» » » Mühasib sözünün mənşəyini bilirsinizmi?

Mühasib sözünün mənşəyini bilirsinizmi?

posted in: muhasibat, Məqalə | 0

Mühasibat uçotu Mühasib sözüMühasib, mühasibatlıq terminləri həyatımızda ən çox rast gəlinən, işlədilən terminlərdəndir. Elə bir müəssisə, şirkət, dövlət orqanı yoxdur ki, oranın mühasibatlığı və mühasibləri olmasın. Hazırda mühasib əməyi ölkəmizdə də ən çox dəyərləndirilən vəzifələrdən biri hesab olunur. Bəs mühasib termini ilk dəfə nə vaxt və harada işlədilməyə başlanıb. Bu söz mənşəyini haradan götürüb, ilk mühasib kim hesab edilir?

Mühasib (Buchhalter, Buch – kitab, Halter – saxlayıcı) – mühasibat uçotu üzrə mütəxəssisdir, fəaliyyətdə olan qanunvericiliyə müvafiq uçot sistemi üzrə işləyən şəxsdir.

Mühasib sözü – kitabsaxlayıcı termini orta əsrlərdə təşəkkül tapıb. Müqəddəs Roma imperiyasının alman əsilli imperatoru I Maksimilian, Kristof Şteheri “mühasib” təyin edib.  Bu termin ilk dəfə 1498-ci ildə işlədilib. Beləliklə, tarixi mənbələrə istinad etsək, ilk dəfə mühasib vəzifəsini icra etmiş şəxs olaraq, bir neçə əsr bundan əvvəl İnsburk hesablama palatasında sənədlər tərtib edən Kristofer Şteher qəbul edilir. 1498-ci ilə qədər Almaniyada mühasibləri yazar (mirzə) adlandırıblar, lakin, Şteherdən sonra bu “mühasib” və “mühasibatlıq” termini kimi işlədilməyə başlanılıb. Həmin termin tədricən hər yerdə vətəndaşlıq hüququ qazanıb.

Mühasibin vəzifələri: O, müəssisənin maliyyə vəziyyətinə nəzarət edir, dövlət orqanları və şirkət rəhbərləri qarşısında hesabat verir, müştərilər və şirkətin partnyorları ilə işi təşkil edir, dövlət vergilərini vaxtında və dəqiq ödəyir.

Yeri gəlmişkən, dilimizdə işlədilən mühasib sözü ərəb mənşəli olub, hesab sözü ilə qohumluq təşkil edir, “hesablayan” deməkdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun