Mühasib sözünün mənşəyini bilirsinizmi?

posted in: muhasibat, Məqalə | 0

Mühasibat uçotu Mühasib sözüMühasib, mühasibatlıq terminləri həyatımızda ən çox rast gəlinən, işlədilən terminlərdəndir. Elə bir müəssisə, şirkət, dövlət orqanı yoxdur ki, oranın mühasibatlığı və mühasibləri olmasın. Hazırda mühasib əməyi ölkəmizdə də ən çox dəyərləndirilən vəzifələrdən biri hesab olunur. Bəs mühasib termini ilk dəfə nə vaxt və harada işlədilməyə başlanıb. Bu söz mənşəyini haradan götürüb, ilk mühasib kim hesab edilir?

Mühasib (Buchhalter, Buch – kitab, Halter – saxlayıcı) – mühasibat uçotu üzrə mütəxəssisdir, fəaliyyətdə olan qanunvericiliyə müvafiq uçot sistemi üzrə işləyən şəxsdir.

Mühasib sözü – kitabsaxlayıcı termini orta əsrlərdə təşəkkül tapıb. Müqəddəs Roma imperiyasının alman əsilli imperatoru I Maksimilian, Kristof Şteheri “mühasib” təyin edib.  Bu termin ilk dəfə 1498-ci ildə işlədilib. Beləliklə, tarixi mənbələrə istinad etsək, ilk dəfə mühasib vəzifəsini icra etmiş şəxs olaraq, bir neçə əsr bundan əvvəl İnsburk hesablama palatasında sənədlər tərtib edən Kristofer Şteher qəbul edilir. 1498-ci ilə qədər Almaniyada mühasibləri yazar (mirzə) adlandırıblar, lakin, Şteherdən sonra bu “mühasib” və “mühasibatlıq” termini kimi işlədilməyə başlanılıb. Həmin termin tədricən hər yerdə vətəndaşlıq hüququ qazanıb.

Mühasibin vəzifələri: O, müəssisənin maliyyə vəziyyətinə nəzarət edir, dövlət orqanları və şirkət rəhbərləri qarşısında hesabat verir, müştərilər və şirkətin partnyorları ilə işi təşkil edir, dövlət vergilərini vaxtında və dəqiq ödəyir.

Yeri gəlmişkən, dilimizdə işlədilən mühasib sözü ərəb mənşəli olub, hesab sözü ilə qohumluq təşkil edir, “hesablayan” deməkdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Təsisçi il başa çatmamış dividend götürə bilər?

posted in: sual-cavab, Xəbər | 0

Sual: Müəssisə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir. Təsisçi satışdan mədaxil olan pul vəsaitlərini bankdan ilin ortalarında hansı qaydada məxaric edə bilər? Xahiş edirik bu prosesi tam izah edəsiniz.

Cavab: Bildiririk ki, təsisçi hüquqi şəxsdən pul vəsaitlərini xalis mənfəətin bölüşdürülməsi nəticəsində, dividend şəklində əldə edə bilər.

Divivend dedikdə hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş başa düşülür.

Mülki münasibətləri tənzimləyən Мülki Məcəllənin 106-3.2-ci maddəsinə uyğun olaraq səhmdar cəmiyyət nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər.

Мülki Məcəllənin 90-1-ci maddəsində isə məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilməsi bildirilmiş, eyni zamanda mənfəətin bölüşdürülməsi haqqında qərarın qəbul edilə bilmədiyi hallar göstərilmişdir.

Mənbə: taxes.gov.az

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun


Hər mühasibin tipik qorxuları

posted in: muhasibat, Məqalə, Xəbər | 0

müavinətdən tutulmalar vərəsəYəqin ki, hər bir mühasibin ən çox qorxduğu şey, debetlə kreditin üst-üstə düşməməsidir. Bəlkə də belə mütəxəssislər cinayət məsuliyyətindən, vergi müfəttişliyinin yoxlamalarından, qanunvericilikdəki dəyişikliklərdən, sənədlərdəki səhvlərdən və ya direktorun pis əhval-ruhiyyəsindən qorxurlar. Əslində, mühasibin nədən qorxmasının əhəmiyyəti yoxdur. Ən düzgünü, sadalanan qorxuların faydalı və ya zərərli olmasının araşdırılmasında və onların necə aradan qaldırılmasındadır?

Başlanğıc üçün bu qorxuları real və mistik olanlara ayırmaqdır. Birinci kateqoriya o məsələlərə aiddir ki, onlar həqiqətən baş verə bilər. Onların sayəsində mühasib öz işində səhvləri istisna edə bilər.

Bundan əlavə, öz motivasiyanızı da dərk etmək çox vacibdir. Bəzi insanlar müəyyən nəticələrin əldə olunmasına daha çox müsbət motivasiya verir, digərlərində isə bu, problemlərin aradan qaldırılması şəklində mənfi təzahür kimi motivasiya verir. Yaxşı mühasib bir neçə qəpiyə görə həddən ziyadə qorxu ilə həddən artıq cəsarətlilik arasında seçim etməməlidir, həmişə “qızıl ortanı” tutmağa çalışmalıdır, yoxsa bu, şirkətlərə çox baha başa gələ bilər.

Belə bir qorxunun səbəbi kimi çox vaxt informasiya qıtlığı rol oynayır ki, bu da qərar qəbul edilməsini mürəkkəbləşdirir. Bəzən bu vəziyyət, qanunvericiliyin tez-tez dəyişməsi və məsləhətçi proqramlarının qeyri-kafi qabiliyyətlərinin nəticəsi olaraq ortaya çıxır ki, bu da mübahisəli nöqtələrin incəliklərini anlamağa imkan vermir. Belə vəziyyətlərdə auditor şirkətinə müraciət etmək yolu ilə “sığortalanmaq” olar, hansı ki, ekspertlər problemli məsələlər üzrə məsləhətlər verə bilərlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DSMF auditor seçib

posted in: Xəbər | 0

auditor

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) özünün və struktur bölmələrinin 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “HLB Azərbaycan” MMC-dir.

Qalib şirkətə 160 min manat ödəniləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 804 805 806 807 808 809 810 2. 382