Mərkəzi banklar bütün dünya üzrə qızıl satın alıblar

posted in: Xəbər | 0

Mərkəzi banklar bütün dünya üzrə qızıl satın alıblar

Dünya bank sistemiDünyanın müxtəlif ölkələrinin mərkəzi bankları 2021-ci ilin ikinci rübündə aktiv şəkildə qızıl satın alıblar, qızıl valyuta ehtiyatlarını artırıblar, bu barədə qızıl üzrə Ümumdünya şurasının (WGC) saytında dərc edilmiş hesabatında deyilir.

Təşkilatın məlumatına görə, aprel-iyun aylarında əsas qızıl alıcıları inkişaf etməkdə olan ölkələrin mərkəzi bankları olub, o cümlədən Tailand (90,2 ton alıb), Macarıstan (62 ton), Braziliya (53,7 ton), Hindistan (29 ton) və Özbəkistan (25,5 ton).

“Kommersant” nəşri tərəfindən rəyi soruşulanların sözlərinə görə, tənzimləyicilərin əsas motivləri artan inflyasiyadan sığortalanmaq (xüsusilə ölkələrin əksəriyyətinin dövlət borcuna görə aşağı faiz dərəcələri şərtlərində), həmçinin öz beynəlxalq ehtiyatlarını diversifikasiya etmək istəyindən ibarət olub.

Eyni zamanda, bəzi mərkəzi banklar, əksinə, qızıl ehtiyatlarını satıblar, lakin,bu satışlar daha kiçik həcmdə olub. Rusiya Mərkəzi bankı qiymətli metaldan 3,1 ton, Alman Bundsbank-ı – 3,3 ton, Qazaxıstan tənzimləyicisi – 9,9 ton satıb.

WGC -nin məlumatına görə, ikinci rübdə nəinki tələbat, həm də qızılın tədarükü – 13 faiz artaraq 1172 tona çatıb. Bu, əsasən istehsalın artması ilə əlaqədardır.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron qaimə-fakturanı kimlər təqdim etməyə bilər?

posted in: Xəbər | 0

Elektron qaimə-fakturanı kimlər təqdim etməyə bilər?

E-Qaimə, elektron qaiməVergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bununla yanaşı, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, eləcə də notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi zamanı elektron qaimə-faktura təqdim olunmur.
Eyni zamanda, qeyd edilən şəxslər tərəfindən elektron qaimə-fakturanın təqdim olunması ilə bağlı məhdudiyyət də nəzərdə tutulmayıb.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Çoxmənzilli binalardakı mənzillərin ümumi sahəsi necə hesablanmalıdır?

posted in: Xəbər | 0

dividenddən vergiBir çox hallarda yeni tikilən çoxmənzilli binalarda mənzillərin alınması zamanı mənzilin ümumi sahəsinin qanunvericiliyə uyğun olaraq hesablanan sahədən daha artıq olması müşahidə olunur. Tikinti şirkəti üçün bu maddi baxımdan “sərfəli” olsa da, mövcud durum qanunvericiliyin pozulmasına və nəticə etibarı ilə vətəndaşın aldadılmasına gətirib çıxarır. Mənzil alan şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış aldıqda mənzilin qanunauyğun hesablanmış sahəsi ilə tanış olur və çıxarışda mənzilin ümumi sahəsinin tikinti şirkətinin təqdim etdiyi sənəddə göstəriləndən az olduğunu görür.

İqtisadiyyat Nazirliyi çoxmənzilli binalardakı mənzillərin ümumi sahəsinin hesablanması qaydasını açıqlayıb.

Qanunvericiliyin tələblərinə əsasən…

Çoxmənzilli binalarda mənzillərin sahəsinin hesablanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2012-ci il 4 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydalarına uyğun olaraq aparılmalıdır. Müvafiq qaydalara əsasən, mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Qaydalara əsasən yaşayış binasında otaqların və digər ərazilərin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Yəni, otaqların sahəsi daxili divarın üst səthindən qarşıdakı daxili divarın üst səthinə qədər ölçülməklə hesablanmalı, yan və mənzilin daxilindəki arakəsmə divarların tutduğu sahə nəzərə alınmamalı və ümumi sahəyə əlavə edilməməlidir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər ərazilərin sahələrinə daxil edilmir.

Qaydalara əsasən balkon və terrasların sahələri, şüşəbənd və lociyalar, eyvanlar (verandalar) hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, balkon və terrasların sahələri – 0,3, şüşəbənd və lociyalar – 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil olunur. Eyvanların (verandaların) sahələri azaldılmadan mənzilin ümumi sahəsinə daxil edilir. Bəzi hallarda vətəndaşlar arasında balkon və eyvanın fərqi ilə bağlı anlaşılmazlıq yaranır. Məlumat üçün bildirək ki, balkon- fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança, eyvan – binaya bitişik və ya onun içərisində tikilmiş, isidilməyən, açıq və ya şüşələnmiş ərazidir. Beləliklə balkon və terrasların sahələrinin 30 faizi, şüşəbənd və lociyaların 50 faizi, eyvanların (verandaların) tam sahəsi mənzilin ümumi sahəsinə əlavə edilməlidir. Nümunə üçün qeyd edək ki, balkonun sahəsi 10 kvadratmetr olduqda 0,3 azaltma əmsalı tətbiq edərək balkona dair 3 kvadratmetr sahə mənzilin ümumi sahəsinə əlavə olunmalıdır.

Bəs ümumi sahə üzrə fərq necə yaranır?

Əksər tikinti şirkətləri tərəfindən çoxmənzilli binalardakı mənzillərin sahəsi bayır divarların üst səthindən ölçməklə hesablanır. Otaqlar və mənzillər arasındakı ara divarlar da ümumi sahəyə əlavə edilir, eləcə də qaydalara uyğun olaraq tələb olunan azaltma əmsalları tətbiq edilmir.

Bu cür hallarla qarşılaşan vətəndaşlar nə etməlidir?

Mənzil sahibi olmaq istəyən vətəndaşlar seçdikləri mənzilin ümumi sahəsinin qaydalara uyğun hesablandığına əmin olduqdan sonra müqaviləni imzalamalı və ödənişi həyata keçirməlidirlər. Ümumi sahə üzrə çıxarış və müqavilədəki fərqi görən mənzil sahibi bununla bağlı tikinti şirkətinə müraciət edərək ödədiyi artıq pulu tələb edə bilər. Əgər tikinti şirkəti qanunazidd formada hesabladığı sahə üzrə ödənişi geri qaytarmasa, mənzil sahibi pozulmuş hüququ ilə bağlı məhkəməyə müraciət etmək mümkündür.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Malların alış aktının tərtib edilməsi

posted in: Xidmət, Xəbər | 0

maddi məsuliyyətTəcrübədə vergi ödəyicilərinin vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərdən mallar almaq zərurəti yaranır. Bu zaman sənədləşmə necə aparılmalıdır? Suala mühasibat mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 16.1.11-10-cu maddəsinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alarkən vergi ödəyiciləri alış aktı tərtib etməlidirlər. Məcəllənin 71-2-ci maddəsində də malların alış aktının tərtib edilməsi qaydası göstərilib.

Bu məsələ ilə bağlı mühasiblər arasında geniş yayılan yanlış fikir odur ki, vergi ödəyicisi olmayan şəxslərdən yalnız “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilmiş malları almaq olar. Əslində isə həmin qanunun sözügedən maddəsi “malların alış aktı” ilə vergi ödəyicilərinin ala biləcəyi malların siyahısını tənzimləmir. “Nağdsız hesablaşmalar haqqında” Qanunda və Vergi Məcəlləsində alış aktı ilə alına biləcək malların siyahısı qeyd edilməyib. Qanunun 3.5-ci maddəsində göstərilən malların qeyd edilməsinin üç təyinatı vardır:

1. Həmin malları “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində qeyd edilmiş limit olmadan nağd almaq;

2. Həmin mallardan başqa digər malları 3.3-cü maddədə qeyd edilmiş limit daxilində nağd almaq;

3. Həmin malları təqdim edərkən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə uyğun olaraq ödəmə mənbəyində 2 faiz vergi ödəmək.
Həmin mallardan başqa malların vergi ödəyicisi olmayan şəxslərdən alış aktı ilə alınmasına qanunvericiliklə məhdudiyyət qoyulmayıb. Onu da qeyd edək ki, vergi ödəyicisi olmayan şəxslərdən “malların alış aktı” sənədi ilə hətta əsas vəsait belə alına bilər. Burada da məhdudiyyət yoxdur. Məsələn, hansısa müəssisəyə nəqliyyat vasitəsi lazım olarsa, müəssisə nəqliyyat vasitəsini vətəndaşdan “malların alış aktı” ilə ala bilər.

Qeyd etmək yerinə düşər ki, Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti məqsədləri üçün olmayan və ya əvvəl sahibkarlıq fəaliyyətində istifadə edilməmiş daşınar əmlakların (qiymətli daş və metallar, qiymətli daş və metalların məmulatları, incəsənət əsərləri və əntiq əşyalar istisna olmaqla) təqdim edilməsi gəlir vergisindən azaddır. Lakin unutmaq olmaz ki, vergi orqanında uçotda olmayan şəxslər istənilən malların, o cümlədən əsas vəsaitlərin satışı ilə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olurlarsa, onların vergi uçotuna alınması və digər zəruri prosedurları yerinə yetirməsi mütləqdir. Əks halda bu, qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 738 739 740 741 742 743 744 2. 400