Kalkulyatorun bilinməyən sirləri

posted in: Məqalə | 0

Kalkulyatorun sadəcə bəsit riyazi hesablar aparmaq üçün yararlı olduğunu düşünürsünüz? Bəs sizə hətta kalkulyatorun yaddaşında bir neçə əməliyyat aparmaq mümkündür desək necə? Həm əhəmiyyətli, olduqca da maraqlı kalkulyator hiylələri ilə aşağıda tanış ola bilərsiniz.

Kalkulyatordakı yaddaş düymələri: 

M+ – ekrandakı rəqəmin yaddaşa əlavə olunması

M- – ekranda olan rəqəmin yaddaşdan çıxılması

MR – rəqəmin yaddaşdan ekrana çıxarılması

MC – yaddaşın sıfırlanması

MRC – rəqəmin yaddaşdan ekrana çıxarılması, təkrar basılma – yaddaşın sıfırlanması

MU/MD – mark up (MU) maya dəyəri və gəlir payının faizi əsasında malın qiymətini hesablamağa imkan verir, mark down (MD) isə  – satış qiyməti və gəlir payının (və ya zərər) faizi əsasında malın maya dəyərini hesablamağa imkan verir.

Yaddaşda nəticəni toplamaq olur.

Əgər ardıcıl yerinə yetirilsə:

2X2 = M+ – ekranda 4 rəqəmi görünəcək, yaddaşda da 4 rəqəmi olacaq;

6 – 1 = – ekranda 5 rəqəmi görünəcək,  M+ , MR yaddaşda isə 9 rəqəmi olacaq;

7 : 2 = M – – ekranda 3.5, yaddaşda isə 5.5 rəqəmi olacaq;

MR – ekranda 5.5 rəqəmini görəcəyik .



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ezamiyyədə olan işçinin maaşının hesablanması

posted in: Xəbər | 0

maaşın hesablanması ezamiyyətƏmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Burada işçilərin yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildiyi hallar nəzərdə tutulur. Həmin maddəyə fərqli yanaşmaların mövcüd olduğunu deyən iqtisadçı ekspert Anar Bayramov məsələyə aydınlıq gətirib. 

Bəziləri hesab edir ki, maddənin bu şəkildə olması praktiki deyil, eyni zamanda mühasiblərə əlavə yük yaradır. Çünki aylıq əmək haqqının hesablanması zamanı işçinin ezamiyyətdə olduğu günlərə fərqli yanaşma tələb edilir. Əmək münasibətləri üzrə ixtisaslaşmış bəzi mütəxəssislər isə hesab edirlər ki, Əmək Məcəlləsinin tələbi olduğu üçün işəgötürən aylıq əmək haqqı hesablayarkən, işçinin ezamiyyə olduğu günlərə görə fərqli hesablama həyata keçirməlidir.

Misal: Tutaq ki, “A” MMC işçisini 2019-cu ilin dekabr ayında 5 günlük ezamiyyətə göndərib. İşçinin noyabr və oktyabr ayları üzrə əmək haqqı 800 manat təşkil edib. Dekabr ayına düşən ezamiyyə günləri üçün işçinin əmək haqqını hesablayaq.

Əmək Məcəlləsinin 177-ci maddəsinə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqlarının cəminin həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

İndi misalımız üzrə mərhələli hesablamanı həyata keçirək:

Oktyabr ayı üzrə iş günlərin sayı və əmək haqqı – 23 gün və 800 manat;
Noyabr ayı üzrə iş günlərinin sayı və əmək haqqı – 20 gün və 800 manat;
Dekabr ayı üzrə iş günlərinin sayı və əmək haqqı – 20 gün və 800 manat;

Dekabr ayında işçinin ezamiyyətdə olduğu iş günlərinin sayı – 5.

Ezamiyyə üzrə orta əmək haqqının saxlanması şərti ilə əmək haqqının hesablanması aşağıdakı kimi olacaq:

1 günlük orta əmək haqqının hesablanması – (800 manat (oktyabr ayı üzrə əmək haqqı) + 800 manat (noyabr ayı üzrə əmək haqqı)) / (23 gün (oktyabr ayı üzrə iş günlərin sayı);

20 gün (noyabr ayı üzrə iş günlərin sayı))= 37,21 manat;

Ezamiyyədə olan günlər üzrə əmək haqqı – (37,21 manat (1 günlük orta əmək haqqı) x 5 gün (ezamiyyədə olan iş günlərin sayı) = 186,05 manat;

Dekabr ayı üzrə işçinin ezamiyyədə olmadığı günlərə görə əmək haqqı – (800 manat (dekabr ayı üzrə əmək haqqı) / 20 gün (dekabr ayı üzrə iş günlərin sayı) x 15 gün;

ezamiyyə günləri istisna olmaqla, digər iş günləri) = 600 manat;

Dekabr ayı üzrə cəmi əmək haqqı – (186,05 manat (ezamiyyə günləri üzrə əmək haqqı) + 600 manat (ezamiyyədə olmadığı günlərə əmək haqqı) = 786,05 manat.

Göründüyü kimi, bizim misalda işçiyə dekabr ayında 800 manat əmək haqqı hesablanmalı olduğu halda, 5 gün ezamiyyədə olması səbəbindən hesablanan əmək haqqı 786,05 manat təşkil etdi. İşçiyə az əmək haqqının hesablanmasının səbəbi orta əmək haqqının hesablanması zamanı nəzərə alınan oktyabr ayı üzrə iş günlərinin (23 gün) sayının dekabr ayı üzrə iş günlərinin (20 gün) sayından çox olmasıdır.

Orta əmək haqqının saxlanması qaydası ilə hesablamalarda bəzi hallarda işçinin ezamiyyədə olduğu ayda əmək haqqı arta bilər. Buna səbəb işçinin ezamiyyədə olduğu ayda iş günlərinin əvvəlki 2 aya nisbətən çox olması və ya əvvəlki iki ayda daha çox əmək haqqı fonduna malik olmasıdır. Ezamiyyə günlərinin bu cür hesablanması həm işçi, həm də işəgötürənlərdə narazılıq yarada bilər. O səbəbdən də, Əmək Məcəlləsinə hazırlanacaq dəyişikliklərdə bu tip məsələlər nəzərə alınmalıdır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xarici valyutada nizamnamə kapitalı

posted in: Xəbər | 0

xarici valyuta nizamnamə kapitalıHüquqi şəxs dövlət qeydiyyatına alınan zaman zəruri prosedurlardan biri nizmanamə kapitalının formalaşmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə nizamnamə kapitalı əmlak, pul və digər formalarda formalaşdırıla bilər. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Hüquqi şəxsin nizamnamə kapitalı yerli və xarici valyutada formalaşdırıla bilər. Xarici valyutada nizamnamə kapitalı, adətən, xarici investisiyalı müəssisələrdə həyata keçirilir.

Müəssisə yaradılarkən dövlət qeydiyyata alınan hüquqi şəxsin qeydiyyatı zamanı nizamnamə kapitalının xarici valyutada olması nizamnamədə qeyd olunur və həmin vəsaiti faktiki olaraq xarici investor(lar) ödəyir.

Vergi ödəyicilərində sual meydana gəlir ki, xarici valyutada formalaşmış nizamnamə kapitalının vergi və mühasibat uçotu baxımından sonrakı aqibəti necə olur?

Misal: “AA” MMC xarici investisiyalı müəssisədir. Müəssisənin ilkin qeydiyyatı zamanı nizamnamə kapitalı 30.000 dollar olmuşdur və təsisçilər vəsaiti bank hesabına keçirmişdir. Nəzərə alaq ki, ilkin qeydiyyat zamanı məzənnə kursu 1 dollar = 1,5 manat, 31 dekabr 2019-cu ildə isə məzənnə 1 dollar =1,7 manat olmuşdur.

Sual: MMC-nin nizamnamə kapitalı ilkin və sonrakı mərhələlərdə necə uçota alınacaqdır?

Vergi uçotu baxımından Vergi Məcəlləsinin 69-cu maddəsinə nəzər yetirməliyik.

Maddə 69. Xarici valyutanın manatla hesablanması

69.1. Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

69.2. Xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Maddədən aydın olur ki, “AA” MMC-də ilkin ödənilən 30.000 dollar nizamnamə kapitalı həmin günün məzənnəsi ilə 1,5-ə vurulmaqla uçota alınmalıdır. Yəni 30.000×1,5 = 45.000 manat.

Növbəti illərdə isə nizamnamə kapitalı ilin sonunda heç bir məzənnə ilə yenidən qiymətləndirilməməlidir. Belə ki, Məcəllənin 69.2-ci maddəsinə əsasən, ilin sonunda ancaq debitor və kreditor borcları Mərkəzi Bankın məzənnəsi ilə yenidən qiymətləndirilir. Nizamnamə kapitalı isə nə debitor, nə kreditor borc, nə də öhdəlikdir. Nizamnamə kapitalı balansın kapital bölməsidir. Ona görə də vergi uçotu baxımından 31 dekabr 2019-cu ildə də 30.000 dollar vəsait 45.000 manat kimi uçota alınmalı idi.

Sual: Bəs bu vəsait mühasibat uçotu baxımından necə qeydiyyata alınacaqdır?

Bunun üçün 21 saylı Beynəlxalq Mühasibat Uçotu standartına müracət etməliyik və standartdan qısaca çıxarışı təqdim edirəm.

İlkin tanınma

Xarici valyutada həyata keçirilən əməliyyat ilkin tanınma zamanı əməliyyat valyutasında, xarici valyutada olan məbləğə əməliyyat valyutası ilə xarici valyuta arasında əməliyyatın keçirildiyi tarixdə mövcud olan spot məzənnəsini tətbiq etməklə uçota alınmalıdır.

Növbəti balans hesabatı tarixində hesabatın təqdim edilməsi

Hər balans hesabatı tarixində:

(a) xarici valyuta ilə olan monetar maddələr hesabat tarixinə məzənnədən istifadə etməklə çevrilməlidir;

(b) xarici valyuta ilə olan və ilkin dəyəri ilə qiymətləndirilən qeyri-monetar maddələr əməliyyatın həyata keçirilmə tarixinə mövcud olan məzənnəyə görə çevrilməlidir;

(c) xarici valyutada olan və ədalətli dəyərlə qiymətləndirilən qeyri-monetar maddələr ədalətli dəyərin təyin edildiyi tarixdə mövcud olan məzənnəyə görə çevrilməlidir.

Standartdan aydın olur ki, ilkin tanınma zamanı nizamnamə kapitalı əməliyyatın aparıldığı tarixə olan məzənnə ilə qeydiyyata alınmalıdır.

Yəni 30.000 dollar x1,5 = 45.000 manat.

Növbəti tanınma, yəni növbəti balans hesabatında isə ancaq monetar maddələr dövrün sonuna olan məzənnə ilə uçota alınmalıdır. Yəni 31 dekabr 2019-cu il tarixinə vergi uçotunda olduğu kimi debitor, kreditor borcları, öhdəliklər, bank qalıqları 1 dollar =1,7 məzənnəsi ilə hesablanılır.

Vergi uçotunda olduğu kimi mühasibat uçotunda da nizamnamə kapitalı kapital bölməsi olduğundan yenidən məzənnə ilə qiymətləndirilmir. Odur ki, mühasibat uçotunda da 31 dekabr 2019-cu ildə nizamnamə kapitalı 45.000 manat olmalı idi.

Bunlarla yanaşı, məsələyə mahiyyət baxımından yanaşanda da yuxarıdakı nəticəyə gəlmək olur.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank ödəniş terminalları danışıq dəqiqələri və mobil internet qazandırır

posted in: Xəbər | 0

Məlumat verdiyimiz kimi, müştəri xidməti keyfiyyətinin artırılmasına, bir sıra bank əməliyyatlarının 24/7 rejimində fasiləsiz təqdim edilməsinə böyük önəm verən Kapital Bank, bir müddət əvvəl yeni nəsil ödəniş terminallarının quraşdırılmasına başlayıb. Bu terminallar bankın filialları ilə yanaşı ölkənin bir sıra iri market şəbəkələrində də mövcuddur və quraşdırma prosesi hazırda davam edir.

30 iyun 2021-ci il tarixinədək müştərilər BirBank ödəniş terminalları ilə kommunal ödənişləri həyata keçirdikdə Azercell və ya Bakcell-dən 50 pulsuz danışıq dəqiqəsi və 100 MB həcmində mobil internet qazanacaqlar. Aksiya çərçivəsində qeyd olunan ödənişlər abonentə hədiyyə qazandıracaq: AzəriQaz, AzəriQaz Smartcard, Azərİşıq, AzərİstilikTəchizat, NaxçıvanQaz, Naxçıvanİşıq, AzərSu və NaxçıvanSu. Hər abonent kodu aksiya zamanı bir dəfə hədiyyə qazana bilər. Ətraflı məlumat üçün – https://kbl.az/bbptc.

Qeyd edək ki, bu terminallar funksionallıq baxımından daha geniş imkanlara malikdir. Yeni terminallarda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, “Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Ödənişləri həm nağd, həm də nağdsız formada həyata keçirmək olar. Nağdsız ödənişləri etmək üçün terminalın “card reader” yerindən və ya təmassız NFC funksiyasından istifadə etmək lazımdır.

Bundan başqa biznes kartlarına mədaxillər də yeni nəsil terminallar vasitəsilə mümkündür. Mədaxillər AZN ilə yanaşı USD və EUR valyutasında da həyata keçirilə bilər. Kapital Bank-ın istənilən kartına daxil edilən vəsaitlər, digər ödəniş terminalları ilə müqayisədə hesaba müəyyən qrafik üzrə deyil, dərhal mədaxil olunur.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 810 811 812 813 814 815 816 2. 399