» » » Niyə daha çox qadınlar mühasib olurlar?

Niyə daha çox qadınlar mühasib olurlar?

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Niyə daha çox qadınlar mühasib olurlar?Mühasib

Mühasib – vacib peşədir, mövcud olub, mövcuddur və mövcud olacaqdır. Mənə görə bütün məlum peşələr arasında o, olduqca çətin və populyar peşədir. Mənim fikrimcə, mühasib sərt, dözümlü və aydın məqsədli bir işçi olmalıdır. Mühasib peşəsini ən qədim peşələrdən biri hesab etmək olar. İqtisadiyyatı yaxşı inkişaf etmiş ölkələrdə mühasib olmaq prsetijli sayılır.

Bütün hallarda düşünürəm ki, mühasib – qadın peşəsidir. Əgər, statistikaya nəzər salsaq, onun məlumatlarına görə, mühasiblərin hardasa 80-85% bəşəriyyətin zərif cinsindən  olan nümayəndələri təşkil edirlər. Hər bir şirkət özünə olduqca ixtisaslı bir əməkdaş əldə etməyi arzulayır.  O səbəbdən mühasib kimi işə düzəlmək istəyən adamlara çoxlu tələblər irəki sürülür. Bütün işəgötürənlər özlərinə böyük iş təcrübəsi, yaxşı təhsili, mühasibat proqramları üzrə biliyi olan, mühasibat kurslarını, 1C kursunu və ya baş mühasib kurslarını bitirən mühasibləri axtarırlar. Mühasiblərin peşəkar keyfiyyətləri ilə əlaqəli olan sorğular əməkhaqqından asılılıq ətrafında tərəddüd etsə də, bir şey dəyişməz olaraq qalmaqdadır – bu da işə qəbul olunanın cinsidir. Əksər şirkətlər və müəssisələr mühasib axtarışı zamanı dərc etdirdikləri vakansiyada çox vaxt “qadın” sözünü də əlavə edirlər. Vəzifə ilə bağlı elanların 50 faizində demək olar ki, cins məsələsi göstərilir.

Məndən ötrü lap başlanğıcdan mühasib – sırf qadın peşəsidir. Niyə görə məhz, belədir – indi izah edəcəyəm. Mühasibat uçotu – bu asan olmayan, səbr tələb edən bir işdir, kişilər isə monoton (yeknəsəg) işlərdən xoşlanmırlar. Reqlamentə uyğun və bəzən isə bir-birilə ziddiyət təşkil edən qanunvericiliyə  müvafiq uçotu aparmaq və hesabatları tərtib etmək, yalnız qadın-mühasiblərin gücü daxilindədir. Kişilər bunun öhdəsindən çətinliklə gəlirlər – onlar daha az səy göstərirlər və daha dözümsüzdürlər. Həmçinin heç də həmişə mütəxəssislərə verilən əməkhaqqı lazımi səviyyədə olmadığından,  sözügedən peşə əksər kişilərin diqqətini o qədər də cəlb etmir. Kişilər yalnız yüksək səviyyəli məvacib verilən peşələrdə çalışmağa üstünlük verirlər, təkcə bu cür işlərdə yüksək nəticə göstərirlər. Hesab edirəm ki, insan özünə daha yaxşı peşə tapmayanda mühasib olur və ya mühasiblik onun həvəsindən irəli gəlir.

Bir çox şirkətlərdə, müəssisələrdə və təşkilatlarda mühasib nüfuzuna görə  – direktordan sonra ikinci yerdə dayanır. Mühasib göstərdiyi xidmətin keyfiyyəti, insanın nə qədər həmin vəzifəyə uyğun gəlməsindən asılıdır. Əlbəttə, əgər mühasib xidmətini öz işinin peşəkarı təklif edirsə, bu və ya digər şirkətlər üçün o, çox böyük üstünlükdür.

Məhz, niyə qadınların başlıca olaraq mühasibat xidməti təklif etmələrinin prinsipcə məntiqi izahı da var. Axı, məhz, onlar daha hövsələlidirlər və bu incədən-incə işi lazımi dəqiqlik ilə yerinə yetirməyə qabildirlər. Hesab edirəm ki, hər kəs mənimlə razı olacaq ki, mühasib kimi peşə sahibi diqqətli və çalışqan bir şəxs olmalıdır.

Ancaq yenə də, əgər digər tərəfdən baxdıqda, böyük bir şirkətdə baş mühasib vızifəsini çox vaxt kişilər tutur. Və bunu da izah etmək mümkündür: baş mühasib bilavasitə müxtəlif  hesablamalarla məşğul olmaqdansa, daha çox rəhbərliklə təmasda olur. Və belə çıxır ki, mühasibatlıq işini yenə də bütün hallarda qadınlar yerinə yetirirlər, kişilər isə mühasibatlığı idarə edirlər.

Yuxarıda deyilənlərdən çıxış etsək, bunları tövsiyə etmək olar: əgər sizin biznes ilkin mərhələdədirsə, mühasib xidmətini bir nəfər də yerinə yetirə bilər, həmin yerə qadını götürün. Əgər biznesiniz inkişaf edəcəksə, daha yüksək zirvələrə can atacaqsa, deməli ştatdakı işçilərin sayı da artacaq, onda baş mühasib vəzifəsinə kişini təyin etsəniz, daha yaxşı olar.

İş ondadır ki, əgər siz kiçik bir şirkətə baş mühasib vəzifəsinə kişini işə qəbul etsəniz, bir neçə ildən sonra o, təcrübə toplayacaq və işləmk üçün daha iri müəssisəyə keçəcək. Çünki kişi ailənin qazanc gətirənidir və karyera ondan ötrü həyatın mənasıdır. Qadın isə əksinə, bir iş yerində qalmağa üstünlük verir, çünki qadından ötrü həyatda stabillik daha çox önəm daşıyır. Beləliklə, elə də böyük olmayan şirkətlər üçün qadın-mühasib – optimal həll yoludur. İri biznes nümayəndələrinə isə cinsindən və ailə vəziyyətindən asılı olmayaraq, daha təcrübəli və savadlı mühasib axtarmağı tövsiyə etmək olar.

Beləliklə, yuxarıda ifadə olunanlardan belə bir nəticə çıxarmaq olar ki, mühasib – şirkətlər, müəssisə və təşkilatlar üçün ölduqca mühüm mütəxəssisdir. Bu iş bu gün ixtisaslı əmək, yaxşı biliklər və bir çox iqtisadi proseslərin dərindən dərk edilməsini tələb edir. Bütün hallarda, mənim düşüncəmə görə bu vəzifəyə qadınlar kişilədən daha çox uyğun gəlirlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun