» » » İşçinin aylıq gəlirindən alimentin tutulması barədə qərar iş yerində icra edilərkən tutulmalar necə həyata keçirilir?

İşçinin aylıq gəlirindən alimentin tutulması barədə qərar iş yerində icra edilərkən tutulmalar necə həyata keçirilir?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

Baş Mühasib

İşçinin aylıq gəlirindən alimentin tutulması barədə qərar iş yerində icra edilərkən tutulmalar necə həyata keçirilir?
Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.

Əsaslandırma: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndi və Tibbi sığorta haqqında Azərbaycan Respublikasının Qanunun 15-10.1.2-ci maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun