Ən çox milyarderləri olan ölkələr (2-ci hissə)

posted in: Xəbər | 0

Ən çox milyarderləri olan ölkələr – 2021. Forbes jurnalının reytinqi (2-ci hissə)

Dünyada olan 2755 milyarderin yarıdan bir qədər azı – ABŞ və ya Çin vətəndaşıdırlar və demək olar ki, bir il bundan əvvəllə – yəni, pandemiya ərəfəsi ilə müqayisədə hər bir ölkədə varlı adamların sayı daha da çoxalıb.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Budur, daha çox milyarderin yaşadığı on ölkə. Sərvətin həcmi 2021-ci il martın 5-ə olan qiymətli kağızlar və valyuta məzənnələri nəzərə alınmaqla hesablanmışdır.

  • ABŞ

Milyarderlərin sayı: 724

Ümumi sərvəti: 4,4 trilyon dollar (+1,5 trilyon)

Ən zəngin adam: Jeff Bezos, 177 milyard dollar

  • Çin

Milyarderlərin sayı: 626

Ümumi sərvəti: 2,5 trilyon dollar (+1,3 trilyon)

Ən zəngin adam: Çjun Şanşan, 68,9 milyard

  • Hindistan

Milyarderlərin sayı: 140

Ümumi sərvəti: 596 milyard dollar (+283 milyard)

Ən zəngin adam: Mukeş Ambani, 84,5 milyard

  • Almaniya

Milyarderlərin sayı: 136

Ümumi sərvəti: 626 milyard dollar (+179 milyard)

Ən zəngin adam: Beate HaysterKarl Albrext – kiçik 39,2 milyard

  • Rusiya

Milyarderlərin sayı: 117

Ümumi sərvəti: 584 milyard dollar (+199 milyard)

Ən zəngin adam: Aleksey Mordaşov və ailəsi, 29,1 milyard.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Biznesdə mühasibat uçotunun rolu (2-ci hissə)

posted in: Xəbər | 0

Biznesdə mühasibat uçotunun rolu və bu nə üçün vacibdir (2-ci hissə)mühasibat uçotu

“Mühasibat uçotu” termini xüsusilə də vergi mövsümündə daha geniş işlənir.

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Əgər siz öz biznesinizi daim ayaqda tutmaq istəyirsinizsə, maliyyə hesabatlarınızın düzgünlüyünü və aktuallığını dəstəkləmək çox vacibdir. Budur, bunun böyük və ya kiçik biznesiniz üçün vacib olan səbəblərindən bir neçəsi!

Bu biznesin səmərəliliyinin qiymətləndirilməsində kömək edir

Maliyyə qeydləriniz əməliyyatların nəticələrini, eləcə də kiçik biznesinizin və ya korporasiyanın maliyyə vəziyyətini əks etdirir. Başqa sözlə desək, onlar maliyyə baxımından işinizdə nələrin baş verdiyini anlamağa kömək edir. Təmiz və aktual qeydlər yalnız xərcləri, ümumi mənfəəti və mümkün borcları izləməkdə kömək etmir, həm də cari məlumatlarınızı əvvəlki mühasibat qeydləri ilə müqayisə etməyə və büdcəni düzgün bölüşdürməyə də yardım edəcəkdir.

Qanunvericiliyə riayət olunmasını təmin edir

Qanunlar və qaydalar ştatdan ştata fərqlənir, lakin müvafiq mühasibat sistemləri və prosesləri sizin biznesinizə aid olan zaman qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etməyə kömək edəcəkdir. Mühasibat uçotu funksiyası satış vergisi, ƏDV, gəlir vergisi və pensiya fondları və bir çox digər borcların düzgün həll olunmasını təmin edir.

Bu gələcək üçün büdcə və proqnozlar yaratmağa kömək edir

Gələcək üçün büdcənin tərtib edilməsi və proqnozlar, biznesə kömək edə və ya onu məhv edə bilər və iş bu yerə gəlib çatdıqda, maliyyə hesabatlarınız həlledici rol oynayacaqdır.

Biznes-tendensiyaları və proqnozları, fəaliyyətinizin gəlirli qalması üçün tarixi maliyyə məlumatlarına əsaslanır. Bu maliyyə məlumatları yaxşı qurulmuş mühasibat prosesləri ilə təmin edildikdə daha uyğun gəlir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nəzarət-kassa aparatının çeklərində hansı məlumatlar olmalıdır?

posted in: Xəbər | 0

Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır?e-kassa Nəzarət-kassa aparatının çekləri

  • vergi ödəyicisinin adı;
  • VÖEN-i;
  • çekin vurulmasının tarixi və saatı;
  • təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
  • malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  • gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  • nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
  • nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
  • malın sürətli məlumat kodu (Quick Response Code);
  • ödənilmiş məbləğ;
  • müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
  • nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
  • ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
  • çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
  • nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
  • geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Əsaslandırma: Vergi Məcəlləsinin 50.8-ci maddəsi.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müəssisənin xalis mənfəəti hesabına aktivlər alması və ya aktivləri alıb nizamnamə kapitalına qoyması dividend hesab olunurmu?

posted in: sual-cavab, Xəbər | 0

Dividenddən vergi tutulması dividend

Sual: Müəssisənin xalis mənfəəti hesabına aktivlər alması və ya aktivləri alıb nizamnamə kapitalına qoyması dividend hesab olunurmu?

Cavab: Hüquqi şəxsin xalis mənfəəti dividend şəklində səhmdarlar arasında bölüşdürülmədiyinə, səhmdarlara ödənilmədiyinə və səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirmədiyinə görə, onun nizamnamə kapitalının artırılmasına yönəldilməsi dividend anlayışı ilə əhatə olunmur və dividendlərin vergiyə cəlb edilməsi üzrə vergi qanunvericiliyinin müddəaları bu əməliyyatlara şamil edilmir.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.15-ci maddəsi, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 794 795 796 797 798 799 800 2. 400