Vergi yoxlaması ilə əhatə edilmiş dövr üçün təkrarən dividenddən vergi tələb edilə bilər?

posted in: sual-cavab, Xəbər | 0

Vergi yoxlaması ilə əhatə edilmiş dövr üçün təkrarən dividenddən vergi tələb edilə bilər?

gəlirdən çıxılan xərclərSual: Mən sadələşdirilmiş vergi ödəyicisiyəm. 2015-2016-2017 hər il növbədənkənar vergi yoxlaması açılıb. Hər il üçün də mən bütün cərimələri ödəmişəm. Azərbaycan Respublikası vergi departamentinə heç bir borcum yoxdur. Amma indi məni dəvət ediblər vergi departamentinə və məndən tələb edirlər ki, son üç il üçün dividend ödəməliyəm.

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və onların vergi öhdəlikləri ayrılıqda müəyyən olunur. Sadələşdirilmiş verginin ödəyicisi olan hüquqi şəxs sadələşdirilmiş vergini təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatdan, habelə satışdankənar gəlirlərdən müvafiq dərəcə ilə hesablayaraq bəyan edir və ödəyir. Dividend isə hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Öz təsisçisinə belə ödənişləri edən hüquqi şəxs vergi agenti kimi 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalı, bəyan etməli və büdcəyə ödəməlidir. Müvafiq olaraq sorğunuzdan hüquqi şəxsi təmsil etdiyiniz qənaətinə gələrək bildiririk ki, təsisçiyə xalis mənfəətin bölüşdürülməsi ilə əlaqədar ödənilən dividendən 10 faiz dərəcə ilə vergini tutmaq və büdcəyə ödəmək hüququ şəxsin, o cümlədən də sadələşdirilmiş vergi ödəyicisinin vəzifəsidir. Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə şübhə yarandığı halda vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara bilər. Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Bax: Mülki Məcəlləsinin 52-ci maddəsi, Vergi Məcəlləsinin 13.2.15-ci, 122.1-ci, 150.1.4-cü və 219.1-ci maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uçot siyasətinin dəyişdirilməsi halları

posted in: Məqalə, Xəbər | 0

Təşkilatın uçot siyasətində bu hallarda dəyişikliklər oluna bilər:Uçot siyasətinin dəyişdirilməsi Uçot siyasəti

  • Mühasibat uçotuna dair qanunvericilikdə və ya normativ aktlarda  dəyşikliklər baş verdikdə;
  • Təşkilat tərəfindən mühasibat uçotunun aparılması ilə bağlı yeni üsullar hazırlanarkən;
  • Fəaliyyət şərtlərində əhəmiyyətli dəyişikliklər baş verdikdə (sahibkarın dəyişilməsi ilə əlaqəli yeni təşkil olunma, fəaliyyət növlərində dəyişikliklər və s.)

Təsərrüfat fəaliyyəti faktlarının mühasibat uçotunun aparılması üsulunun təsdiq edilməsi, hansı ki,  əvvəllər baş vermiş faktlardan fərqli olan və ya təşkilatın fəaliyyətində ilk dəfə yaranıb, uçot siyasətinin dəyişilməsi hesab olunmur.

Uçot siyasətinin dəyişdirilməsi əsaslandırılmalı və əmrlə (sərəncamla) təsdiq edilməlidir. Uçot siyasətində dəyişikliklər əmrlə (sərəncamla) təsdiq olunmuş ildən sonrakı ilin yanvar ayının 1-dən, maliyyə ilinin başlanğıcından tətbiq olunur.

Hesabat dövrünün sonrakı bir ilində uçot siyasətində dəyişikliklər, təşkilatın maliyyə hesabatlarının izahedici qeydində elan olunur.

Uçot siyasəti üzrə əmrlə (sərəncamla) birlikdə həm də bunlar təsdiq olunur:
  • Mühasibat uçotunun aparılması üçün zəruri olan, özündə sintetik və analitik hesabları ehtiva edən mühasibat uçotu hesablarının iş planı.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Maliyyə Nazirliyi açıqlama yayıb

posted in: Xəbər | 0

Maliyyə NazirliyiNazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Qaydalara uyğun olaraq, nazirlikdə “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb. Dövlət orqanları, publik hüquqi şəxslər və biznes assosiasiyaları 1 iyun 2021-ci il tarixindən etibarən onları təmsil edən səlahiyyətli şəxslər vasitəsilə Maliyyə Nazirliyinin internet səhifəsində yaradılmış “Vergi və gömrük güzəştlərinə dair müraciət” bölməsində elektron imza ilə qeydiyyatdan keçərək, vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflərini və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları təqdim edirlər.

Büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və qiymətləndirilməsinin nəticələrinə dair arayışın tərtibi gömrük rüsumları üzrə təklif olunan güzəştlərə münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəştlərinə münasibətdə isə Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində həyata keçirilir.

Maliyyə Nazirliyi avqustun 15-dən gec olmayaraq, güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair məlumatları İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, “Büdcə sistemi haqqında” qanunun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim edir.

Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilər?

posted in: sual-cavab, Xəbər | 0

əmək məzuniyyətiSual: Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyəti götürə bilər?

Cavab: Ölkəmizin əmək qanunvericiliyində 14 yaşınadək iki və daha çox uşağı olan, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma əmək məzuniyyətinin onların öz arzusuna uyğun olan vaxt üçün təyin edildiyi əksini tapır.

Həmçinin hərbi qulluqçunun arvadı (əri), əlillər, müharibə veteranları, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslər, yaşı on səkkizdən aşağı olan işçilər, işləməklə yanaşı təhsil alan şəxslər də arzularına uyğun olaraq onlar üçün ilin əlverişli vaxtında məzuniyyətə buraxılırlar.  Azərbaycan xalqı qarşısında xüsusi xidmətlər göstərmiş vətəndaşlara da özləri müəyyən etdikləri vaxtda məzuniyyətə çıxmaq hüququ verilir.

Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilə bilər.

Mənbə: www.sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 791 792 793 794 795 796 797 2. 382