Kapital Bank sahibkarlara “Sürətli tender” məhsulunu təklif edir

posted in: Kapital Bank, Xəbər | 0

Kapital Bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara ölkədə həyata keçirilən layihələrdə iştirak etmək üçün “Sürətli tender” məhsulunu təklif edir.

“Sürətli tender” məhsulu bir sıra özəlliklərə malikdir: maliyyə təhlili və skorinq yoxdur; il ərzində bir dəfə müqavilə bağlanır və daha sonra qarantiya məktubları ərizə əsasında rəsmləşdirilir; limit rəsmləşdirilməsi komissiyasız həyata keçirilir; illik faiz və limit üzrə komissiya 0% təşkil edir; yalnız qarantiya məktubu əldə etdikdə birdəfəlik komissiya ödənilir.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri profili vasitəsilə məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, “Sürətli tender” məhsulunu almaq istəyənlər qeyd edilən linkə – https://kbl.az/cbpcr, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasib peşəsini cəlbedici edən 8 fakt

posted in: Məqalə, Xəbər | 0

Analıq məzuniyyəti MühasibBir çoxları mühasib işini cansıxıcı və darıxdırıcı hesab edirlər. Bütünlüklə rəqəmlər, daim təkrarlanan əməliyyatlar, yaradıcılığın olmaması və s. Amma özünüz mühasib kimi çalışdıqdan sonra bütün bu təsəvvürlər köklü şəkildə dəyişikliyə uğrayacaq!

Beləliklə, mühasiblərin işində çoxsaylı müsbətlər var:

  • Məntiqi düşüncə inkişaf edir. Müxabirləşmələrlə müqayisədə yapon krossvordları və rebusları “boş” şeydir! Əgər birincisi – hobbidirsə, işdə hər şeyi düzgün “düzüb-qoşmaq” çox yüksək dəyərləndirilir. Əlbəttə, zamanla avtomat kimi hərəkət etməklə, artıq bu və ya digər hesabı niyə seçdiyin barədə hətta düşnmürsən belə.
  • Vərdişlər yaranır. Nahaq yerə deməyiblər ki, təkrar biliyin anasıdır. Buna qədər çətinliklə etdiklərin, bir neçə cəhddən sonra çox az vaxtda yerinə yetirilir.
  • Özünüintizam güclənir. Mühasibatlıqda isə istənilən xırdalıqlar, istənilən detal mühüm əhəmiyyət kəsb edir. Hətta öz iradəndən asılı olmayaraq, bütün işləri dəqiqliklə və vicdanla yerinə yetirirsən. Çünki hər şey “qəpiyinə kimi” düz gəlməlidir! Bunu diqqətə aldıqdan sonra şəxsi büdcəni də dəqiqliklə planlaşdırır və nəzarət edirsən, bu isə düşünülməmiş məsrəflərdən yan keçməkdə kömək edir.

Mühasib olmaqla əldə edəcəyiniz 9 üstünlük

  • Daim yeni məlumat axını. Əgər Siz rəqəmlərlə “dostluq” edirsinizsə, quru sənədlər və hesabatların arxasından biznesin necə apardığının təsvirini görürsünüz. Axı, bütün iqtisadi əməliyyatlar mühasibin “əli” vasitəsilə həyata keçir. Təhlilə meyilli insan mühasibatlıqdan rəhbərliyin idarəetmə qərarlarının effektliliyini izləyə bilər. Mühasib şirkətin nə dərəcədə gəlirli olduğunu görə bilir. Şirkətlərin bağlanması (ləğvi) və ya ştatın ixtisara düşməsi xəbəri mühasibdən ötrü sürpriz olmayacaq, ona görə iş yerini zamanında dəyişməyə hazır olur. Bundan əlavə, müasir həyat mühasibdən çeviklik və daimi ixtisasın artırılmasını tələb edir. Bu vəzifədə daim öyrənməlisən, belə ki, qanunvericilik dəyişdirilir, yeni alətlər, proqramlar və texnologiyalar peyda olur. Bir sözlə, darıxmaq üçün vaxt qalmır.
  • Stabillik. Birincisi, təxmini iş həcmi əvvəldən məlum olur və planlaşdırmaya uyğunlaşır. Çox nadir hallarda “axşama” nəsə etmək kimi bir iş qalır. İkincisi, mütəxəssislərə tələbat həmişə yüksək olaraq qalır. Hətta 40-50 yaşlı mühasib üçün belə yeni vakansiyadan imtina təhlükəsi görünmür. Əksinə, təcrübə həmişə sizin xeyrinizə işləyir.

Uğurlu Baş mühasib olmaq üçün 14 prinsip

  • Ünsiyyət. Mühasib bir çox insanlarla iş görməli olur. Bu zaman özünə əminlik yaranır, “yox” demək, dediyində israr etmə və müxtəlif həmsöhbətlərə yanaşma bacarıqları formalaşır.
  • Səlahiyyət. Sizin hətta rəhbərlikdən hesabat tələb etmək hüququnuz var. Sadə əməkdaşlar isə sizinlə yaxşı münasibətlər qurmaqda maralı olacaqlar – Sizdən çox şey asılıdır. Misal üçün, hesabların vaxtında ödənişi, əməkhaqqının verilməsi və s.
  • Özü üçün çalışmaq imkanı. Hazırda bir çox kiçik şirkətlər mühasibatlıq işlərinin aparılmasını kənardan olan mütəxəssislərə həvalə edirlər. Siz də bu cür müəssisələrdən bir neçəsinin mühasibatlıq işlərini apara bilərsiniz. Bu zaman isə öz zamanınızı, gəlirinizi də özünüz müəyyən edə biləcəksiniz. Şəxsi bizneslə məşğul olmaq qərarı verdikdə isə, mühasibatlıqla bağlı incəliklər sizdən ötrü heç də “qaranlıq meşə” təsiri başğışlamayacaq.
Anna Perevoznik

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək Məcəlləsinə düzəlişlər işçilərin mənafeyinə xidmət edir

posted in: Xəbər | 0

əmək müqaviləsi əmək müqavilələriÖlkədə həyata keçirilən şəffaflaşma prosesi, əmək münasibətlərinə dövlət dəstəyinin artırılması və işçi hüquqlarının müdafiəsi ilə əlaqədar aparılan islahatlar çərçivəsində Əmək Məcəlləsində bir sıra əlavə və dəyişikliklər edilib. Mövzunu hüquqşünas Şəhriyar Həbilov şərh edir.

Bəzən müəssisələr vətəndaşla mülki xarakterli müqavilələr bağlamaqla müqavilə münasibətlərinə xitam verə bilirdi. Bu, həm də şəxsin geniştərkibli işçi hüquqlarından və sosial güzəştlərdən faydalanmasının qarşısını alırdı. Əmək Məcəlləsinə edilən son düzəlişlər məcburi şəkildə müəssisələrin əmək münasibətlərinə cəlb edilməsinə və işçi hüquqlarının qorunmasına şərait yaradır.

Dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Yeniliklərdən biri də Məcəlləyə əmək münasibətləri anlayışının daxil edilməsi və bu anlayışa izah verilməsidir.

Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

Yeni düzəlişlərə əsasən, əmək münasibətlərinin dairəsi də dəqiqləşdirilib:

1) Tərəflər arasında bağlanmış müqavilənin məzmununda rekvizitlər, əmək funksiyası, iş yeri, vəzifəsi, işə başlama vaxtı, iş, istirahət vaxtı, əməkhaqqı, əsas və ya əlavə iş yeri olması, məzuniyyət hüququ, tərəflərin öhdəlikləri kimi müddəalar varsa və müqavilə nümunəvi əmək müqaviləsi formasında bağlanıbsa, bu, əmək münasibətləri sayılacaq.

2) Əmək kitabçası təqdim edilməklə müqavilə bağlanıbsa bu hal da əmək münasibəti sayılacaq. (Məlum olduğu kimi elektron sistemin mövcudluğuna baxmayaraq hələ də əmək kitabçasının tətbiqi mümkündür).

3) Tərəflər arasında münasibətlərin yaranması vəzifəyə təyin edilmə, müsabiqə əsasında, ödənişli seçkili yaxud təyinatlı işə keçirmə, məhkəmə qərarı ilə qəbul kimi hallarda yaranan münasibətlər də əmək münasibətləri sayılacaq. Bəzi hallarda vəzifəyə mülki müqavilə əsasında təyin edilmə hallarının mövcud olduğu bank və sığorta sektoru kimi sahələrdə artıq şəxsin təyin edilməsi ilə yaranan münasibətlər yalnız əmək münasibətləri sayılacaq.

4) Münasibətlər işəgötürənin əsas fəaliyyətinə uyğun olarsa bu, əmək münasibətinə aiddir. Müəssisələr mülki müqavilə təcrübəsindən istifadə edərkən hətta işçinin əsas fəaliyyətinə aid işlərdə də əmək münasibətlərini istisna edirdi. Dərzi, sürücü, usta xidmətlərini təklif edən sahibkarlar həmin statusda olan şəxslərlə əmək müqaviləsi bağlamırdı. Yeni düzəlişlər bu kimi halları aradan qaldıracaq.

5) Əvəzçilik və ya müvəqqəti əvəzetmə halları əmək münasibəti yaradır. Müəssisədə işçi müvəqqəti işə çıxmadıqda (hamiləlik, 3 yaşadək uşağa qulluq və s.) onun yerinə işə cəlb edilən şəxslərlə də rəsmiləşdirmə mülki müqavilə ilə davam etdirilirdi. Yaxud, şəxs əsas iş yerindəki işindən başqa işlə məşğul olanda, onunla əmək münasibətləri davam etdirilsə də, rəsmiləşdirmə mülki müqavilə ilə olurdu. Artıq bu hallar da aradan qalxacaq.

6) Müvəqqəti işlərin müddəti bitməsinə baxmayaraq müddət davam etdirilərsə, bu hal da əmək münasibətlərinə aid edilir. Sahibkarlar mövsüm bitəndən sonar da işçiləri işə cəlb etdikləri hallar olur. Düzəlişlərdən sonar davam edən mübasibətlər də əmək münasibətləri kimi rəsmiləşdirilməli olacaq. Bu hal tək mövsümi işlərlə məhdudlaşmır. Bəzən təhsil müəssisələrində müəyyən müddət (dərs periodu olan aylar) üçün əmək müqaviləsi bağlanırdı. Əslində isə hər tədris müddətində münasibətlər davam edirdi. Bu düzəlişlər belə özbaşınalıqları aradan qaldıracaq.

7) İşin xarakterinə görə nəticədə ödənilən xidmət haqlarının tərkibinə tarif maaşı, əlavə və mükafatlar daxil olarsa, bu, müqavilə ilə rəsmiləşdirilməlidir. Müəyyən kateqoriya müəssisələr ödənilən aylıq xidmət haqqına əlavə komissiya, mükafat və xüsusi əlavələr daxil edirdi və münasibətləri birbaşa əmək münasibətlərindən kənar olaraq mülki müqavilələrlə rəsmiləşdirirdi. Düzəliş bu cür halların qarşısını alır.

8) Şəxsin işdə olmadığı halda orta əməkhaqqı saxlanırsa, şəxsə intizam tənbehi verilirsə, məzuniyyət hüququ verilirsə, ştat ixtisarı və digər əsaslarla rəsmi əmək müqaviləsi olan şəxslərdəki kimi yaranmış münasibətlərə xitam verilirsə, işləri yerinə yetirən şəxsin vəzifələri elə qanunvericilikdə işçinin vəzifələri ilə eynidirsə – bunlar da əmək münasibətlərinə daxil edilir. Göründüyü kimi, qeyd edilən hallar əmək münasibətlərinin xarakteri ilə eynilik təşkil etsə də, işəgötürənlər müəyyən öhdəliklərdən yaxa qurtarmaq və işçi ilə müqaviləyə asanlıqla xitam verə bilmək üçün mülki müqavilələrdən istifadə edirdi. Artıq bu cür hallarda işçilərlə mütləq əmək müqaviləsi bağlanmalı olacaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İcarəyəverən fiziki şəxs E-qaimə verməzsə bu xərc kimi nəzərə alınır?

posted in: sual-cavab, Xəbər | 0

Sual: Hüquqi şəxs olaraq vergi ödəyicisi olmayan fiziki şəxsdən obyekt icarəyə götürürəm. Müvafiq olaraq icarə haqqını fiziki şəxsə, ödəmə mənbəyindən vergini isə dövlət büdcəsinə ödəyirəm. Lakin fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyatdan keçmədiyindən e-qaimə təqdim etmir. Bu halda (yəni qaimə olmadan) mən fiziki şəxsə ödədiyim icarə haqqını gəlirdən çıxa bilərəm?

Cavab: Bildiririk ki, uçotda olmayan fiziki şəxslər tərəfindən hüquqi şəxslərə əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə rəsmiləşdirilməli və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilməlidir. Vergi ödəyicisi olmayan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə həmin şəxslərin Vergi Məcəlləsində nəzərdə tutulan qaimə-faktura və ya elektron qaimə-faktura təqdim etmək hüququ yoxdur. Bununla belə, xidməti göstərən şəxs tərəfindən hər hansı səbəbdən elektron qaimə-faktura təqdim edilə bilmədikdə, xidmətin alıcısı xidmətin göstərilməsini təsdiqləyən ödəniş sənədini xərc sənədi kimi nəzərə ala bilər.

Bax: Vergi Məcəlləsinin 13.2.11-ci və 71-1-ci maddələri, Mülki Məcəllənin 700-cü maddəsi.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 802 803 804 805 806 807 808 2. 382