Azərbaycanda ötən il 20 auditor bazardan kənarlaşdırılıb

posted in: Xəbər | 0

auditor2020-ci ilin sonuna Azərbaycanda 55 sərbəst auditor və 116 auditor təşkilatının (o cümlədən, 2 xarici auditor təşkilatının filial və nümayəndəliyi və 15 xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olub.

Ötən il 20 auditor bazardan kənarlaşdırılıb.

Bunlardan 13 auditor təşkilatı və 3 sərbəst auditorun öz ərizələrinə, 4 auditor təşkilatının isə Auditorlar Palatasının Şurasının qərarına əsasən icazələri müvəqqəti dayandırılıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda audit xidməti bahalaşıb

posted in: Xəbər | 0

Auditor Vakansiya2020-ci ildə Azərbaycanda fəaliyyət göstərən 55 sərbəst auditor və 116 auditor təşkilatı təsərrüfat subyektləri ilə 5 056 müqavilə imzalayıb.

Bu müqavilələrin ümumi dəyəri 77 milyon manat olub.

2019-cu illə müqayisədə müqavilələrin sayı 21,6% azalıb, dəyəri isə 5,3% artıb. Başqa sözlə, ölkədə audit xidməti bahalaşıb.

Bağlanmış müqavilələrdən 53,8 milyon manatlıq hissəsi və 4 103-ü yerinə yetirilib ki, bu da illik müqayisədə müvafiq olaraq 9,6% az və 21,2% çoxdur.

4 103 müqavilədən 2 198-i və yaxud 53,6%-i məcburi auditin, 1 905-i və yaxud 46,4%-i isə könüllü auditin subyekti olub. İl ərzində ölkə üzrə 4 512 məcburi audit subyektindən 2 198-i (48,7%) auditdən keçib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisində artım olub

posted in: Xəbər | 0

vergilərCari ilin birinci rübündə Vergi daxilolmalarında ƏDV, aksiz və mənfəət vergilərinin xüsusi çəkisinin artımı müşahidə olunur.

Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən verilən məlumata əsasən, qeyri-neft-qaz sektorunda ƏDV, aksiz, torpaq, mədən və mənfəət vergisinin artım templəri qeyri-neft ÜDM-in nominal artım tempini 4,9 faiz üstələyib.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının strukturunda ƏDV-nin xüsusi çəkisi 35,2 faizə, mənfəət vergisi üzrə 29,1 faizə, gəlir vergisi üzrə 18,1 faizə, aksizlər üzrə isə 6,2 faizə qalxıb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Auditorlar Palatası yeni inkişaf konsepsiyası hazırlayıb

posted in: Xəbər | 0

Auditorlar PalatasıAuditorlar Palatası 2021-203-cu illəri əhatə edəcək 3-cü inkişaf konsepsiyasını hazırlayıb.

Konsepsiyanın əsas məqsədi gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün konseptual yanaşmanı təmin etməkdir.

Konsepsiyanın əsas istiqamətlərinin reallaşdırılması ölkənin qanunvericilik aktlarına müvafiq dəyişikliklərin edilməsi, zəruri tənzimləyici aktların işlənib hazırlanması və nəşri, kompleks təşkilati, təhsil, maarifləndirmə, informasiya təminatı üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 817 818 819 820 821 822 823 2. 382