdur. “Asan İmza” xidmətinin aktivləşdiyi nömrədən istifadə etdikdə, həmin nömrəyə dövlət qurumları və digər elektron xidmət təchizatçılarından birbaşa olaraq, vacib ismarıclar əldə etmək mümkün olacaq.

Artıq istifadəçilər “Vətəndaş” tipli “Asan İmza” xidmətini tamamilə ödənişsiz əsaslarla əldə etmək və Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1 000-dən çox elektron xidmətdən yararlanmaq və beləliklə də fiziki olaraq, həmin qurumlara müraciət etməmək imkanına sahib olacaq. Vətəndaşlar – onlayn rejimdə bank hesabının açılması; internet və mobil bankçılıq; ipoteka üçün müraciət ərizəsinin göndərilməsi; güzəştli mənzilin əldə edilməsi üçün müsabiqədə iştirak ərizəsinin təqdim edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük bəyannaməsinin elektron qaydada doldurulması; nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin elektron qaydada verilməsi; elektron məhkəmə portalında şəxsi kabinetinin idarə edilməsi; cərimələr barədə məlumatın əldə edilməsi; əmlak və həyat sosial sığortası; iş yerindən arayışın onlayn qaydada əldə edilməsi kimi önəmli xidmətlərdən istifadə edə bilərlər.

Bir daha qeyd edək ki, “Asan İmza” qanunvericiliyə əsasən əl imzasına bərabərdir. Unutmayın ki, “Asan İmza” SİM kartınızı və PİN kodlarınızı heç kimə verməməli və onları əlçatan yerdə saxlamamalısınız.

Xatırladaq ki, sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan “İş” və “Dövlət” tipli “Asan İmza” xidmətinin qiyməti və aylıq abunə haqqı dəyişilməz olaraq qalır.

Vətəndaşlar, “1847″ Asan İmza Çağrı Mərkəzinə zəng edərək və ya info@asanimza.az elektron poçt ünvanına yazaraq suallarına cavab ala bilərlər”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yaponiya haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Heç bir şişirtməyə yol vermədən demək olar ki, Yaponiya çox unikal bir ölkədir. Bu ölkədə nanotexnologiyalar qədim ənənələrlə olduqca heyrətamiz bir şəkildə bir-birilə uyuşur, hətta bəzi qədim ənənələr qanunlarla paralel şəkildə fəaliyyət göstərir. İndi isə bu haqda ətraflı məlumat verək:

  1. Yaponlar öz dillərində heç olmasa iki kəlmə söz deyə bilən əcnəbi vətəndaşlara çox hörmətlə yanaşırlar. Onla belə hesab edirlər ki, bu dili öyrənmək onlardan ötrü real deyil.
  2. Yapon dilində ən pis söyüş “axmaq” və ya “idiot” (gic) sözlərini ehtiva edən söyüşlərdir.
  3. Yaponca “axmaq” “baka” kimi səslənir (hərfi mənası səfeh deməkdir). Əcnəbi isə “qaydzin” (hərfi mənası yad deməkdir) deməkdir. “Baka-qaydzin” isə yapon dilində – amerikalı deməkdir.
  4. Yaponlar çox vaxt yeməkdən danışırlar, yemək zamanı isə qonaqlığın onlara necə xoş gəldiyini müzakirə edirlər. Şam etmək və bir neçə dəfə oişi (dadlıdır) söyləməmək böyük nəzakətsizlik sayılır.
  5. Yaponiyada delfinlərdən də ərzaq kimi istifadə edirlər. Delfin ətindən şorba, kusiyaki (yapon kababı), hazırlanır, hətta bu canlının ətini çiy-çiy də yeyirlər. Delfinin özünəməxsus, hətta balığa oxşar olmayan çox dadlı əti olur.
  6. Çox yəqindir ki, düzgün qidalanmanı bir fakt da təsdiq edir ki, orada artıq çəkidən əziyyət çəkən yapon qadınlarına nadir halda rast gələ bilirsən.
  7. Yaponiyada dünyada ən ləng fəaliyyət göstərən McDonald’s restoran şəbəkəsi mövcuddur.
  8. Yaponiyada “çayevie” kimi anlaşılan və xidmətə görə pul vermək kimi bir adət yoxdur. Hesab edilir ki, müştəri xidmətə görə müəyyən olunmuş pulu ödəməklə, satıcı ilə bərabər səviyyədə qalır.
  9. Yaponiyada çox düzgün insanlar yaşayırlar. Əgər, siz metroda cüzdanınızı itirsəniz, 90 % əmin olun ki, onu tapan şəxs tapıntılar bürosuna təqdim edəcək.
  10. Zəlzələ zamanı Yaponiyada soyğunçuluq hallarına rast gəlinmir. Çünki yaponlar əsil həqiqətdə çox vicdanlı insanlardır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xarici ölkələrə ezamiyyə xərclərinin hesablanması

posted in: Xəbər | 0

ezamiyyə xərclərinin hesablanması ezamiyyə xərcləriAzərbaycan vətəndaşlarının xarici ölkələrə ezamiyyə xərclərinin hesablanması normativ hüquqi aktlar əsasında tənzimlənir. Mövzunu mühasibat mütəxəssisi Emin Salamov şərh edir.

“İşçilərin ezamiyyə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarının 8-ci bəndinə uyğun olaraq, nəqliyyat vasitələrinin yola düşdüyü gün ezamiyyətə gedilən gün, nəqliyyat vasitəsinin daimi iş yeri yerləşən yaşayış məntəqəsinə gəldiyi gün isə ezamiyyətdən qayıdılan gün sayılır. Nəqliyyat vasitəsi saat 24-ə kimi (saat 24 də daxil olmaqla) yola düşərsə, ezamiyyətə gedilən gün cari gün, 00:00-dan sonra isə sonrakı gün sayılır. Əgər nəqliyyat vasitəsinin yola düşdüyü yer yaşayış məntəqəsindən kənarda yerləşərsə, həmin yerə getmək üçün lazım olan vaxt nəzərə alınır. İşçinin daimi iş yerinə qayıtması günü də eyni qayda ilə təyin edilir. Burada hətta yola düşülən yerin yaşayış məntəqəsindən kənarda olamsı ilə bağlı lazım olan vaxt da nəzərə alınır.

Qərarın III hissəsinin (Xarici ölkələrə ezamiyyələr) 3-cü bəndinə əsasən, işçi xarici ölkə ərazisi ilə getdiyi zaman ondan asılı olmayan səbəblərə görə tam 1 gün və artıq müddətə yolda ləngiyirsə, həmin müddət üçün ona ezamiyyə xərclərinin 1 günlük norması, ərazisində ləngidiyi ölkə üçün müəyyən edilmiş normalar üzrə ödənilir. Ancaq bu hal üzürsüz səbəbdən olarsa, yolda yubandığı vaxt üçün işçiyə heç bir xərc ödənilmir.

Misal: Tutaq ki, dövlət qulluqçusu 24 may 2021-ci il tarixindən 3 gün müddətinə Rusiya Federasiyasının Moskva şəhərinə ezam olunub. Əmrdə onun ezamiyyə xərclərinin 3 gün ödənilməsi qeyd olunub, aviareyslər isə aşağıdakı kimidir:

24.05.2021-ci il – təyyarə Bakıdan saat 03-00 da çıxır, Moskvaya 04-00 da çatır;
26.05.2021-ci il – təyyarə Moskvadan 19-00 da çıxır, Bakıya 20-00-da çatır.

Həmin şəxsin ezamiyyə xəcləri necə hesablanacaq?

Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəsində qeyd edilmiş və bu əlavəyə uyğun olaraq Rusiya Federasiyasının Moskva şəhəri üçün 1 günlük norma 240 ABŞ dolları müəyyənləşmişdir. Həmçinin, yuxarıda qeyd edilən Qərarın 4-cü bəndinə uyğun olaraq ezamiyyə xərclərinin 1 günlük normasına gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat (taksidən istifadə istisna olmaqla) və digər xidmətlər ilə bağlı xərclər daxildir.

Misaldakı halda ayın 24-dən 25-ə kecən gecə 1-ci gün, ayın 25-dən 26-na kecən gecə 2-ci gün, ayın 26-dan 27-nə kecən gecə 3-cü gün sayılır. Burada ayın 26-ı mehmanxana tutulduğu üçün 3-cü gecə verilməlidir, çünki ümumi mehmanxana qaydalarına əsasən, giriş həmin gün üçün saat 14-00-da, çıxış isə saat 12-00-da qəbul edilir.

3 x 240$ = 720$
720$ x 1,70 = 1 224 manat.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli ezamiyyə xərclərinin normaları haqqında təsdiq edilmiş Qərarının 7-1-ci və “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarının ümumi müddəaların 2-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, digər dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, ezamiyyələrin həyata keçirilməsini dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin etsinlər.

Eyni zamanda Q-01 nömrəli Qərarın (III-hissə, Xarici ölkələrə ezamiyyələr olan hissəsi) 2-ci bəndinə əsasən, işçi ezamiyyətə getdiyi və həmin gün Azərbaycan Respublikasına qayıtdığı halda ona nəzərdə tutulmuş ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi həcmində vəsait ödənilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sərnişin və yük daşımaları sahəsində vergi öhdəlikləri nədən ibarətdir?

posted in: Xəbər | 0

ƏDV korrupsiya Dövlət Vergi Xidməti rəis DVXAzərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fərqlənmə nişanı” almaq üçün vergiödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra “Fərqlənmə nişanı” verilir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergiödəyicisinin vergisi 1 nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.

“Sosial sığorta haqqında” Qanuna əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilib.

Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 30 manat sosial sığorta haqqı ödəməlidir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 811 812 813 814 815 816 817 2. 399