Mühasibat uçotu sahəsində qarşıda duran yeni vəzifələr müzakirə olunub
Azərbaycan Respublikası Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi, peşəkar mühasib təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Gənc Mühasiblər İctimai Birliyi (GMİB) arasında birgə görüş keçirilib.
Maliyyə Nazirliyindən bildirilib ki, görüşdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun qüvvəyə minməsindən irəli gələn vəzifələr, mühasiblərin peşə fəaliyyətinin inkişafı, peşəkar mühasib sertifikatının əldə edilməsi və bu təşkilata üzv olmanın zəruriliyi, peşəkar mühasib təşkilatları tərəfindən aparılan maarifləndirici tədbirlərin əhəmiyyəti və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Həmçinin tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi, təcrübə mübadiləsi, qanunvericiliyə dəyişikliklərin edilməsi üzrə məsləhətləşmələrin aparılması, fəaliyyət prosesində yaranan problemlərin həllində koordinasiyanın təşkili və vahid yanaşma prinsiplərinin tətbiqi diqqət mərkəzində olub.
Mənbə: vergiler.az


84,4 milyard dollar sərvətlə və dünya üzrə 3-cü ən zəngin şəxs, dünyanın ən müvəffəqiyyətli investorlarından biri olaraq müəyyən olunmuş amerikalı biznes maqnatı və xeyriyyəçi – Warren Buffet. Sizə onun mühasiblərlə bağlı söylədiyi məşhur sitatları təqdim edirik.
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Nərimanov filialı, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 9 ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.