Hansı halda təsisçiyə dividend mütləq onun bank hesabına ödənilməlidir?

posted in: sual-cavab, Xəbər | 0

Hansı halda təsisçiyə dividend mütləq onun bank hesabına ödənilməlidir?

Dividenddən vergi tutulması dividend

 

Sual: Biz ödənişlərin bir hissəsini nağd, bir hissəsini isə bankla ödəyirik. İndi keçən ilin mənfəətindən təsisçiyə 10% dividend məbləğini tutaraq kassadan nağd pul vermək istəyirik. Bu mümkündürmü? Mümkündürsə məbləğ məhdudiyyəti varmı? Burda da 30.000 manat söhbəti olacaqmı? 10 %-i banka köçürəcəyik.

Cavab: Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Buna əsasən hüquqi şəxs tərəfindən onun təsisçilərinə təqvim ayı ərzində dividendlərin nağd qaydada ödənilməsi Qanunun 3.3-cü maddəsində göstərilən hədlər daxilində həyata keçirilə bilər. Xatırladırıq ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində maliyyə sanksiyası nəzərdə tutulur.

Bax: Vergi Məcəlləsinin 58.7-1-ci, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron Qaimə Faktura verilərsə Təhvil-Təslim aktına ehtiyac varmı?

posted in: Vergi, Xəbər | 0

Təhvil-TəslimSual:

Əgər işlərin və xidmətlərin təqdim olunması zamanı E-Qaimə yazılmışdırsa, “İşlərin və xidmətlərin görülməsinin təhvil-təslim aktı”nın doldurulmasına ehtiyac vardırmı? Xahiş edirəm hər iki halı “vardır” və “yoxdur” cavablarını qanunvericiliyə əsasən cavablandırasınız.

Cavab:

Bildiririk ki, elektron qaimə-faktura “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən tərtib edilir və həmin qaydalara əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat isə elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.

Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!

posted in: Bank, Kapital Bank | 0

Kapital Bank-ın Mastercard və Maestro kart sahibləri üçün yeni qazandıran aksiya keçirilir. Şərtlərə görə, Mastercard və Maestro kart sahibləri istənilən NFC ödənişləri həyata keçirən zaman, ilk 5 əməliyyatın hər birinə görə 1 AZN, 5-ci əməliyyat zamanı isə əlavə olaraq 5 AZN keşbek qazanacaqlar.

Aksiyada iştirak etmək üçün minimal ödəniş məbləği 5 AZN təşkil etməlidir. 8 iyun 2021-ci il tarixinədək davam edəcək aksiyada müştərilər hər Mastercard və Maestro kartları üzrə yalnız 1 dəfə yararlanaraq, əlavə 10 AZN qazana bilərlər.

Qeyd edək ki, Android əməliyyat sisteminin istifadəçiləri BirBank mobil tətbiqində NFC ödənişləri üçün Kapital Bank-ın istənilən Mastercard və Maestro ödəniş kartını əlavə etməklə, ödənişləri həyata keçirə bilərlər. Bu zaman telefonu POS-terminala yaxınlaşdırmaq kifayətdir. Aksiya barədə əlavə məlumatı saytdan almaq mümkündür – https://kbl.az/bmcnc.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 2 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PİN kodlar haqqında bilmədiklərimiz (1-ci hissə)

posted in: Xəbər | 0

PİN kodlar haqqında bilmədiklərimiz (1-ci hissə)pin kodlar

Bank hesabınızdakı pulları yalnız dörd rəqəmli PİN kodun vasitəsilə çıxara bilərsiniz. Baxmayaraq ki, kod sadədir, bir çox insan onu yaddaşlarında saxlamaqda çətinlik çəkir. Yaddaş tərəfindən asan mənimsənilən və təhlükəsiz kodların seçiminə dair xarici ölkə saytlarından birində maraqlı yazı dərc edilib. Həmin yazını sizin diqqətinizə çatdırırıq.

Bu, ödəniş kartları bir yox, bir neçə ədəd olduqda, xüsusilə mühüm əhəmiyyət kəsb edir. Çünki həmin kartların hər birinin öz kodu olur. Bundan əlavə mobil telefon cihazlarının əksəriyyətində də PİN kodlardan istifadə edilir.

İstifadəçilərin hər biri rəqəmlər kombinasiyasından ibarət bu kodu yadda saxlamaq və qorumaqdan ötrü özünəməxsus üsuldan yararlanır. Biz isə xoşagəlməzliklərdən can qurtarmaq üçün vacib olan təhlükəsizlik tədbirlərindən söz açacağıq.

PİN kodların tarixi barədə

Dünyada ilk dəfə PİN koddan 1967-ci ildə Londonda istifadə olunub, həmin tarixdə Barclays bankı özünün ilk bankomatını istifadəyə verib. Həmin dövrdə bankomat yalnız çek qəbul edə bilirdi. İlk bank kartını isə müştəriyə 1972-ci ildə dünyada Llyods bankı verib.

Bankomatı icad edən John Shepherd-Barron PİN kodlar üçün öncə altırəqəmli kod hazırlamağı düşünüb.  Lakin həyat yoldaşı ilə məsləhətdən sonra o, dördrəqəmli kodun üzərində dayanmalı olub, çünki xanımı yalnız dörd rəqəmi yaddaşında saxlaya bilib.

Bu gün beynəlxalq PİN kod standartı (ISO 9564-1) ən çox 12 simvolu olan koddan istifadə etməyə imkan verir. İstifadədə rahatlıq üçün altı simvoldan artıq koddan istifadə etmək məsləhət bilinmir. Altı rəqəmdən ibarət PİN kodlar əsasən Asiyada geniş yayılıb. Avropada isə altırəqəmli PİN kodlardan yalnız İsveçrədə istifadə olunur.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 808 809 810 811 812 813 814 2. 382