» » » “Sosial müavinətlərin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi Qaydaları”nda dəyişiklik edilib

“Sosial müavinətlərin təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi Qaydaları”nda dəyişiklik edilib

posted in: Xəbər | 0
birbank biznes

güzəşt və azadolmalar

“Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanının 3 cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə
633, № 10, maddə 1269, № 11, maddə 1411; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 mart tarixli 62, 16 mart tarixli 68, 70 nömrəli və 19 aprel tarixli 101 nömrəli qərarları) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə – “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 2.33.1-ci yarımbəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.34-cü bənd əlavə edilsin:

“2.34. əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün:

2.34.1. əmək kitabçasının surəti;

2.34.2. fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti.”.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 8 may 2021-ci il
№ 146

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun