» » » Hansı məlumatlar vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur?

Hansı məlumatlar vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur?

posted in: Xəbər | 0
birbank biznes

vergi sirri şəxsi həyata dair məlumatDövlət Vergi Xidmətindən bildirilir ki.

– aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:

• vergi ödəyicisinin razılığı ilə aşkar edilən;

• vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında (VÖEN)

• müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;

• vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında;

• vergi ödənişləri üzrə borclar;

• hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);

• vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında;

• vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında);

• vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında.

Əsaslandırma: Vergi Məcəlləsinin 30.2-ci, 30.2.1-30.2.9-cu maddələri.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun