» » » Ən qeyri-adi üç vergi

Ən qeyri-adi üç vergi

posted in: Məqalə, Vergi | 0
birbank biznes

vergi nəzəriyyələriBütün ölkələrdə müxtəlif vergilər tətbiq olunur və bunlara bir növ artıq vərdiş etmişik. Yəni,  hər bir ölkə öz büdcəsini müəyyən üsul və vasitələrlə doldurmağa çalışır. Bu da təbiidir. Amma zaman-zaman bir sıra ölkələrdə tətbiq edilən vergiləri gördükdə, şükür etməyə bilmirsən. Bəzi ölkələrdə tətbiq edilən ən qeyri-adi vergiləri diqqətə çatdırırıq.

  1. Kölgə salmağa görə tətbiq edilən vergi. Venesiyada binaların üzərinə kölgə salmaq qadağan edilib. Lakin bu yol kənarında yerləşən və çətirlərdən istifadə edən müxtəlif restoran və mağazalara şamil edilir. İş ondadır ki, sular qoynunda məskən salmış bu şəhərdə günəş nadir hallarda görünür və göy üzünü adətən buludlar örtür. Evlərin pəncərəsinə kölgə düşməsin deyə Venesiya hakimiyyət dairələri kölgəyə görə vergi tətbiq edib. Bir çox iş adamları vəziyyətdən çıxış yolunu tez tapıblar, belə ki, restoran və mağazaların küçəyə baxan hissəsində yerləşdirdikləri çətirləri söküblər. Öz iş yerlərinin görkəmini pozmaq istəməyən sahibkarlar isə vergini ödəməyə razılaşıblar.
  2. Qərbi Afrikanın bədbəxt və eyni zamanda ən kasıb millətinin yaşadığı ölkələrdən birində vətəndaşlar il ərzində 17 avro pul ödəyirlər ki, bu dövlətdə əmin-amanlıqdır. Yəni, müharibə yoxdur. Müqayisə üçün qeyd edək ki, bu ölkədə bir fincan qəhvə 17 sentə satılır. Və bu vergi ondan irəli gəlir ki, ölkədə hərbi əməliyyatlar aparılmır.
  3. Günəşin çıxmasına görə vergi. Gözəl və romantikdir, deyilmi? İbis, Mayorka və digər adalardan ibarət arxipelaqda çimərlikdə olduğuna görə gün ərzində vergi olaraq 1 avro pul ödəməlisən. Düzdür, hakimiyyət orqanları bu vergini çimərlikdə təmizlik yaratmaqdan ötrü vəsait əldə etmək məqsədilə tətbiq edib. Özü də xəzinəyə bu vergidən az vəsait daxil olmur. Arxipelaqa daxil olan təkcə Balear adalarına bir il ərzində 10.400.000 turist gəlir. Rəqəm həqiqətən fantastik hesab oluna bilər.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun