Kapital Bank-ın Visa kartları ilə “Macəra yaxındadır”

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital Bank-ın Visa kart sahibləri artıq “Macəra yaxındadır” adlı kampaniyaya daxil olan təkliflərdən daha sərfəli şərtlərlə yararlana biləcəklər. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən keçirilən bu kampaniyanın əsas məqsədi daxili turizmin inkişafına töhfə vermək, pandemiya dövründə yerli turizm sənayesinə dəstək göstərməkdir.

Şərtlərə görə, 31 dekabr 2021-ci il tarixinədək Kapital Bank-ın Visa kart sahibləri https://macerayaxindadir.az/ saytında olan təkliflər üçün etdikləri istənilən ödənişlərdə 20% keşbek əldə edə biləcəklər. Kampaniya ərzində hər bir Visa kart sahibi maksimum 200 AZN keşbek əldə edə bilər.

Qazanılan keşbeklər təqvim ayı bitdikdən 21 iş günü sonra müştərinin kart hesabına mədaxil olunur və bu barədə SMS məlumatlandırma təqdim olunur. 10 fevral 2021-ci il tarixindən başlayaraq qeyd olunan saytdakı təkliflər üçün edilən bütün ödənişlər bu kampaniyada iştirak edir.

Qeyd edək ki, Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünya ölkələrində əmlak vergisi (1-ci hissə)

posted in: Vergi, Xəbər | 0

Dünya ölkələrində əmlak vergisi (1-ci hissə)

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Mənzil alarkən mülkiyyət hüququna sahiblənməkdən ötrü vergi (satın alma vergisi) ödəməli olursan, sonra gerb yığımı və ya ƏDV, eləcə də qeydiyyat üçün vergi ödəməlisən. Əmlak sahibləri üçün illik əmlak vergisi də mövcuddur.

Əmlakı satmaq istəyərkən isə kapitalın artışına görə, əksər ölkələrdə eləcə də bağışlanan və ya miras qoyulan əmlaka görə də qohumluq dərəcəsindən asılı olaraq, vergi tətbiq edilir. Belə vergi yalnız Avstriya, Kipr, Latviya, BƏƏPortuqaliyada mövcud deyil. Bundan əlavə, fiziki və hüquqi şəxslər həm də gəlirdən də vergi ödəyirlər. Gəlirdən ən yüksək vergi Sloveniya (maksimal hədd – 50% ), Fransa (49%-ə qədər), Portuqaliya (48%-ə qədər), Böyük Britaniya, Almaniya, Yunanıstan və İspaniyada isə 48%-ə qədər təşkil edir.

Avstriyada əmlakın satın alınması zamanı 3,5% vergi ödənilir. Əmlakın qeydiyyatına görə 1,1%, yeni əmlaka görə ƏDV 20%, əmlaka görə illik 2%, kapitalın artımına görə 25% vergi ödənilir. Bu ölkədə fiziki şəxslərdən 50%, hüquqi şəxslərdən isə 25% vergi tutulur.

Bolqarıstanda əmlakın satın alınması zamanı 3%, qeydiyyatına görə 1,1%, yeni əmlaka görə ƏDV 20%, əmlaka görə illik 2%-ə qədər, kapitalın artımına görə 25% vergi tutulur. Mirasa və ya bağışlanan əmlaka görə vergi tutulmur. Bu ölkədə fiziki və hüquqi şəxslərdən eyni miqdarda 10% vergi tutulur.

Böyük Britaniyada əmlakın alışı zamanı 0-15%, qeydiyyatı üçün 0,04-0,15%, əmlaka görə illik 200-2500 funt sterlinq,  kapitalına artımına görə 18-28%, mirasa və ya vərəsəlik yolu ilə keçən əmlaka görə 0-40% vergi ödəməlisən. İngiltərədə fiziki şəxslər 20-45%, hüquqi şəxslər isə 23% vergi ödəyirlər.

Növbəti yazımızda digər ölkələrdəki vergilər barədə məlumat verəcəyik.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sığorta və təkrar sığorta əməliyyatları hansı hallarda ƏDV-dən azaddır?

posted in: Xəbər | 0

icbari tibbi sığorta əməliyyatları ƏDV

Vergi Məcəlləsinin müvafiq maddəsinə görə, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə Əlavə Dəyər Vergisindən azaddır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyd edilənlərə əsasən, qeyri-rezident olan sığorta şirkəti tərəfindən rezident şəxsə sığorta əməliyyatları üzrə xidmətlər göstərildiyi halda, həmin xidmətlərə görə ödənilən haqq ƏDV-yə cəlb olunmur.

Həmçinin Əlavə Dəyər Vergisi məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə banka müraciət etmək tövsiyə edilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mən mühasib olmaq istəyirəm – nədən başlamalıyam?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mən mühasib olmaq istəyirəm – nədən başlamalıyam?Peşəkar mühasib auditorun etikası

Sıfırdan necə mühasib olmalı?

Tatyana Sufiyanovanın economics.studio saytında dərc olunmuş yazısını sizin diqqətinizə çatdırırıq.

Birinci, dəqiq hədəf seçiminə diqqət yetirmək lazımdır. Siz adi mühasib olmaq və baş mühasibin rəhbərliyi altında işləmək istəyirsiniz, konkret bir sahə üzrə fəaliyyət göstərmək istəyirsiniz və ya baş mühasib kimi çalışmaq əzmindəsiniz? Bu çox mühümdür – o səbəbdən öncə bunu dəqiq müəyyən etməlisiniz. Çünki, təhsil qaydası, öyrənəcəyiniz material, gələcək işinizlə bağlı hazırlığın həcmi, məhz, bununla bağlıdır.

Harada təhsil almaq istədiyinizi müəyyən edin. Aşağıdakı ardıcıllığa diqqət yetirin:

  • sizin şəhərdəki kurslar;
  • internetdə online kurslar;
  • seminarlar;
  • vebinarlar;
  • çap ədəbiyyatı və s.

Nəyin rahat olub-olmadığını, nəyi və hansı üsulla öyrənmək lazım olduğunu, materialın qavranılması üçün bu üsullar arasında özünün seçim etməyin vacib olduğunu anlamaq lazımdır.

Səbirli olmağa çalışın. İş ondadır ki, bütün proseslərdən baş çıxarmaq üçün sizə ən azından iki və ya üç aylıq tam iş qrafiki lazım gələcək. Uğurlu mühasib olmaqdan ötrü təkcə qiymət təyin edilməsini (provodka) öyrənmək kifayət etmir, eləcə də 1C proqramında düymələri düzgün basmağı öyrənmək və ya hesab-fakturanı tərtib etmək yetərli deyil. Bunlar çox azdır. Səbirli şəkildə aşağıdakı mövzuları öyrənmək lazımdır:

  • Vergitutma sistemləri;
  • Vergi növləri;
  • Vergi yoxlamaları;
  • Vergi məsuliyyəti;
  • Kadrlar işi (əsasları);
  • Əmək yoxlamaları;
  • Hesaba həbs qoyulduqda, nə etməli;
  • Vergiləri necə azaltmalı;
  • Rəhbərliyə bu və ya digər vergi məbləğini necə izah etməli;
  • Vergi reqistrləri və ilkin sənədlərin tərtibatı;
  • Uçot siyasəti.

Burada mən öyrənməli olduğunuz əsas mövzuları qeyd etmişəm. Hər şeyi dərhal əhatə etmək və qanunları yadda saxlamaq, vergi xidməti və maliyyə nazirliyindən gələn məktublardan baş çıxarmaq mümkün deyil. Və bunu etməyə də lüzum yoxdur.

Diqqəti cəmləşdirmək və vəziyyətdən tez baş çıxarmaq çox vacibdir.

Mühasiblər üçün müəllif  kurslarına yazılmaq

Siz öz proqramınızda sənədi necə daxil etməyi, müştəri-bankdan necə istifadə etməyi və fakturanı necə çap etməyi, hesabı yaratmaq və vergi xidmətinə məktub tərtib etmək kimi işləri bilirsiniz. Amma, əgər vergi müfəttişliyindən daxil olan adi bir tələb və ya dövlət əmək müfəttişliyindən gələn bir telefon zəngi sizi təlaşa salacaqsa, bu heç də yaxşı bir əlamət deyil.

Unutmayın, hətta təcrübə olmadan belə uğurlu baş mühasib olmaq üçün qanunvericilikdə olan bütün dəyişikliklərə sürətli reaksiya verməyi, vəziyyəti savadlı şəkildə qiymətləndirməyi və onu rəhbərliyə çatdırmağı öyrənməlisiniz.

Getdiyiniz kurslarda mütəxəssislərin məhz, bu məsələlərə istinad etmələri çox vacibdir. Əgər, belə olarsa, onda sizi nə vergi yoxlamaları, nə rəhbərliyin pis əhvalı, nə əmək müfəttişi və ya işçinin prokurorluğa şikayət etməsi, müştərinin məhkəməyə müraciəti və ya müfəttişliyin qəfil yoxlamaları qorxutmayacaq. Mən işlərinizi tormozlaya və sizləri qorxuda biləcək məqamları diqqətə çatdırdım. Söylədiklərimə əməl etsəniz bunların heç biri baş verməyəcək. Və siz söylənilənlərə tam yiyələnsəniz və onlara tam hazır olsanız, bax, həmin vaxt uğurlu baş mühasib olcaqsınız.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 798 799 800 801 802 803 804 2. 400