» » » Gəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?

Gəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Gəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?

Sual: 01.01.2019-cu il tarixdə Vergi Məcəlləsində edilmiş dəyişikliklə bağlı işlədiyim təşkilatda daxil olan müraciətlərlə bağlı bəzi suallara aydınlıq gətirilməsi zərurəti yaranmışdır. Belə ki, Məcəllənin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına da vergi güzəşti tətbiq edilir. Müraciət edən şəxslərin bir hissəsinin atası 2-ci dünya müharibəsinin iştirakçısı olmuşdur. Atanın vəfat etmə səbəbi müharibədə aldığı yaralar deyildir. Eyni qaydada olan digər müharibə iştirakçılarının övladlarından da müraciət daxil olurdu.

Bizim təşkilatda əvvəlcə yalnız şəhid övladlarına bu güzəştlər tətbiq edilirdi. Vergilər Nazirliyinə müraciət etdikdə güzəştin bütün müharibə iştirakçılarına şamil olunduğu bildirildi. Lakin güzəştlərin tətbiqi üçün tələb olunan sənədlərin siyahısı verilmiş Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarında sənədlərin siyahısı yoxdur. Həmin qərarın 1.5-ci bəndində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi vəsiqənin təqdim edilməsi tələb olunurş Göstərilən Xidmət bu vəsiqəni yalnız şəhid ailəsinə verir. Qeyd edilənləri nəzərə alaraq, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə və Nazirlər Kabinetinin 04.01.2001-ci il tarixli 4 nömrəli qərarına aydınlıq gətirilməsini xahiş edirik.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ AR-nın Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlardan göründüyü kimi, yuxarıdakı arayışlardan birini təqdim edən şəxs azadolmadan istifadə edə bilər.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun