Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (2-ci hissə)

posted in: Xəbər | 0

Mühasibat şirkətlərinin işində müasir texnologiyalar (2-ci hissə)

Proqram kompleksləri, sistemlər müəyyən işləri eləcə də müstəqil şəkildə, avtomatik rejimdə yerinə yetirə bilər. Həmin işlər verilmiş cədvəl üzrə həyata keçirilə bilər. Zərurət yarandıqda, iş şəraiti dəyişdirilə bilər. Üstəlik, bu seçimin müsbət cəhətlərindən biri də odur ki, bütün icra edilmiş funksiyalar sənədləşdirilir. Özü də bu prosesi texnika addım-addım qeydə alır.

Autsorserlər hansı proqramlardan istifadə edirlər?

Proqram məhsulunun düzgün seçilməsinin əhəmiyyətindən danışmağın özü belə yersiz olardı. Mühasibat firmalarında proqram təminatının seçilməsinə xüsusi diqqət yetirilir. Autsorserin imkanları daha çox seçimin düzgünlüyündən asılıdır.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Mühasibat proqramları vahid, ümumqəbulolunmuş təsnifata malik deyildir. Bazarda təqdim olunan məhsullar, ilk növbədə, bir sıra xüsusiyyətlər və qoşulma üçün mövcud variantları ilə fərqlənirlər. Məhdud funksionallı sadə proqramlardan adətən sahibkarlıq subyektləri istifadə edir ki, bu da sadələşdirilmiş uçotdur. Böyük və ciddi şirkətlər daha çox klassik proqramları seçirlər. Mühasibat autsorserləri isə genişləndirilmiş funksional proqram məhsullarına üstünlük verirlər. Bu proqram təminatı sektorda ən bahalı proqramdır. Bununla yanaşı, avtomatlaşdırma, mühasibat uçotunun optimallaşdırılması üçün də imkanlar yaradır. Proqram sistemləri komponentlərin mürəkkəb quruluşuna görə fərqlənir. Bunlarda mühasibat uçotu çoxsaylı alt sistemlərdən yalnız biridir.

Profil mühasibatlıq proqramı 1C ilə məhdudlaşmır

Profilli mühasibat proqramları, aütsorser üçün mürəkkəb, “ağır”, çoxfunksiyalı, yeganə proqram təminatı deyil. Şirkətlərin işinin spesifikası, xidmətlərin göstərilməsi formatı köməkçi proqram sistemlərindən, servislərdən, əlavələrdən istifadəni nəzərdə tutur.

Bu siyahıda müxtəlif monitorinq vasitələri xüsusi yer tutur. Onlar qanunvericiliyə, valyuta məzənnəsinin dinamikasına və s. dəyişikliklərin izlənilməsində əl əməyini aradan qaldırmağa imkan verir. Əslində, bu kateqoriyadan olan vasitələr, istifadəçi adlandırılan genişləndirilimiş axtarışları həyata keçirməyə imkan verir ki, bu da həm mühasiblər üçün sadə profil abunəlikləri, həm də kompleks tətbiqləri əhatə edir.

Bulud mühasibatlığı

Mühasibatlıqda autsorserin işi, bulud texnologiyalarından istifadə etmədən, demək olar ki, mümkünsüzdür. Sonuncular təkmilləşir, mürəkkəbləşir, getdikcə daha rahat, daha etibarlı olurlar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznesdə mühasibat uçotunun rolu (1-ci hissə)

posted in: Xəbər | 0

Biznesdə mühasibat uçotunun rolu və bu nə üçün vacibdir (1-ci hissə) MDSS

“Mühasibat uçotu” termini xüsusilə də vergi mövsümündə daha geniş işlənir.

Amma, mühasibat uçotunun biznesdəki əhəmiyyətinə nəzər yetirməzdən əvvəl onun əsaslarını nəzərdən keçirək – mühasibat uçotu nədir?

Mühasibat uçotu müəssisənin maliyyə əməliyyatlarının sistemli və ətraflı uçotuna aiddir. Kiçik müəssisələr, dövlət, məhkəmə və idarəetmə mühasibatlığından tutmuş, korporasiyalar üçün mühasibat uçotuna qədər, mühasibat uçotunun bir çox növləri var.

Mühasibat uçotu nədən bu qədər vacibdir?

Mühasibat uçotu biznesin aparılmasında mühüm rol oynayır, çünki bu, gəlir və xərclərin izlənilməsinə, qanunvericiliyin tələblərinə əməl olunmasına kömək edir və biznes qərarlarını qəbul edərkən, istifadə edilə biləcək sərmayədarlara, rəhbərliyə və hökumətə kəmiyyət maliyyə məlumatlarını təqdim edir.

Sizin qeydləriniz üç əsas maliyyə hesabatını təşkil edir.

  • Mənfəət və zərər hesabatı sizə mənfəət və zərər haqqında məlumat verir.
  • Balans müəyyən bir tarixdə biznesinizin maliyyə vəziyyəti haqqında aydın bir təsvir verir.
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat mənfəət və zərər haqqında hesabat və balans arasında əlaqələndirici bənddir və müəyyən müddət ərzində yaradılan və xərclənən pul vəsaitləri barədə məlumat verir.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti “Obyektin fəaliyyətinin onlayn dayandırılması ərizəsi” videotəlimatını hazırlayıb

posted in: Xəbər | 0

Dövlət Vergi Xidməti

Dövlət Vergi Xidməti vergi ödəyicilərinin məlumatlandırılması və vergi orqanları tərəfindən təqdim edilən elektron xidmətlərin təşviqi istiqamətində tədbirləri davam etdirir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, xidmət tərəfindən “Obyektin fəaliyyətinin onlayn dayandırılması ərazəsi”nin göndərilməsi qaydası adlı videotəlimat hazırlanıb.

Elektron təlimatda istifadəçi tərəfindən obyektin fəaliyyətinin dayandırılması üçün ərizənin onlayn tərtib edilməsi və göndərilməsi.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda aksiz vergilərinin mərhələli artırılması təklif edilir

posted in: Xəbər | 0

aksiz“Sirr deyil ki, iqtisadi proseslərin proqnozlaşdırıla bilən olması hər hansı bir ölkədə biznes və investisiya mühitinin sağlam və dinamik olması üçün ilkin şərtdir. Bunu bir çox beynəlxalq institutlar da təsdiq edir. Bu amil, əksər investorların və transmilli şirkətlərin öz bizneslərini qurmaq və ya genişləndirməklə bağlı qərar verməzdən əvvəl yoxladıqları əsas faktdır. Qanunvericiliyin və vergi sisteminin proqnozlaşdırıla bilən olması hər bir ölkədə uzunmüddətli biznes planları və layihələri quran bütün biznes subyektləri üçün xüsusi əhəmiyyət kəsb edir”.

Bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) hazırladığı “Ağ sənəd”də bildirilir.

“Biz, biznes icması olaraq iqtisadiyyatın bütün sahələrinin, vergiqoyma da daxil olmaqla, adekvat və proporsional qaydada tənzimlənməsini dəstəkləyir və inanırıq ki, bizneslə dövlət arasında uzunmüddətli əməkdaşlığın və qarşılıqlı inamın olması investisiya üçün əlverişli biznes mühitinin formalaşması və dövlət büdcəsi gəlirlərinin sabitliyi və proqnozlaşdırıla bilməsi üçün ilkin şərtdir. Azərbaycanın yerli bazarının dayanıqlı inkişafı, o cümlədən aksizli malların qanunsuz ticarəti ilə bağlı mümkün təhdidlərin minimuma endirilməsi məqsədilə orta müddətli proqnozlaşdırma qəbul etmək, habelə vergi və qiymət şoklarına yol verməmək vacibdir.

Bununla bağlı düşünürük ki, vergi qanunvericiliyinə edilən dəyişikliklər, eyni zamanda, bəzi məhsullara tətbiq edilən aksiz dərəcələrinin artırılması tədricən aparılmalıdır ki, bazarın sabitliyi qorunsun, dayanıqlı vergi gəlirlərinin əldə edilməsinə imkan verilsin və məhsulların əlçatanlığı əhəmiyyətli dərəcədə azalmasın, çünki bu halda istehlakçılar daha ucuz alternativlər axtarmaq məqsədilə qanunsuz məhsullara meyl edirlər. Çoxillik vergi planlarının tətbiqi vergi gəlirlərinin artırılması və sabitləşdirilməsi, habelə bazarda mənfi dəyişikliklərin azaldılması baxımından özünü sübut etmişdir. Bu, Rusiya və Avropanın bir çox ölkəsində geniş şəkildə istifadə olunan qabaqcıl təcrübədir”, – deyə sənəddə qeyd olunub.

“AmCham” bu məsələlərlə bağlı hökumətə verdiyi öz tövsiyələrini də açıqlayıb: “Vergi inzibatçılığının artırılması, vergi dərəcələrinin dəyişdirilməsi və yaxud Vergi Məcəlləsinə edilmiş və bazarda haqlı rəqabətə təsir edəcək digər düzəlişlər barədə 1, 3 və 5-illik planlar qabaqcadan açıqlansın, askizli mallarla bağlı vergi dərəcələrinin uzunmüddətli proqnoz təqvimləri daha sıx şəkildə ictimaiyyətlə paylaşılsın. Düşünürük ki, bu təkliflər biznes subyektlərinə ölkədə uzunmüddətli və dayanıqlı biznes layihələrini planlaşdırmağa və hazırlamağa, bununla da ölkənin iqtisadi inkişafına töhfə verməyə imkan verəcək, mövcud qanuni bazara zərər vurmadan dövlət büdcəsi üçün güclü və sabit gəlir mənbələri təmin edəcək”.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 796 797 798 799 800 801 802 2. 400