Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib

posted in: Xəbər | 0

Fərqlənmə nişanıAzərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq qaydalara dəyişiklik edilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.

Məlumata görə, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və prosesin icrası zamanı sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Yeni prosedur qaydalarının tətbiq edilməsinə qədər “Fərqlənmə nişanı” vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günü ərzində verilirdi. Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nı DANX verir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdır.

Yeni qaydalara əsasən, bu fəaliyyətlə məşğul olan və ya olmaq istəyən şəxs “Fərqlənmə nişanı” əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla respublikanın müvafiq region avtovağzallarında xidmət göstərən Nəqliyyat xidmət mərkəzlərinə müraciət edərkən ona prosedurun icra mexanizmi barədə ətraflı məlumat verilir. İlkin mərhələdə vergi ödəyicisi avtovağzalın 1-ci mərtəbəsində yerləşən NRYTN-a məxsus “Azərpoçt” MMC-nin “Şəbəkə” xidmət mərkəzində, respublikanın digər şəhər və rayonlarında isə “Azərpoçt”un müvafiq şöbələrinə yaxınlaşıb ərizə blankını doldurmalıdırlar. Növbəti mərhələdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan (həmçinin yeni müraciət edən) şəxs nəqliyyat vasitəsinin şəhadətnaməsini təqdim edərək, göstərəcəyi daşıma xidməti üçün nəzərdə tutulan vergini ödədikdən sonra “Fərqlənmə nişanı”nı əldə edir. Prosesin yekununda avtovağzalların ərazisində yerləşən Texniki Müayinə Mərkəzində nəqliyyat vasitəsi vizual olaraq texniki müayinədən keçirilir. Texniki müayinənin nəticələri barədə müvafiq sənədlər möhürləndikdən sonra vergi ödəyicisi nəqliyyat vasitəsi ilə reysə başlamaq üçün icazə əldə edir.

Bu prosesin icrası üçün ümumi prosedur 40 dəqiqə təşkil edir. 2 iş günündən 40 dəqiqəyə qədər azaldılan icra müddəti həm sahibkarın vaxtına qənaət etmiş olur, həm verginin ödənilməsi tam şəffaf həyata keçirilir, həm də bütün proses eyni məkanda təşkil edilir.

Prosesin təşkili və icrası üçün “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin müfəttişləri avtovağzallara və “Azərpoçt”un müvafiq şöbələrinə ezam edilib.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bazar qiymətinin tətbiqi prinsipi

posted in: Xəbər | 0

ümidsiz borcVergitutma məqsədləri üçün bazar qiymətinin tətbiqinin fərqli xüsusiyyətləri vardır. İqtisadçı ekspert Radil Fətullayev bazar qiymətlərinin tətbiqinin əsas prinsiplərini şərh edir.

Vergi orqanı müəssisənin alış və satışları zamanı tətbiq etdikləri (sənədlərdə göstərdikləri) qiymətləri yoxlayıb onları bazar qiyməti ilə müqayisə apara bilər.

Əgər vergi ödəyicisi alış və satış zamanı qiymətləri əsassız şəkildə bazar qiymətindən ucuz və ya baha göstərərsə, bu zaman bazar qiyməti tətbiq olunmaqla ödəyiciyə əlavə vergilər və cərimələr tətbiq oluna bilər.

Vergi Məcəlləsi bazar qiymətlərinin tətbiqinə iki istiqamət üzrə yanaşır:

– satışın bazar qiyməti;
– alışın bazar qiyməti.

Əgər ödəyici satış qiymətini bazar qiymətindən aşağı və ya yuxarı göstərərsə, bu zaman Vergi Məcəlləsinə görə malların (iş və xidmətlərin) satışının bazar qiymətinin tənzimlənməsi aşağıdakı qaydada, mərhələlər üzrə həyata keçirilir:

1-ci mərhələ: Vergi orqanı tərəfindən təqdim edilmə tarixindən 30 gün əvvəl və 30 gün sonrakı tarixdəki dövrdə başqa vergi ödəyicisi tərəfindən eynicinsli malların qiymətlərinin bazar araşdırılması aparılır. Adətən, bu araşdırma Dövlət Statistika Komitəsinin, Gömrük Komitəsinin və vergi orqanının baza məlumatlarının əsasında formalaşır.

2-ci mərhələ: Yuxarıda qeyd olunan dövrdə təqdimetmə tarixinə ən yaxın tarixdəki bazar qiyməti müəyyən olunur.

3-cü mərhələ: Təqdimetmə tarixinə ən yaxın dövrdəki bazar qiyməti ilə ödəyici tərəfindən müəyyən edilmiş qiymət arasında müqayisə aparılır. Müqayisə obyekti olaraq təqdimetmə tarixindən əvvəl və sonrakı dövrə olan qiymətlərdən ən kiçiyi götürülür.

4-cü mərhələ: Əgər müəssisə tərfindən tətbiq olunan qiymət analoji mal üçün bazarda təşəkkül tapan qiymət səviyyəsindən (müqayisə üçün götürülən qiymətdən) 30 faizdən çox fərqlənərsə, bu zaman bazar qiyməti 30 faizdən az fərq edərsə, müəssisənin müəyyən etdiyi qiymət əsas götürülür (Maddə 14.6.6).

Misal: Hesab edək ki, müəssisə 31.10.2019-cu ildə 150 manat dəyərində xidmət göstərib. Səyyar vergi yoxlaması qeyd olunan dövrdəki satışın qiymətinə şübhəli yanaşıb və bazar araşdırılması aparılaraq 60 günlük (təqdimetmə tarixindən 30 gün əvvələ və 30 gün sonrakı tarixə) dövr ərzində aşağıdakı qiymətlərin təşəkkül tapdığı aşkar edilib:

Bazar qiymətinin araşdırılması ilə bağlı sentyabr-oktyabr ayları üzrə qiymətlərin təsbiti:

190 man 250 man 150 man 390 man 180 man
30.09.19 18.10.19 31.10.19 14.11.19 30.11.19
60 günlük dövr

Buradan görmək olur ki, 60 gün ərzində 31.10.19 tarixindən ən yaxın dövrlər üzrə ən baha qiymət 390 manat, ən ucuz qiymət isə 250 manat olub. Deməli, 250 manat 150 manatdan 30 faizdən çox olduğu üçün 250 manat əsas götürülə bilər. Əgər 390 manat 12.11.19-cu ildə olsaydı, 390 manat əsas götürülə bilərdi.

Qeyd edək ki, alışlar zamanı da yuxarıda göstərilən mərhələr tətbiq oluna bilər. Alınmış malların (iş və xidmətlərin) alış qiyməti bazar qiymətindən 30 faizdən çox (yuxarı və ya aşağı) fərqləndiyi halda da bazar qiyməti tətbiq oluna bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Royaltiyə görə ƏDV hesablanmalıdırmı?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

ƏDV royalti ödənişləriSual: Aydındır ki, royalti ödənişləri qeyr-maddi aktivlərdən istifadəyə görə haqdır, qeyri-maddi aktivlər ƏDV üçün mal sayılmır. Bu baxımdan qeyri-rezidentlərə qeyri-maddi aktivlərdən istifadəyə görə ödənilən royaltidən ƏDV hesablanmalıdırmı? Nəzərinizə çatdırıram ki, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.02.2021 tarixli İş № 2-1(102)-463/2021 üzrə çıxardığı Qərarda bu kimi durumlarda royalti məbləğindən Əlavə Dəyər Vergisi hesablanmaması gərəkdiyi əksini tapır.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan royalti şəklində gəlirlərindən bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Bununla yanaşı, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 169-cu maddələri.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada iki milyon işçi çatışmazlığı yaşanır

posted in: Xəbər | 0

işçi çatışmazlığıYaxın aylarda əmək miqrantlarının Rusiyaya gəlişinin sadələşdirilməsi nəzərdə tutulur. Hazırda onların çatışmazlığı milyonlarla ölçülür. Bu haqda baş nazirin müavini Marat Husnullin İnstagram-da birbaşa efir zamanı bildirib.

Husnullin bu qərarı tikintilərdə işçi qüvvəsinin çatışmazlığı ilə əlaqələndirib. Onun məlumatına görə, indi Rusiyada tikinti sahəsində 1,5-2 milyon işçi çatışmazlığı hökm sürür. “Məsələni həll etməyə çalışırıq. Hazırda işçi sayının çatışmazlığı fəlakətli səviyyədədir. Düşünürəm ki, yaxın ay ərzində tikintilərə işçilərin gətirilməsi prosedurunu sadələşdirəcəyik”, – baş nazirin müavini belə söyləyib.

Husnullin həmçinin qeyd edib ki, hazırda Rusiya postkovid bumu üzündən inşaat inflyasiyasının artımını yaşayır və bu səbəbdən qiymətlər yalnız artmaqda davam edəcək.

Bundan əvvəl bildirilirdi ki, Tikinti Nazirliyi miqrantların ölkəyə gətirilməsinin daha ucuz üsulunu açıqlayıb. Nazirlik əmək miqrantlarının Rusiyaya çarter qatarları ilə gətirilməsi imkanını nəzərdən keçirir – bu üsulun köməyi ilə bir dəfəyə min nəfərə yaxın adam çatdırmaq olar.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 736 737 738 739 740 741 742 2. 392