Kapital Bank “Bizdən Biri” təcrübə proqramına start verdi

posted in: Bank, Kapital Bank, Xəbər | 0

Kapital bank təcrübə proqramıMaliyyə sektorunun ən fəal işəgötürən təşkilatı olan Kapital Bank daim gənclərin inkişafına, istedadların yetişdirilməsinə böyük önəm verir. Mütəmadi olaraq gənclər üçün müxtəlif təcrübə proqramları, könüllü fəaliyyət istiqamətləri və fərdi inkişaf layihələri təşkil edir.

Bankın təşkil etdiyi növbəti layihə “Bizdən Biri” təcrübə proqramıdır. May ayından etibarən start götürən layihədə iştirak üçün seçilmiş 30 gənc seçilib. Onların hər biri üçün ayrıca hazırlanmış fərdi inkişaf planına uyğun olaraq Kapital Bank-ın müxtəlif strukturlarında peşəkar mentorların dəstəyi ilə təcrübə proqramı keçiriləcək.

Layihənin açılış mərasimində Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Emin Məmmədov, İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova, Ödənişlər Sahəsinin lideri Fərid Səmədov giriş nitqi ilə çıxış edərək, gənclərə uğurlar arzulayıblar. Həmçinin, IT Infrastruktur departamentinin Texniki dəstək şöbəsinin rəisi Ramin Rəcəbov və bir müddət əvvəl keçirilən “BirCode” təcrübə proqramının iştirakçısı olan, hazırda isə Kapital Bank-ın Gündəlik bankçılıq sahəsinin Backend Developer-ı Sahil Appayev iştirakçılarla öz təcrübə və tövsiyələrini bölüşdülər.

Qeyd edək ki, “Bizdən Biri” layihəsi davamlı olaraq keçiriləcək. Əgər Siz də Kapital Bank-da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq üçün məsləhətlər, faydalı məlumatlar, məqalələrlə tanış olmaq, həmçinin müxtəlif təcrübə layihələrində iştirak etmək istəyirsinizsə, www.hr.kapitalbank.az portalına daxil olub, qeydiyyatdan keçə və yenilikləri izləyə bilərsiniz.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Wall Street: Əsas maliyyə küçəsinin tarixçəsi

posted in: Maliyyə, Məqalə, Xəbər | 0

Wall StreetWall Street: əsas maliyyə küçəsinin tarixçəsi

Dünyada çətin ki, elə bir adama rast gələ biləsən ki, məşhur Wall Street küçəsi barədə eşitməmiş olsun, onun tarixi və indiki maliyyə statusu sahəsində xüsusi əhəmiyyətə malik olmamasından xəbərsiz olsun. Wall Street-i tam əminliklə bütün dünyanın maliyyə mərkəzi adlandırmaq olar, belə ki, burada,  New York-da fond birjası yerləşir və aparıcı kapitallar da məhz, burada toplanıb. New York-un mərkəzində yerləşən bu küçənin özünə gəldikdə, o çox dardır və ölçülərinə görə olduqca balacadır.

Wall Street -in tarixi

Bu adı küçə hələ 17-ci əsrdə alıb. O vaxt bu rayonda holland yaşayış məntəqəsi olan Yeni Amsterdamın şimal sərhədi keçirdi. İndiki küçənin yerində o vaxtlar buranı hindulardan qorumaq üçün hasar çəkilmişdi. Bəzi mənbələr küçəyə belə bir adın verilməsini 1624-cü ildə Valloniyadan bura gələn 30 ailənin şərəfinə verildiyini deyirlər. Çox ehtimal ki, ilkin olaraq küçə “de Wall Straat” adlanıb.

Wall Street dünya maliyyə mərkəzi kimi

Tarixi mənbələrə görə, 18-ci əsrdə küçənin başlanğıcında “platon ağacları” (tanrı ağacları) bitirmiş. Onun yaxınlığında isə treyderlər arasında ilk ticarət münasibətləri yaranıb. Hələ 1792-ci ildə həmin tacirlər öz şəxsi assosiasiyalarını  yaradırlar və aralarında “platon sazişi” bağlayırlar. Elə bu hadisənin özü New York birjasının fəaliyyətinin başlanğıcı kimi qəbul edilib. Maraqlıdır ki, prezidentin ilk inaqurasiyası da – 1789-cu ildə – məhz, Wall Street-də baş tutub. Belə ki, aprelin 30-da George Washington Federal zalın balkonunda and içib və elə orada da hüquqlar barədə bill (qanun) qəbul olunub.

100 il keçdikdən sonra “The Wall Street Journal” qəzeti işıq üzü görüb, hansı ki, həmin məşhur küçənin adı ilə adlandırılmışdı. Qeyd etmək lazımdır ki, bir çox onilliklər ərzində heç bir digər qəzet dünyada bu qədər tələbat və təsirə malik olmayıb.

Elə burada, Wall Street 23 ünvanında 1914-cü ildə “Morqan Evi” açılıb, hansı ki, bir müddət sonra bankın və ABŞ maliyyə işləri mərkəzinin mənzil-qərargahına çevrildi.

New York-dan ötrü bu küçə olduqca mühüm əhəmiyyət daşıyır, bu şəhərin dünya maliyyə mərkəzi statusunu oynayır. 20-ci əsrin 80-ci illərində New York banklarla, maliyyə sahəsində aparıcı təşkilatların mərkəzi şöbələri, fond birjaları, sığorta sahəsində şirkətlərlə dolu idi.

Maraqlıdır ki, cəmi 400 il əvvəl Wall Street təsadüf nəticəsində yaranmışdı, bu gün isə həmin küçə dünya iqtisadiyyatının inkişafı və insanların taleyinə güclü təsir göstərir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən qeyri-adi üç vergi

posted in: Məqalə, Vergi | 0

vergi nəzəriyyələriBütün ölkələrdə müxtəlif vergilər tətbiq olunur və bunlara bir növ artıq vərdiş etmişik. Yəni,  hər bir ölkə öz büdcəsini müəyyən üsul və vasitələrlə doldurmağa çalışır. Bu da təbiidir. Amma zaman-zaman bir sıra ölkələrdə tətbiq edilən vergiləri gördükdə, şükür etməyə bilmirsən. Bəzi ölkələrdə tətbiq edilən ən qeyri-adi vergiləri diqqətə çatdırırıq.

  1. Kölgə salmağa görə tətbiq edilən vergi. Venesiyada binaların üzərinə kölgə salmaq qadağan edilib. Lakin bu yol kənarında yerləşən və çətirlərdən istifadə edən müxtəlif restoran və mağazalara şamil edilir. İş ondadır ki, sular qoynunda məskən salmış bu şəhərdə günəş nadir hallarda görünür və göy üzünü adətən buludlar örtür. Evlərin pəncərəsinə kölgə düşməsin deyə Venesiya hakimiyyət dairələri kölgəyə görə vergi tətbiq edib. Bir çox iş adamları vəziyyətdən çıxış yolunu tez tapıblar, belə ki, restoran və mağazaların küçəyə baxan hissəsində yerləşdirdikləri çətirləri söküblər. Öz iş yerlərinin görkəmini pozmaq istəməyən sahibkarlar isə vergini ödəməyə razılaşıblar.
  2. Qərbi Afrikanın bədbəxt və eyni zamanda ən kasıb millətinin yaşadığı ölkələrdən birində vətəndaşlar il ərzində 17 avro pul ödəyirlər ki, bu dövlətdə əmin-amanlıqdır. Yəni, müharibə yoxdur. Müqayisə üçün qeyd edək ki, bu ölkədə bir fincan qəhvə 17 sentə satılır. Və bu vergi ondan irəli gəlir ki, ölkədə hərbi əməliyyatlar aparılmır.
  3. Günəşin çıxmasına görə vergi. Gözəl və romantikdir, deyilmi? İbis, Mayorka və digər adalardan ibarət arxipelaqda çimərlikdə olduğuna görə gün ərzində vergi olaraq 1 avro pul ödəməlisən. Düzdür, hakimiyyət orqanları bu vergini çimərlikdə təmizlik yaratmaqdan ötrü vəsait əldə etmək məqsədilə tətbiq edib. Özü də xəzinəyə bu vergidən az vəsait daxil olmur. Arxipelaqa daxil olan təkcə Balear adalarına bir il ərzində 10.400.000 turist gəlir. Rəqəm həqiqətən fantastik hesab oluna bilər.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əlilliyi olan şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

posted in: Vergi, Xəbər | 0

vergi güzəşti

Vergi Məcəlləsinə əsasən, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Dövlət Vergi Xidmətindən bildirilib ki, eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, həmin şəxslər azadolmanı təsdiq edən sənədləri iş yerinə təqdim etməlidirlər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 815 816 817 818 819 820 821 2. 398