Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən alınan mallar üzrə əməliyyatların rəsmiləşdirilməsi

posted in: Xəbər | 0

əməliyyatların rəsmiləşdirilməsiVergi ödəyicilərinin vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən nağd qaydada hansı malları ala bilməsi, malların hansı hallarda alış aktı ilə rəsmiləşdirilə bilməsi vergi münasibətlərinin aktual və mübahisəli məsələlərindəndir. Mövzunu BSC konsaltinq şirkətinin maliyyə və mühasibat üzrə layihə rəhbəri Zəhra Əliyeva və hüquqşünası Nəsrin Cəbrayılova şərh edirlər.

Əvvəlcə qeyd edək ki, 2019-cu ilin noyabr ayında Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən nağd qaydada alınan malların rəsmiləşdirilməsi ilə bağlı idi.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə əsasən, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

1) kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsulları;
2) əlvan və qara metal qırıntıları;
3) utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları;
4) utilizasiya məqsədləri üçün işlənmiş şinlər;
5) xam dərinin tədarükü (alışı).

Bu bəndin məzmunundan da göründüyü kimi, vergi ödəyicisi olmayan fiziki şəxslərdən yuxarıda göstərilən mallardan başqa mal nağd qaydada satın alına bilməz. Bu şəkildə tənzimləmə məhz vergidən yayınma hallarının qarşısının alınması, sui-istifadə hallarına yol verilməməsi ilə bağlıdır. Əgər alış aktı ilə vergi ödəyicisi olmayan fiziki şəxsdən digər malları da almaq mümkün olsaydı, bu, hüquqdan sui-istifadə və vergidən yayınma hallarına gətirib çıxarardı.

Çünki şəxs faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, bu yolla formal olaraq özünü sahibkar kimi göstərməyə, nəticədə də zəruri vergiləri ödəməkdən yayına bilər. Məsələn, tutaq ki, “A” adlı şəxs vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsdir və 7 müxtəlif şəxsə 20.000 manat məbləğində kompüter avadanlığı satmaq niyyətindədir. Kompüter avadanlığı “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci bəndində göstərilən mallara aid olmadığı üçün həmin şəxs fərdi sahibkar və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmadan satış əməliyyatını icra edə bilməz. Əgər həmin bənddə göstərilən mallara aid olsa idi, onların satılmasından əldə olunmuş gəlirlərdən həmin şəxs yalnız 2 faiz dərəcə ilə ödəmə mənbəyində vergi ödəyəcəkdi. Halbuki həmin şəxs fərdi sahibkar kimi dövlət qeydiyyatına alınsa, satdığı mallardan əldə olunmuş gəlirləri 20 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunacaqdı.

Digər tərəfdən, Vergi Məcəlləsinin 71-2.1-ci bəndinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları (hər iki tərəfin imzası olmalıdır) və malların alışı tarixindən beş gün müddətində elektron alış aktı tərtib edilir. Əgər malların alışı zamanı elektron alış aktının tərtibinə imkan varsa, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanır və bu halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 №li Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir.

Elektron alış aktında elektron alış aktının seriyası, nömrəsi və verilməsi tarixi; elektron alış aktının növü (cari/düzəliş/ləğv); satıcının soyadı, adı və atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, FİN kodu, əlaqə nömrəsi; vergi ödəyicisinin tam adı və eyniləşdirmə nömrəsi (VÖEN); kağız daşıyıcıda tərtib edilmiş alış aktının seriyası, nömrəsi və tarixi; sıra nömrəsi; malın adı; malın ölçü vahidi; malın miqdarı; malın vahidinin qiyməti (manatla); malın məbləği (manatla); sair qeydlər; yekun məbləğ (rəqəm və yazı ilə); malın təqdim edildiyi ünvan göstərilməlidir. Elektron alış aktının forması ilə Nazirlər Kabinetinin 7 iyul 2020-ci il tarixli, 243 №li Qərarı ilə təsdiq edilmiş 1 №li Əlavədən tanış ola bilərsiniz.

Qeyd etmək lazımdır ki, əgər vergi ödəyicisi tərəfindən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci bəndində göstərilməyən heç bir mal alına bilməz. Əks təqdirdə, həmin əməliyyatın rəsmiləşdirilməsi, uçotunun aparılması ilə bağlı problemlər ortaya çıxacaq və vergi həmin əməliyyatı malları almış vergi ödəyicisi üçün xərc kimi tanımayacaq.

Buradan zahirən Vergi Məcəlləsi ilə “Nağdsız hesablaşmalar haqqında” Qanun arasında ziddiyyətin mövcud olması təsəvvürü yarana bilər. Əslində. iki qanunvericilik aktı arasında heç bir ziddiyyət yoxdur. Məcəllənin 71-2.1-ci bəndində qeyd olunur ki, vergi ödəyicisi tərəfindən vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərdən mal alınarsa, bu zaman müvafiq qaydada alış aktı tərtib olunmalıdır. “Nağdsız hesablaşmalar haqqında” Qanunu isə bu normaya daha geniş izah verir və onu dəqiqləşdirir, nağd qaydada alına biləcək malların konkret siyahısını göstərir.

Onu da qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 101.6-cı bəndinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Büdcə təşkilatları üçün hesabat formaları və onların təqdim edilmə Qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0

Büdcə təşkilatları hesabat formalarıMaliyyə Nazirliyinin Kollegiyası 30 noyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün həmin vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifatlar üzrə hesabat formaları və onların təqdim edilmə Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı qərarı nazir Samir Şərifov imzalayıb.

Qərarda həmçinin deyilir ki, Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi qərarı 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şirkəti auditor seçir

posted in: Xəbər | 0

auditor

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşillaşdırma və Landşaft Quruluşu” ASC 2020-ci il maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 20-si, saat 18:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 61 ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 424-32-83 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Sosial müavinətlərin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi Qaydaları”nda dəyişiklik edilib

posted in: Xəbər | 0

güzəşt və azadolmalar

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanının 3 cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə
633, № 10, maddə 1269, № 11, maddə 1411; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 mart tarixli 62, 16 mart tarixli 68, 70 nömrəli və 19 aprel tarixli 101 nömrəli qərarları) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə – “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 2.33.1-ci yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.34-cü bənd əlavə edilsin:

“2.34. əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:

2.34.1. əmək kitabçasının surəti;

2.34.2. fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 may 2021-ci il
№ 146

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 805 806 807 808 809 810 811 2. 382