Pul qazanmaq barədə miflər

posted in: Xəbər | 0

pul pulun təbiətiZəngin insanlar bir çox amillərin təsiri altında ola bilirlər. Müvəffəqiyyətli və zəngin bir insan olmaq üçün ən vacib meyarlardan biri pulun düzgün qəbul edilməsidir.

Bəzən elə olur ki, istedad da, lazımi resurslar da, təşkilatçılıq qabiliyyətləri də var, ancaq, istəyimizə nail olmaq mümkün olmur. Ola bilsin ki, səbəb pul qazanmağa olan yanlış münasibətdədir. Pul haqqında ən geniş yayılmış mifləri pozmağa çalışacağıq.

“Mən düzgün fəaliyyət sahəsini seçməmişəm və ona görə də zəngin deyiləm”.

Əslində, milyonerlər və milyarderlər demək olar ki, bütün biznes sahələrində var. Bu və ya digər peşəni orada çoxlu sayda zəngin adamların mövcudluğuna görə seçmək, kökündən yanlış yanaşmadır. Ruhunuza uyğun gələn bir işlə məşğul olun. Lazımi miqdarda kapitalı istisnasız olaraq istənilən sahədə qazanmaq olar.

“Əgər mən zəngin bir ailədən olsaydım – pulu çox asanlıqla qazana bilərdim”.

İndi dünyanın ən zəngin insanlarının reytinqlərinin üst sıralarını tutan bir çox biznesmenlər – heç də ən imkanlı valideynlərin uşaqları olmayıblar. Onlardan bəziləri orta imkanlı ailələrdən çıxanlardır. Və yalnız kiçik bir qismi zəngin ailələrdə doğulanlardır. Lakin, hətta onlar da öz sərvətlərini heç də valideynlərinin köməyi ilə deyil, özlərinin uzun sürən ağır zəhmətlərinin sayəsində qazanıblar. Sizin valideynlərinizin kim olması mütləq şəkildə mühüm deyil, hər bir kəsin varlanmaq şansı vardır.

“Mən məktəbdə/kollecdə/institutda yaxşı oxusaydım, onda varlı ola bilərdim”.

Bilik şübhəsiz ki, çox mühümdür. Lakin, nəzəri biliklərdən daha çox praktiki bacarıqlar daha faydalıdır. Təhsildə əlaçı olmaq – hələ maliyyə sahəsində uğurlu olmağa zəmanət vermir. Eyni şey əksinə də ola bilər.

“Varlı adamlar sadəcə lazımi yerdə lazımi vaxtda olmağı bacaranlardır”.

Bu, tamamilə belə deyil. Onların bir çoxu heç də uğurlu və şanslı olmayıblar. Yalnız bir çox uğursuzluq və müvəffəqiyyətsizliklərdən keçərək, belə bir yüksəkliyə gəlib çata biliblər.

“Əgər mən iqtisadi cəhətdən daha uğurlu bir ölkədə yaşasaydım, zənginliyə daha asanlıqla çata bilərdim”.

İstənilən ölkədə varlı adamlar vardır. İstənilən bir cəmiyyətdə zəngin insanlar vardır.

“İndi böyük pullar qazanmaq üçün imkanlar azdır”.

Ancaq, müasir olmayan insan, öz düşüncələri ilə keçmişdə qalan bir adam belə deyə bilər. Texnologiyaların sürətli inkişafını nəzərə alaraq, indi hətta bir neçə onilliklər əvvəl olduğundan daha çox pul qazanmaq yolları vardır.

“Başlanğıc üçün kapitalım yoxdur, ona görə mən böyük biznesə başlaya bilmirəm”.

Nəhəng bir okeanı da kiçik damcılar təşkil edir. Damcıdan başlamaqla siz artıq okeana doğru bir addım atmış olursunuz. Və onu da demək lazımdır ki, biznesin heç də bütün növləri başlanğıc üçün elə də böyük kapital tələb etmir.

“Mən çox çalışacam və hökmən milyonçu olacam”.

Dünyada insanların əksəriyyəti çox çalışırlar, amma, buna baxmayaraq, yenə yoxsul olaraq qalırlar. Çox çalışmağı deyil, ağılla, düşünülmüş şəkildə işləməyi seçin.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çin mühasibat muzeyi

posted in: Xəbər | 0

Şanxayın Suntszyan rayonu, Beyertszin küçəsi, 34 ünvanında yerləşən Çin mühasibat uçotu muzeyi, mühasibat uçotunun peşəkar muzeyi hesab olunur. 2013-cü il noyabrın 28-də ümumi sahəsi 4500 kvadratmetr, sərgi sahəsi 2800 kvadratmetr olan Çin mühasibat uçotu muzeyinin açılış mərasimi olmuşdur.

Çin mühasibat muzeyinin yaradılmasının məqsədi mühasibat tarixi ilə bağlı mədəni abidələri toplamaq və qorumaq, tarixi mühasibat mədəniyyətini populyarlaşdırmaq, mühasibat tədqiqatlarını və mübadiləsini təşviq etmək üçün muzeyin güclü mədəni irsi, reklam və təhsil funksiyasından istifadə etməkdir.

Məkanın tərkibi

Muzeyə sərgi salonu, beynəlxalq sərgi salonu, mühasibat uçotunun şöhrət zalı, müvəqqəti sərgi salonu, audiovizual zal, sərgi avadanlığının mühafizəsi üçün yer, kolleksiyalar kitabxanası və nəticədə fiziki muzeydən, onlayn muzeydən və rəqəmsal muzeydən ibarət olacaq digər sərgi və anbar otaqları daxildir.

Funksiyaların əhəmiyyəti

Çin mühasibat uçotu muzeyində, mühasibatlıqla bağlı mədəni qalıqların toplanılması və qorunması, mühasibatlıq mədəniyyətinin təbliği, mühasibat uçotu və tədqiqatlarını öyrətmək üçün vahid bir sərgi salonu da inşa ediləcəkdir. Hazırda mövcud olan Çin maliyyə və vergitutma muzeyi, Çin audit muzeyi və Çin hesabdarlıq muzeyi ilə müqayisədə mühasibat uçotu muzeyi, mühasibat uçotu mədəniyyətinin xüsusi təzahürünə diqqət yetirir. Onun məzmunu mühasibat uçotu, sistem, nəzəriyyə, təcrübə və onunla əlaqəli nailiyyətlərin əsas metodlarına yönəldilmişdir.

Təşkilati quruluş

Ofis: gündəlik inzibati məsələlər, xarici işlərin təşkili və muzeyin işinin əlaqələndirilməsi üçün məsuliyyət daşıyır.

Texnologiya şöbəsi: muzeydə mədəni reliktlərin qorunub saxlanılmasının texniki problemləri, muzeyin veb-saytına xidmət göstərilməsi, eləcə də müvafiq avadanlıqların saxlanması və idarə edilməsi üçün məsuliyyət daşıyır.

Mühafizə işlərinə məsul şöbə: muzeyin kolleksiyasının qəbulu, alınması, qaytarılması və qorunması üçün məsuliyyət daşıyır.

İnkişaf şöbəsi: muzeyin inkişafına, o cümlədən inkişafın planlaşdırılmasına, toplanılması və satın alınmasına, sərgi və onunla bağlı fəaliyyətə, KİV-lə qarşılıqlı fəaliyyətə və irəliləyişə görə məsuliyyət daşıyır.

Xidmət şöbəsi: sərgi zalının açıq qəbuluna və məsləhət xidmətləri, həmçinin logistika dəstəyinə görə məsuliyyət daşıyır.

Bərpa şöbəsi: mədəni əmanətlərin qorunması və bərpası üçün məsuliyyət daşıyır.

Sənədlərin tərtibi şöbəsi: mühasibat uçotunun tarixi sənədlərinin toplanması, təşkili və idarə edilməsi üçün məsuliyyət daşıyır.

Mühasibat uçotu mədəniyyəti və mühasibat uçotu tarixi üzrə araşdırmalar mərkəzi: akademik planlaşdırma, akademik mövzular, akademik araşdırmalar və mübadilə fəaliyyətinin tətbiqi və idarə edilməsi üçün məsuliyyət daşıyır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (1-ci hissə)

posted in: Xəbər | 0

ABŞ-da maaşlar nə qədərdir. Amerikada minimal və orta əməkhaqqı (1-ci hissə)ABŞ

Birləşmiş Ştatlar – bu, mühacirlər tərəfindən inşa edilmiş, insanlar üçün böyük imkanlar yaradan bir ölkədir. Dinamik inkişaf edən iqtisadiyyat, böyük əmək bazarı, layiqli maaşlar, bütün dünyada qiymət verilən yüksək həyat səviyyəsi və keyfiyyətli təhsil müxtəlif ölkələrdən olan insanların Amerikaya köçməsi üçün bir stimuldur. Lakin, köçməyə qərar verməzdən əvvəl, öz imkanlarınızı və işədüzəlmə şansınızı, eləcə də ixtisasınızı təmin edəcək əməkhaqqı səviyyəsini dərk edərəkdən qiymətləndirmək lazımdır.

Amerika əmək bazarının ödəniş xüsusiyyətləri

ABŞ-da ən çox tələbolunan peşələrə yaxşı maaşlar verilməsi ilə bağlı gümanlar səhvdir. Əksinə, əksər hallarda daha aşağı əməkhaqqı ödənilən ixtisaslar sahəsində kadr çatışmazlığı müşahidə olunur. Bu da həmin ixtisaslar üzrə yüksək kadr axını ilə xarakterizə olunur. Bu, həm də onunla izah olunur ki, yüksək əməkhaqqı səviyyəsi olan vakansiyalar nadir hallarda uzun müddət tutulmamış qalır. Çünki belə vəzifələr bir çox amerikalı və xarici mütəxəssisləri özünə cəlb edir.

Aşağı maaşlı peşələrlə əlaqəli vəziyyət isə tamamilə fərqlidir. Belə ki, işəgötürənlər tərəfindən təklif olunan əməkhaqqı çox vaxt işçiləri qane etmir və buna görə də azad iş yerləri yaranır. Çox vaxt fiziki əməyi nəzərdə tutan bu peşələr üçün xüsusi hazırlıq tələb olunmur və minimum təhsilin olması, yetərli hesab edilir.

ABŞ-da ən çox tələbolunan peşələr

Amerikada iş tapmaq üçün ən asan yol iaşə sektorundadır –  kafelərdə, restoranlarda, fast-fudlarda və digər qida məntəqələrində daim işçilər tələb olunur. Ən çox vakansiyalar, işçiləri ildə 19 min dollar qazanan fast-fud yemək məntəqələrindədir ki, bu da ölkədəki ən aşağı maaş göstəricilərdən biridir. Eyni zamanda, fast-fud məntəqələrində iş şərtləri ağır hesab olunur (qızmar peçlər, qaynar plitələr, yemək qoxuları, böyük müştəri axını, gecə növbələri).


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz


Ofisiantın orta illik əməkhaqqı 21 min dollar təşkil edir. Onu da qeyd etmək lazımdır ki, ofisiantın bir sıra imtiyazları da vardır: bəzi hallarda rəsmi maaşı da ötüb keçən xidmətə görə bəxşiş pulu, çevik iş qrafiki və pulsuz qidalanma. İngilis dilini bilməyən və ya pis bilən postsovet ölkələrindən çıxan mühacirlər çoxsaylı rus restoranlarının birində işə düzələ bilərlər.

Həmçinin ən çox vakansiya ilə ABŞ-da top-onluğa bu peşələr daxildir:

Peşənin adı Orta illik gəlir (dollar)
Dalandarlar və klirinq sahəsində işçilər 25 000
Otel sahəsində işçilər 25 000
Pərakəndə ticarət satıcıları 26 000
Anbardar 26 700
Ofis katibləri 30 000
Zəng-mərkəzlərinin əməkdaşları 33 400
Administrasiya işçiləri və katibləri 34 000


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ən böyük dövlət borcuna malik ölkənin adı məlum olub

posted in: Xəbər | 0

Ən böyük dövlət borcuna malik ölkənin adı məlum olubmühasibat uçotu

Yaponiya – ÜDM-in 234 faizini təşkil edən dünyanın ən böyük dövlət borcuna sahib olan ölkəsidir. Bu barədə investisiya təhlili və makroiqtisadi tədqiqatlar Mərkəzinin rəhbəri Daniil Nametkin bildirib. Onun söylədiklərindən RİA Novosti agentliyi sitat gətirib.

Nametkin də bu göstərici üzrə digər lider ölkələrin də adını çəkib: Böyük Britaniyada borc ÜDM-in 144 faizini, ABŞ-da 160 faizini, avrozonada isə 120,4 faizini təşkil edir. Ekspert qeyd edib ki, dünyanın bütün ölkələrinin ümumi dövlət borcu ÜDM-in 105 faizini təşkil edir. Ancaq, bir sıra böyük ölkələrdə dövlət borcunun bu qədər yüksək göstəricilərinə baxmayaraq, çətin ki, yaxın gələcəkdə onlar həmin borca xidmət göstərməkdə problem yaşayacaqlar.

Eyni zamanda Nametkin qeyd edib ki, pandemiya fonunda iqtisadiyyatın dəstəklənməsi tədbirləri bir sıra dövlətlərdə inflyasiyanın artmasına gətirib çıxarıb. Xüsusilə, ABŞ-da istehlak qiymətləri 5,4 faiz artıb – bu, 13 il ərzində maksimum artım səviyyəsidir. “Belə bir şəraitdə ABŞ FES-in monetar siyasətinin sərtləşdirilməsinin nəzəri imkanı yaranır ki, bu da borc xidməti ilə bağlı vəziyyəti pisləşdirə bilər”, – ekspert izah edib.

Bundan əvvəl, ABŞ-ın maliyyə naziri Janet Yellen Konqresi defolt təhlükəsi və ölkə iqtisadiyyatına “düzəlməsi mümkün olmayan zərər” təhlükəsi barədə xəbərdarlıq etmişdi.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 737 738 739 740 741 742 743 2. 392