Azərbaycanda dünya standartlarında rəqəmsal məhsullar hazırlayan texnoloji şirkət fəaliyyətə başlayıb.

posted in: Xəbər | 0

Texnologiyanın sürətli inkişafı şirkətlərin iş prinsiplərini yeniləməyə məcbur edir. Bu inkişafa uyğunlaşmayan firmalar yüksək texnologiyalara uyğunlaşan firmalara nisbətdə rəqabəti uduzur və tənəzzülə uğrayır. Bu səbəbdən fəaliyyət sahəsindən asılı olmayaraq hər şirkət rəqəmsal texnologiyaları strateji olaraq mənimsəməlidir.

Texnoloji həlləri mənimsəmə nə dərəcədə önəmlidirsə, bu texnologiyanı kimin hazırlayacağı da bir o qədər əhəmiyyətlidir. Etibarlı və peşəkar texnologiya şirkəti tapmaq elə də asan məsələ deyil.

Son dövrlərdə Azərbaycanda mürəkkəbliyindən asılı olmayaraq ən böyük texnoloji layihələri uğurlu şəkildə təhvil vermiş, peşəkarlardan ibarət komandası olan bir şirkət fəaliyyətə başlayıb. Genity dünya standartlarında rəqəmsal məhsulların hazırlanmasında ixtisaslaşmış şirkətdir. Təklif etdikləri texnoloji həllər istənilən biznesin satışlarının artırılmasına, rəqəmsal dünyada bir addım öndə olmasına şərait yaradır.

Genity maliyyə sahəsini avtomatlaşdıran – FinTech, insan resursları üçün – HRTech, səhiyyə xidmətlərini optimallaşdıran – HealthTech, hüquq sahəsini avtomatlaşdıran – LegalTech, qida sektorunu inkişaf etdirən – FoodTech, təhsil prosesini idarə etməyi asanlaşdıran – EdTech həllər təklif edir.

Genity komandası peşəkar analitik, layihə rəhbəri, dizayner, frontend və backend proqramçılar, tester və sistem administratorlarından təşkil olunmuşdur.

Mürəkkəb və kompleks həllərin hazırlanması ən son texnologiyaların istifadəsini tələb edir. Genity layihələrin reallaşdırılması üçün React, Reduxe, NodeJS, mongoDB, GraphQL, AntDesign kimi ən son texnologiyalardan istifadə edir. Müştərinin biznes hədəfləri öyrənilir, KPI-lar proqnozlaşdırılır və onlara çatmaq üçün strategiyalar müəyyən edilir. Daha sonra layihənin reallaşdırılması üçün qeyd etdiyimiz texnologiyalar istifadə olunur.

Genity, həmçinin startaplara tam texniki dəstək göstərən ilk şirkətdir. Hər uğurlu startap müəyyən mərhələlərdən keçməlidir. Bu mərhələlər çox vaxt ideya sahibi üçün uzun və çətin bir proses kimi göründüyü üçün reallaşmadan unudulub gedir. Əgər startap ideyanız varsa və onu necə reallaşdıracağınızı bilmirsinizsə, Genity bu işdə sizə kömək edə bilər. Etməli olduğunuz tək şey şirkətlə əlaqə saxlamaqdır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İyunda bayramlarla əlaqadar 3 qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

qeyri-iş günü

İyun ayında bayramlarla əlaqəli 3 qeyri-iş günü olacaq.

15 iyun – Milli qurtuluş günü, 26 iyun isə Silahlı Qüvvələr Günüdür.

Həmin günlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə qeyri-iş günləri hesab olunur.

26 iyun şənbə gününə təsadüf etdiyindən həmin gün 28 iyunla əvəz ediləcək. Bununla da gələn ay ölkədə 3 (15, 26 və 28 iyun) qeyri-iş günü olacaq.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Azərbaycanda ilk dəfə əmək haqqı kartlarının ünvana çatdırma xidmətini təqdim edir

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankKapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir rahat xidmət növünü təqdim edib. Belə ki, Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxslər və sahibkarlar Kapital Bank-dan sifariş verdikləri əmək haqqı kartlarını çatdırılma xidməti ilə ofislərində əldə edə bilərlər.

Bu xidmət Müştəri Bank vasitəsilə sifariş olunan əmək haqqı kartlarına şamil edilir. Bunun üçün Müştəri Bank-da kart sifariş verən zaman “Ünvana çatdırılma” xidmətini seçməklə sifariş etmək mümkündür. Çatdırılma, hələlik Bakı və Abşeron üzrə mümkündür. Lakin gələcəkdə ölkənin regionlarında da həyata keçiriləcək.

Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mikayıl Cabbarov: “Vergi daxilolmaları üzrə proqnoz 132% icra edilib”

posted in: Xəbər | 0

elektron kassa aparatları

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozun icrası 131,7 % təşkil edib.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” sosial şəbəkəsində bildirib.

“Büdcəyə nəzərdə tutulandan 780,7 milyon manat artıq vəsait daxil olub ki, bunun da 451 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür”, – o deyib.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 795 796 797 798 799 800 801 2. 382