» » » Mən mühasib olmaq istəyirəm – nədən başlamalıyam?

Mən mühasib olmaq istəyirəm – nədən başlamalıyam?

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Mən mühasib olmaq istəyirəm – nədən başlamalıyam?Peşəkar mühasib auditorun etikası

Sıfırdan necə mühasib olmalı?

Tatyana Sufiyanovanın economics.studio saytında dərc olunmuş yazısını sizin diqqətinizə çatdırırıq.

Birinci, dəqiq hədəf seçiminə diqqət yetirmək lazımdır. Siz adi mühasib olmaq və baş mühasibin rəhbərliyi altında işləmək istəyirsiniz, konkret bir sahə üzrə fəaliyyət göstərmək istəyirsiniz və ya baş mühasib kimi çalışmaq əzmindəsiniz? Bu çox mühümdür – o səbəbdən öncə bunu dəqiq müəyyən etməlisiniz. Çünki, təhsil qaydası, öyrənəcəyiniz material, gələcək işinizlə bağlı hazırlığın həcmi, məhz, bununla bağlıdır.

Harada təhsil almaq istədiyinizi müəyyən edin. Aşağıdakı ardıcıllığa diqqət yetirin:

  • sizin şəhərdəki kurslar;
  • internetdə online kurslar;
  • seminarlar;
  • vebinarlar;
  • çap ədəbiyyatı və s.

Nəyin rahat olub-olmadığını, nəyi və hansı üsulla öyrənmək lazım olduğunu, materialın qavranılması üçün bu üsullar arasında özünün seçim etməyin vacib olduğunu anlamaq lazımdır.

Səbirli olmağa çalışın. İş ondadır ki, bütün proseslərdən baş çıxarmaq üçün sizə ən azından iki və ya üç aylıq tam iş qrafiki lazım gələcək. Uğurlu mühasib olmaqdan ötrü təkcə qiymət təyin edilməsini (provodka) öyrənmək kifayət etmir, eləcə də 1C proqramında düymələri düzgün basmağı öyrənmək və ya hesab-fakturanı tərtib etmək yetərli deyil. Bunlar çox azdır. Səbirli şəkildə aşağıdakı mövzuları öyrənmək lazımdır:

  • Vergitutma sistemləri;
  • Vergi növləri;
  • Vergi yoxlamaları;
  • Vergi məsuliyyəti;
  • Kadrlar işi (əsasları);
  • Əmək yoxlamaları;
  • Hesaba həbs qoyulduqda, nə etməli;
  • Vergiləri necə azaltmalı;
  • Rəhbərliyə bu və ya digər vergi məbləğini necə izah etməli;
  • Vergi reqistrləri və ilkin sənədlərin tərtibatı;
  • Uçot siyasəti.

Burada mən öyrənməli olduğunuz əsas mövzuları qeyd etmişəm. Hər şeyi dərhal əhatə etmək və qanunları yadda saxlamaq, vergi xidməti və maliyyə nazirliyindən gələn məktublardan baş çıxarmaq mümkün deyil. Və bunu etməyə də lüzum yoxdur.

Diqqəti cəmləşdirmək və vəziyyətdən tez baş çıxarmaq çox vacibdir.

Mühasiblər üçün müəllif  kurslarına yazılmaq

Siz öz proqramınızda sənədi necə daxil etməyi, müştəri-bankdan necə istifadə etməyi və fakturanı necə çap etməyi, hesabı yaratmaq və vergi xidmətinə məktub tərtib etmək kimi işləri bilirsiniz. Amma, əgər vergi müfəttişliyindən daxil olan adi bir tələb və ya dövlət əmək müfəttişliyindən gələn bir telefon zəngi sizi təlaşa salacaqsa, bu heç də yaxşı bir əlamət deyil.

Unutmayın, hətta təcrübə olmadan belə uğurlu baş mühasib olmaq üçün qanunvericilikdə olan bütün dəyişikliklərə sürətli reaksiya verməyi, vəziyyəti savadlı şəkildə qiymətləndirməyi və onu rəhbərliyə çatdırmağı öyrənməlisiniz.

Getdiyiniz kurslarda mütəxəssislərin məhz, bu məsələlərə istinad etmələri çox vacibdir. Əgər, belə olarsa, onda sizi nə vergi yoxlamaları, nə rəhbərliyin pis əhvalı, nə əmək müfəttişi və ya işçinin prokurorluğa şikayət etməsi, müştərinin məhkəməyə müraciəti və ya müfəttişliyin qəfil yoxlamaları qorxutmayacaq. Mən işlərinizi tormozlaya və sizləri qorxuda biləcək məqamları diqqətə çatdırdım. Söylədiklərimə əməl etsəniz bunların heç biri baş verməyəcək. Və siz söylənilənlərə tam yiyələnsəniz və onlara tam hazır olsanız, bax, həmin vaxt uğurlu baş mühasib olcaqsınız.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun