Kommunal xərclərin ödənilməsi necə aparılmalıdır?

posted in: Xəbər | 0

Sosial Sığorta haqqı kommunal xərclərin ödənilməsi“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, kommunal xərclərin ödənilməsi üzrə hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, kommunal xidmət haqlarını nağd qaydada qəbul edən şəxsə əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda, Mənzil Məcəlləsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.

Qeyd edilənlərə əsasən, Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə uyğun olaraq kommunal xidmətlərə aid edilən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bundan başqa, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergiödəyicisinin vəzifələrinə aid edilib.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Emosiyalarınıza nəzarət edə bilmirsiniz? Alimlər bunun səbəbini izah ediblər

posted in: Xəbər | 0

Emosiyalara nəzarət, emosional dayanıqsızlıq,Məhz, emosional dayanıqsızlıq səbəbindən bir çox insanlar ətrafında olanlarla, ailədə və iş yerində problemlər yaşayırlar.

Sən demə, bunun əsas səbəbi beynin müəyyən bir sahəsi ilə bağlı imiş. 87 könüllünün iştirak etdiyi və İsveçin Karolinska institutu tərəfindən həyata keçirilən uzun sürən tədqiqatlardan sonra alimlər belə bir nəticəyə gəliblər.

Könüllülər MRT-nin köməyi ilə xüsusi müayinədən keçiblər. Sonra isə emosiyalarını tənzimləməklə bağlı öz problemlərini qeyd etməklə, anketdə qoyulan suallara cavablar veriblər.

Nəticədə MRT-də çəkilən təsvirlər göstərib ki, yüksək emosional ifadəyə malik adamların beyninin alın payının aşağı sahəsi (orbitofrontal) digər insanlarla müqayisədə daha kiçik həcmə malikdir. Göründüyü kimi, emosiyaları da məhz, beynin həmin hissəsi tənzimləyir.

Orbitofrontal qabığın həcmi nə qədər kiçikdirsə, insan bir o qədər çox problemlər yaşayır. Həmçinin qeyd olunur ki, orbitofrontal qabığın həcminin balacalığı, şəxsiyyəti hüdud və antisosial pozuntulu pasiyentlərdə müşahidə olunur.

Tədiqatlar nəticəsində əldə olunan nəticələr, insanların emosiyalarını tənzimləmək qabiliyyətində bir kontiniumun mövcud olması ilə bağlı ideyanı dəstəkləyir və kimsə spektrin lap sonundadırsa, belədə ehtimal ki, onun cəmiyyətdəki fəaliyyət sahəsində problemlər var və bu psixiatrik diaqnoza gətirib çıxarır.

Eyni zamanda qeyd etmək lazımdır ki, Kaliforniya Universitetindən olan alimlər sübut ediblər ki, müxtəlif mobil cihazlar uşaqlara başqalarının emosiyalarını görməyə mane olurlar. Şagirdlərə fərqli emosiyalarda olan adamların foto və videolarını göstəriblər. Onlardan həmin insanların o məqamda nə hiss etdiklərini müəyyən etməyi xahiş ediblər. Elmi eksperiment ətraflı şəkildə bunu aşkara çıxarıb: mobil cihazları əllərindən alınan uşaqlar artıq beş gündən sonra, qadjetlərlə oynamaqda davam edən nəzarət qrupunda olanlardan daha yaxşı nəticələr göstərməyə başlayıblar. Növbənin əvvəlində birinci qrupdan olanlar təxminən 14 faiz səhvə yol verirdilərsə, iki həftədən sonra bu 9 faizə düşüb. Cihazları əllərindən alınmayan uşaqlarda isə səhvlər olduğu kimi qalıb.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bruney Sultanlığı haqqında maraqlı məlumatlar (1-ci hissə)

posted in: Xəbər | 0

Bruney SultanlığıBruney sultanlığı (1-ci hissə)

Biz bu ölkə haqqında nə bilirik?

Bu ölkənin küçələrində asqırmaq olmaz. Əgər, təsadüfən asqırsanız, sizə dərhal böyük bir cərimə yazılacaq.

Bu ölkədə nələrisə barmaqla göstərmək, sarı rəngdə geyim geyinmək qəti qadağandır.

Allah qorusun, birdən kiminləsə əl tutub görüşəsiniz və ya ayaqqabınızın altını nümayiş etdirmək fikrinə düşəsiniz.

Burada həyat darıxıdırıcıdır – nə “gecə həyatı” var, nə nə bir gecə barı və ya diskoteka var.

Amma, buna baxmayaraq, hər il milyonlarla insan bu ölkəyə gəlməyi arzu edirlər.

Hər yan yaşıllıqla örtülüb.

Bruney sultanlığı Cənub-Şərqi Asiyanın xəritəsində kiçik bir yerdir.

Amma, hələ XVI əsrdə bu iri və güclü bir dövlət idi – onun ərazisi təkcə nəhəng Kalimantan adasının böyük bir hissəsini əhatə etmirdi, həm də hazırda İndoneziyanın tərkibində olan bir sıra qonşu adalar da onun tərkibinə daxil idi. Lakin, bəzi Bruney sultanlarının səhlənkarlığı nəticəsində onun ərazisi 10 dəfə azalıb! Bu gün qərbdən şərqə ölkəni avtomobildə cəmi 2 saata qət etmək mümkündü. Qəribə də olsa ərazilərin kəskin şəkildə azalması, sərvətin kəskin şəkildə artmasına gətirib çıxardı. Öz torpaqlarının demək olar ki, hamısını itirən Bruney sultanları dünyanın ən varlı adamlarına çevrildilər. Bu gün Bruney Sultanlığı – planetin ən mikroskopik ölkələrindən biridir. Və eyni zamanda ən varlı ölkələrindən biri. Bütün bunların səbəbi neftdir. Dünyanın istənilən otelində bir həftə qalan Bruney sultanı təkcə çay pulu kimi 200 min dollarlıq pul hədiyyə edir.

Bruney sözü tərcümədə  “dünyanın bəxtiyar iqamətgahı” mənasını verir. Və bu həqiqətən də belədir. Əgər, siz bruneyliyə nə qədər vergi ödəyirsən sualını versəniz, təəccüblə üzünüzə baxar – bu axmaq əcnəbi görəsən, bilmirmi ki, Bruney sakinləri heç bir vergi ödəmirlər. Əgər, sadə bruneylilər verginin nə olduğunu bilmirlərsə, ölkənin maliyyə naziri də xarici borclar üzrə ödənilən faizlər barədə məlumatsızdır. Çünki, Bruneyin prinsipcə xarici borcu yoxdur. Amma, sadə bruneyli bunun müqabilində yetərincə pul məbləği olan bir bank hesabının varlığından xəbərdardır. Ən kasıb Bruney vətəndaşının belə illik gəliri 20 min dollardan çox edir.

Düzdür, Bruneydə də yoxsullar var.

Onlar həyatlarından narazıdırlar – özlərinə yaxta, təyyarə almaq və ya saray tikdirmək imkanları yoxdur. Onların hər birinin evi 6-7 otaqdan ibarət olur, qarajlarında 2-3 tamamilə yeni avtomobil dayanır və “kasıb” bruneyli özünə toxtaqlıq vermək üçün sadəcə fikirləşir ki, qonşusu da elə onun özünün malik olduğu oxşar şəraitdən bəhrələnir. Əslində bruneyli kasıblar kommunizmdə yaşamasalar da, ən azından “insana dəyər verən sosializmdə” yaşayırlar. Onlar demək olar ki, işləmirlər, amma dövlətdən o dərəcədə səxavətli dotasiya alırlar ki, onlara orta səviyyəli avropalılar belə qibtə apara bilər. Yeri gəlmişkən, Bruneydə şüşə və betondan tikilmiş ultra müasir binaların qonşuluğunda daxmalara da rast gəlmək olur. Lakin, “təzadlar şəhəri sayılan Nyu-Yorku” xatırlamağa tələsməyin.

Hər bir belə “daxma” sivilizasiyaya məxsus bütöv rifah dəsti – peyk antennalarından tutmuş, sensorlu su çənlərinə kimi hər şeylə təchiz edilib. Sadəcə həmin sakinlər öz keçmişlərini çox sevirlər. Öz ulu babalarının yaşadıqalrı kimi həyat sürmək istəyirlər və yeni, ultra müasir evlərə köçmək istəmirlər. Düzdür, bununla belə peyk antenalarından əl çəkməyi də düşünmürlər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nəzarət-kassa aparatı çeklərində hansı məlumatlar olmalıdır?

posted in: Xəbər | 0

Nəzarət-kassa aparatı çeklərində məlumatlar

Nəzarət-kassa aparatı çekləri, Nəzarət-kassa aparatı, nəzarət-kassa aparatları, NKA çeki,

  1. vergi ödəyicisinin adı;
  2. VÖEN-i;
  3. çekin vurulmasının tarixi və saatı;
  4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
  5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi.
  8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
  9. malın sürətli məlumat kodu (Quick Response Code);
  10. ödənilmiş məbləğ;
  11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
  12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
  13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
  14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
  15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
  16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Əsaslandırma: Vergi Məcəlləsinin 50.8-ci maddəsi

Mənbə: taxes.gov.az


Bax: Əcnəbilərin gəlirləri vergiyə necə cəlb olunur?



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 800 801 802 803 804 805 806 2. 400