Dövlət Vergi Xidmətinin Aparatının yeni ünvanı barədə

posted in: Xəbər | 0

Dövlət Vergi XidmətiMəlumat üçün bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı artıq yeni – AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155 ünvanında yerləşən inzibati binada fəaliyyətə başlamışdır.

Odur ki, Dövlət Vergi Xidmətinin Aparatına kağız daşıyıcıda təqdim etməli olduğunuz sənədləri (müraciətləri) yeni inzibati binanın ünvanına – AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155 ünvanına göndərməyiniz xahiş olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Azərsu” daha bir auditor seçib

posted in: Xəbər | 0

auditor

“Azərsu” ASC Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq ötən il əvəzsiz alınmış əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və qiymətdən düşməsinə dair test keçirilməsi ilə bağlı elan etdiyi katirovka sorğusuna yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “EA Consulting” QSC-dir.

Qalib şirkətə 17 min manat ödəniləcək.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

XXI əsrdə menecmentin əsas vəzifəsi

posted in: Xəbər | 0

İbrətamiz fikirlər / XXI əsrdə menecmentin əsas vəzifəsiKarl Marks

XXI əsrdə menecmentin əsas vəzifəsi mümkün qədər çox təşkilatı dəyişikliklər liderlərinə çevirməkdən ibarətdir. Bunun üçün aşağıdakılar tələb olunur:

– Gələcəyin yaradılmasına yönəlmiş siyasət.

– Dəyişikliklərin axtarışı və proqnozlaşdırılması metodikası.

– Təşkilatın həm daxili, həm də xarici fəaliyyətində dəyişikliklərin həyata keçirilməsi strategiyası.

– Dəyişiklikləri və sabitliyi bərabərləşdirməyə imkan verən siyasət.

Piter Druker

Vergi ödəmələri barədə

Mühasiblər mənə bildiriblər ki, mən ayağımın birini Nyu-Cersidə, sol qulağımı Men adasında, sağ ayağımı isə Sürixdə saxlaya bilərəm və bunun sayəsində tamamilə az vergi ödəyə bilərəm, hətta heç ödəməyə də bilərəm. Amma, mən Fransanın cənubuna qaçmaq qərarı verdim.

Alan Şuqar



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dividendlərin vergiyə cəlb edilməsi

posted in: sual-cavab, Xəbər | 0

alğı-satqı royalti vergiyə cəlbHüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və ödəmə mənbəyində vergi tutulur.

Qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 122-ci maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 799 800 801 802 803 804 805 2. 400