» » » İqtisadiyyatı öyrənmək üçün lazım olan 12 əsas anlayış (3-cü hissə)

İqtisadiyyatı öyrənmək üçün lazım olan 12 əsas anlayış (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

İqtisadiyyatı öyrənmək üçün lazım olan 12 əsas anlayış (3-cü hissə)

11.İqtisadiyyatın alternativliyi

Hər hansı bir fəaliyyət növü ilə məşğul olduğunuz zaman, bir qayda olaraq, onu ən yaxşı alternativ variantlarla müqayisə edirsiniz. Məsələn, cümə axşamı axşam layihə üzərində əziyyət çəkdiyiniz zaman, əlbəttə ki, bir neçə dəfə düşünürsünüz: “Və başqa bir şeylə məşğul olmağın vaxtı deyil ki”. Alternativ variant (bu halda dostlarla əyləncə gecəsi) böyük çəkiyə malikdir və beləliklə bu variant sizin layihənizdən qat-qat cəlbedicidir. Alternativ fəaliyyətə keçid “alternativ dəyərlə” – sizin qurban verdiklərinizin dəyəri ilə ifadə olunur.

İqtisadiyyatı öyrənmək üçün lazım olan 12 əsas anlayış (2-ci hissə)

Məsələn, gecə klubuna gediş, bu tədbirə sərf olunan vəsaitin məbləğinə və kluba getmək əvəzinə işə getdikdə insanın ala biləcəyi vəsaitin miqdarına bərabər olan alternativ dəyərə malikdir. Əgər kluba girişin dəyəri 5 manat təşkil edirsə, klubda yemək (nahar) 15 manat, içkilər 10 manat dəyərindədir, belədə kluba gediş 30 manata başa gələcək. Əgər kluba getməsəniz, qənaət 30 manat təşkil edəcək. Lakin, istənilən halda nəsə yemək lazım gələcək,  ona görə də evdə şam etmək lazım gələcək (tutaq ki, bu sizə 5 manata başa gələcək). Ümumi qənaət 25 manat təşkil edəcək.

  1. Üstünlüklərin müqayisəsi 

Tutaq ki, siz internet-texnologiyaları sahəsində işləyirsiniz və günlərin birində müştərilərdən biri sizdən onun üçün veb-sayt düzəldə biləcəyinizi soruşdu. Bu veb saytla siz məşğul olmalısınız və ya bu işi dostunuza vermək daha sərfəlidir? Ağıllı bir şəxs saytın yaradılması üçün nə qədər vaxt tələb olunacağını hesablamalı və həmin müddət ərzində daha sərfəli bir layihənin işə salınmasında çalışmaqla, daha çox pul qazana biləcəyini müəyyən etməlidir. Sonra bütün müsbət və mənfi tərəfləri hesabladıqdan sonra sifarişi ya özündə saxlayacaq və ya da ola bilsin ki, həmin saytı daha effektiv hazırlaya biləcək dostuna verəcək.

Əgər dostunuz saytın daha səmərəli olmasına razı oldusa, belə bir vəziyyətdə müxtəlif şərtlərə görə siz bu fürsəti əldən vermiş olursunuz. Bu üstünlüklərin müqayisəsi nəzəriyyəsi adlanır. Dostunuz burada üstünlüyə malikdir, amma sizin bu işlə məşğul olmağınızın heç bir mənası yoxdur. Xalqlar, müəssisələr və insanlar yalnız əllərindən gələn işləri etməli, qalanlarını isə başqalarına verməlidirlər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun