Qeyri-hökumət təşkilatlarının sənəd dövriyyəsi həm kağız daşıyıcılarla həm də elektron qaydada aparılacaq

posted in: Xəbər | 0

güzəşt və azadolmalarAzərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 21 oktyabr tarixli 336 nömrəli və “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 oktyabr tarixli 336 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1407) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-1-ci və 1.6-cı bəndlər əlavə edilsin:

“1.2-1. Qeyri-hökumət təşkilatları qəbul etdikləri ianə barədə məlumatların təqdim edilməsinin “Qeyri-hökumət təşkilatları (ictimai
birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.

1.6. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1408) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”na aşağıdakı məzmunda 1.3-1-ci və 1.6-cı bəndlər əlavə edilsin:

“1.3-1. Qeyri-hökumət təşkilatları müqavilələrin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 24-3-cü maddəsinə uyğun olaraq qeydə alınmasının Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron
məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.

1.6. Qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada istifadə edilir.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 7 may 2021-ci il
№ 137

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək məcəlləsində dəyişiklik: Bu hallarda mülki hüquqi müqavilələrin bağlanılması qadağandır.

posted in: Xəbər | 0

Əmək məcəlləsində dəyişiklik edildi

əmək məcəlləsi

 

Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Dəyişikliyə əsasən, bundan sonra aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətləri mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:

2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir:

2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda;

2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;

2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;

2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;

2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;

2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə;

2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;

2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.

Mənbə: president.az

Qərarın tam mətnini buradan oxuya bilərsiniz: https://president.az/articles/51402


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank bayram günlərində xidmət göstərəcək

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital bankKapital Bank 9 may – Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək. Xidmət göstərən filialların siyahısı saytda qeyd olunub – https://kapitalbank.az/files/locations/ish-rejimi.pdf.

Kapital Bank xalqımızı bayramlar münasibətilə təbrik edir, cansağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditin təşəkkülü barədə maraqlı faktlar

posted in: Audit, Məqalə, Xəbər | 0

AuditAuditin təşəkkül tarixindən

“Audit” sözü etimoloji olaraq latınca audio – “eşidirəm” sözündən təşəkkül tapıb. Auditə tələbatın əmtəə mübadiləsi və pul münasibətlərinin təşəkkülü və inkişafı ilə eyni vaxtda meydana gəlməsi güman edilir. Auditin ən erkən olaraq e. ə. 700-cü ildə Çində keçirilməsinə dair sübutlar var. Auditin vətəninin məhz, Çin olduğu hesab olunur. Auditin inkişafı fərqli ölkələrin maliyyə və sənaye tarixinin xüsusiyyətləri ilə sıx bağlı idi və ilk növbədə, kapital bazarının inkişafı xüsusiyyətinə görə müəyyən edilmişdi.

Orta əsrlərdə Avropanın ticarət şəhərlərində tacirlərin kontragentlərinin (bir qayda olaraq, digər tacirlər və ya bank institutları tərəfindən) xahişi ilə auditorlar tacirlərin mühasibat kitablarını yoxlayır və onların səhihliyinə şahidlik edirdilər. XIX əsrdə kredit verənlərlə yanaşı şirkətlərin sahibkarları da  auditin əsas sifarişçiləri kimi çıxış etməyə başladılar – bu isə öz növbəsində səhmdar və məhdud məsuliyyətli şirkətlərin aktiv inkişafı ilə əlaqəli idi, hansı ki, sahibkarlar cari idarəetmədə iştirak etmirdilər və müvafiq olaraq muzdla təyin etdikləri rəhbər işçilərin fəaliyyətlərinin yoxlanılmasına zərurət duyurdular.

İqtisadiyyatın qloballaşması, ölkə daxilində və hətta dünyanın müxtəlif bölgələrinə səpələnmiş çoxlu birləşmələri olan transmilli şirkətlərin yaradılması, müstəqil auditorlara olan biznes ehtiyaclarını əhəmiyyətli dərəcədə artırdı. Bundan əlavə, hökumətin iqtisadiyyata müdaxiləsi və vergitutma sisteminin mürəkkəbliyi artdıqca, şirkətlər hesabatlardakı səhvləri və təhrifləri müəyyənləşdirmək və dövlət orqanlarından sanksiyaların qarşısını almaq üçün şirkətin mühasibat uçotu və vergi hesabatlarını yoxlaya biləcək müstəqil mütəxəssislərə ehtiyac duymağa başladılar.

XX əsrdə fond bazarının aktiv inkişafı ilə bağlı auditdə maraqlı olan yeni bir şəxslər kateqoriyası – investorlar ortaya çıxdı.Bir qayda olaraq səhmləri və ya qiymətli kağızlarını bazarda yerləşdirən və fəal şəkildə dövriyyədə olan şirkətlərin iflasına dair yeni hər hansı bir qalmaqal dalğası, auditorlar üçün məhkəmə təqibi, auditorlara və onların apardığı yoxlamalara olan tələblərin sərtləşdirilməsinə gətirib çıxardı. İnvestorların sayının çoxalması, onları auditor xidmətlərinə ən fəal şəkildə və daha çox tələbat duyan bir təbəqəyə çevirdi.

XX əsrin ortalarından etibarən auditorlar öz maraqlarını genişləndirməyə başladılar və yalnız mühasibat uçotu hesabatlarını yoxlamaq üçün deyil, həm də üçüncü təşkilatlar üçün mühasibat uçotunun aparılmasına başladılar. Onlar öz müştəriləri üçün kollegial korporativ mühasib və hüquqşünas, eləcə də investisiya məsləhətçisi və qəyyum kimi çıxış etməyə başladılar.Əlavə olaraq, elmi və texnoloji inqilab audit şirkətlərini müəssisələrin idarə edilməsi, mühasibat uçotunun aparılması, keyfiyyətə nəzarət sistemlərinin tətbiqi və sair digər işlərin müasir texnologiyalarının tətbiqi funksiyalarına yönəltməyə məcbur etmişdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 809 810 811 812 813 814 815 2. 382