Pul tarixindən qeyri-adi faktlar
Pul hesab sevir. Bu faktdır. Amma, hətta pulla bağlı ən real faktlar arasında olduqca qəribə məlumatlar da var ki, bunu da nəzərə almamaq mümkün deyil.
- Hindistan əskinaslarının sol tərəfində həmişə sancaqla açılmış deşiklər olur. Çünki bu ölkədə pul nişanlarını bir paçkada toplayıb bağlamaq qəbul edilib. Əvvəllər həmin pulları bi-birinə iplə bağlayırdılar, yəni, bir növ tikirdilər.
- Pulun saxtalaşdırılmasının ən qəribə hadisəsi Peruda baş verib, orada eyni həbsxanada cəza çəkən məhbuslar saxta pullar çap ediblər. Hakimlər çətin vəziyyətdə qalıblar, çünki bütün cinayətkarlar ömürlük həbs cəzası alanlar olubmuş.
- 1934-cü ildə ABŞ-da buraxılmış 10 000 dollarlıq əskinas, dövriyyədə olan əskinaslar arasında ən yüksək toplam kolleksiya dəyərinə malikdir. Kataloqlar həmin kolleksiyanı 30 000 dollar dəyərində qiymətləndirirlər.
- Elektron pullar 1918-ci ildə, Amerika banklarının ilk dəfə teleqrafla pul köçürdükləri zaman ortaya çıxıb. O dövrdə ideya o qədər qeyri-adi görünürdü ki, elektron pul köçürmələri yalnız 54 il sonra geniş yayılmağa başlanıldı.
- İlk bankomat 1939-cu ildə yaranıb və o zamanlarda kompüter şəbəkəsinin mövcud olmaması səbəbindən pul avtomatik olaraq hesabdan çıxarıla bilmirdi. Həmin səbəbəbdən bankomatların xidmətindən yalnız xüsusi olaraq yoxlanılmış müştərilər istifadə edə bilərdilər.
- İlk kredit kartını 1950-ci ildə restoranlar üçün Diners’ Club-un yaradıcısı Frenk MakNarma düşünüb tapmışdı. Belə kartlar 200 müştəriyə verilmişdi.
-
Ən ağır metal pul – XVIII əsrdə İsveç tərəfindən buraxılmış 10 daler hesab olunur. Həmin metal pulun çəkisi 19,7 kq təşkil edirdi!
- ABŞ-ın 28-ci prezidenti Vudro Vilsonun portreti təsvir olunan və 1934-cü ildə ABŞ-da buraxılan yüzminlik əskinas ən iri məbləğdə əskinas hesab olunur.
- Dünyanın ən bahalı sikkəsi 1.000.000 dollar nominal dəyərindədir və Kanadada buraxılmışdır. Həmin sikkə 999 əyarlı xalis qızıldan hazırlanıb və çəkisi 100 kq təşkil edir.
- Hesab olunur ki, bəşəriyyət pullar barədə daha tez-tez düşünür. Onu da qeyd etmək lazımdır ki, yer sakinlərinin 92 faizi hesab edirlər ki, öz sevgini tapmaqdansa, zəngin olmaq daha yaxşıdır.


Xəbər verdiyimiz kimi, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu Daun sindromlu şəxslər üçün layihə həyata keçirirdi. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Burada işçilərin yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildiyi hallar nəzərdə tutulur. Həmin maddəyə fərqli yanaşmaların mövcüd olduğunu deyən iqtisadçı ekspert Anar Bayramov məsələyə aydınlıq gətirib.