» » » Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (1-ci hissə)

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Avropa ölkələrində və dünyada əməkhaqqı statistikası (1-ci hissə)

Avropanın müxtəlif ölkələrində və bütün sivil dünyada əməkhaqqı statistikası, insanları yalnız üç variantda  maraqlandıra bilər:

  • adi maraq;
  • akademik maraq;
  • yeni yaşayış yerlərinin seçilməsi.

İlk iki halda ümumi məlumatlar kifayət edir, lakin, məqsəd yeni bir həyat axtarışı ilə başqa bir ölkəyə köçmək olduqda, sözügedən məlumatlar tam şəkildə dəqiq və etibarlı olmalıdır.

Bununla bağlı xəbərdarlıq artıq kimi də görünə bilər, internetdə dünyanın istənilən yerində yaşayan əhalinin gəlirləri və reytinqləri barədə məlumatları tapmaq çox asandır. Amma, əslində onlar məsələni real təsvir etməkdənsə, çox vaxt reklam gedişi olur. Əsl rəqəmlər bir qədər fərqli xüsusiyyətlərə malikdir.

Orta əmək haqqının ümumi hesablanması

Orta ödənişin dövlət daxilindəki yerli statistika agentlikləri tərəfindən edilən sadə bir hesablanması, özlüyündə bütün əhalinin gəlirlərinin arifmetik ortalamasıdır. Başqa sözlə desək:

  1. Dövlət tərəfindən rəsmi olaraq nəzərə alınan bütün mövcud peşələrin, vəzifələrin, ixtisasların siyahısını götürlər.
  2. Bütün qazancları siyahıya əlavə edirlər.
  3. Əldə olunan məbləği vəzifələrin sayına bölürlər.

Nəticədə reallıqdan uzaq olan mlumatlar əldə olunur.

Axı, toplanan və bölünən rəqəmlər bir sahədə işləyənlərin qazancları deyil, iri şirkətlərin rəhbər vəzifəlilərinin və hakimiyyət eşalonunda yüksək vəzifə tutanların və məktəbdə işləyən xadimələrin gəlirləridir. Əldə edilən rəqəmlərin əlində heç vaxt bu qədər pul tutmayan ətraf sakinlərini bu qədər qəzəbləndirməsi, heç də təəccüblü deyil.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Dünyada orta əmək haqlarını hesablayan daha çox inkişaf etmiş statistik mərkəzlər, səhvləri minimuma endirsinlər deyə, mövcud sosial qrupların, fəaliyyət sahələrinin, peşələrin dərin monitorinqini aparmağa çalışırlar. Lakin, bütün hallarda hesablamalarn nəticələrində həqiqətdən kənara çıxmalara yol verilir. Bundan əlavə, orta aylıq gəlirləri vergi ayırmaları, sosial ödənişlər və digər yığımlar nəzər alınmadan hesablanmas qəbul edilmişdir. Həmin səbəbdən dövlətdən asılı olaraq göstəricilər 10-40 faizə kimi şişirdilir.

Nəticə: hökumətlərin özləri tərəfindən rəsmən təsdiqlənmiş orta əməkhaqqı demək olar ki, həmişə qeyri-obyektivdir, bu məlumatlara ehtiyatla yanaşmaq lazımdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun