Yeni əlillik təyinatı əvvəlki əlilliyin bitdiyi tarixdən rəsmiləşəcək

posted in: Xəbər | 0

əlillikƏlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Bu, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.

Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.

Müvafiq olaraq “Əmək pensiyaları haqqında” qanuna da dəyişiklik edilir.

Təklif olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır. Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa ediləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, şəxsin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir. Eyni zamanda təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. Təkrar müayinə zamanı əlilliyi olan şəxs başqa əlillik dərəcəsinə keçirildikdə, bir aydan çox olmayan müddət üçün əmək pensiyası əvvəlki dərəcə üzrə ödənilir.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əlilliyi olan şəxslər üçün yeni layihə başlayıb

posted in: Xəbər | 0

Birinci dərəcə əlillik“Son illərdə əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların müavinət və təqaüdlərinin artırılması istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının artırılması sahəsində ardıcıl işlər aparılır”.

Bunu “PAŞA Bank ilə başla” layihəsinin təqdimatında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib. Onun sözlərinə görə, son iki ildə və bu ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Ölkədə müasir reabilitasiya sistemi yaradılıb: “Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərini nümayiş etdirmələrinə də şərait yaradılır. Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində “PAŞA Bank ilə başla” adlı yeni layihə əlilliyi olan insanların məşğulluq imkanlarının artırılmasına mühüm dəstəkdir.

Layihə vasitəsilə əlilliyi olan şəxslərə təlimlərin keçirilməsi yolu ilə onların bilik və bacarıqlarının artırılmasına, cəmiyyətə inteqrasiyasına və işlə təminatına dəstək göstərilməsi təmin olunacaq. ƏƏSMN və ADA Universiteti tərəfindən də layihəyə təşkilati dəstək veriləcək”.

Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-dan Silahlı Qüvvələr Gününə özəl kampaniya

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital BankKapital Bank 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə 30 iyun tarixinədək güzəştli kredit kampaniyası təqdim edir. Kampaniya müddətində Kapital Bank-a müraciət edən hərbçilər və güc strukturu əməkdaşları əmək haqqının 20 mislinədək kredit əldə edə bilərlər.

Krediti maksimum 20 000 manat məbləğində olmaqla 2% endirimlə almaq mümkündür. Əmək haqqını istənilən bankdan alan hərbçi və ya güc strukturlarının əməkdaşları nağd pul kreditini maksimum 48 ayadək ala bilərlər. Şərtlərə əsasən kredit götürənlərə BirKart hədiyyə olunur.

Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Kredit üçün Kapital Bank-ın filiallarına yaxınlaşmaq, 8196 qısa nömrəsinə 1 yazıb göndərmək və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək kifayətdir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“ASAN müraciət” mobil tətbiqi istifadəyə verilib

posted in: Xəbər | 0
ASAN müraciətAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 avqust tarixli 2232 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılması tapşırığı verilib.

Sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi məqsədi ilə sistem yaradılıb, mobil tətbiq istifadəyə verilib.

“ASAN müraciət” informasiya sistemi pilot layihə kimi Sumqayıt şəhərində istifadəyə verilib. Sumqayıt şəhər sakinləri bu sistemin imkanlarından yararlana bilirlər. Sistem qısa müddətdə ölkə ərazisini əhatə edəcək.

Pilot layihədə icraçı təşkilat qismində doqquz qurum iştirak edir:

1. Sumqayıt Şəhər İcra Hakimiyyəti

2. “Azəriqaz” İstehsalat Birliyi

3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

4. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

6. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

7. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Mobil tətbiqi “Android” və “iOS” əməliyyat sistemlərindən yükləmək mümkündür:

“Android”: https://play.google.com/store/apps/details?id=az.asan.asanapply

“iOS”: https://apps.apple.com/us/app/asan-m%C3%BCraci%C9%99t/id1561571608


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 793 794 795 796 797 798 799 2. 400