Azərbaycanda sahibkarlar üçün “Vahid elektron lövhə” xidməti tətbiq olunub

posted in: Vergi, Xəbər | 0

Vahid elektron lövhəAzərbaycanda vergi ödəyicisinin müraciətinə əsasən, hesablanan vergidən artıq olan məbləğin sahibkara geri qaytarma prosesini izləməyə imkan verəcək “Vahid elektron lövhə” nin tətbiqinə başlanılıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, “Vahid elektron lövhə” platformasının bir sıra üstünlükləri var. Belə ki, artıq ödənilmiş məbləğin geri alınması üçün ərizənin vergi ödəyiciləri tərəfindən izlənməsi məlumatların əlçatanlığının təmin olunmasına xidmət edəcək. Vergi ödəyicisi müraciətinin hər mərhələsini izləyə, onun geri qaytarılması ilə bağlı prosesə şəxsən nəzarət edə biləcək.

“Vahid elektron lövhə”də olan məlumatlar sistem vasitəsilə onlayn rejimdə yenilənəcək. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı statistik məlumatların vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində onlayn izlənilməsi mümkün olacaq. Bundan başqa, ərizənin doldurulma prosedurunun sadələşdirilməsi vergi ödəyicilərinin əlavə vaxt itkisinin azalmasına və yazışmaların minimuma endirilməsinə zəmin yaradacaq.

Vergi ödəyicisi “Asan İmza” ilə şəxsi kabinetinə daxil olaraq və “Onlayn Kargüzarlıq” bölümündə artıq ödəmənin geri qaytarılması üçün «Elektron Ərizə»ni seçməlidir. Daha sonra o, “Elektron Ərizə”ni qaydalara uyğun tərtib edib Dövlət Vergi Xidmətinin aidiyyəti strukturuna göndərməlidir. Eyni zamanda, ərizənin vəziyyəti barədə məlumatlar “Vahid elektron lövhə”də əks olunur. Hər hansı səbəbdən imtina edildikdə və ya vergi ödəyicisinə səyyar vergi yoxlaması açıldıqda “lövhə”də imtina səbəbi və tarixi qeyd edilir. Daha sonra artıq ödənilmiş vəsait vergi ödəyicisinin bank hesabına köçürülür və vəsaitin bank hesabına köçürülməsi barədə Maliyyə Nazirliyi tərəfindən “vahid elektron lövhə”yə məlumat ötürülür. Ərizədəki məlumatlar düzgün olduğu halda vergi orqanı tərəfindən Rəy hazırlanaraq platforma üzərindən Maliyyə Nazirliyinə ötürülür. Maliyyə Nazirliyi tərəfindən Rəyə baxılaraq yerli xəzinədarlıq orqanına icraya yönəldilir və “vahid elektron lövhə”yə bu barədə məlumat ötürülür.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda fərdi sahibkarların sayı açıqlanıb

posted in: Xəbər | 0

nominal əməkhaqqı sahibkarların sayıBu il iyulun 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1,1 mln. keçib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

“Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib”, – hesabatda deyilir.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9%), Lənkəran-Astara (9,8%), Qazax-Tovuz (7,5%) və Mərkəzi Aran (6,8%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,7%-ni kişilər, 21,3%-ni isə qadınlar təşkil edib.


Mənbə: apa.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada ərzaq qiymətlərinin artımının yavaşlaması proqnozlaşdırılır

posted in: Xəbər | 0

Dünyada ərzaq qiymətlərinin artımının yavaşlaması proqnozlaşdırılır

İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı (İƏİT) BMT ilə birlikdə qida məhsullarının qiymətlərinin yavaşlamasını proqnozlaşdırıb. “Bloomberg” bunun tələbatın azalması və istehsal templərinin artması ilə əlaqədar olduğunu bildirib.

İƏİT və BMT-nin hesabatında deyilir ki, inflyasiya ilə tənzimlənən qida qiymətləri yaxın bir neçə il ərzində azala bilər və 2030-cu ilə qədər demək olar ki, dəyişməz qalacaq. Çünki taxıla və balığa olan tələbat bir qədər zəifləyib, xammal tədarükü isə yüksəlir.

Gözlənilir ki, yaxın onillikdə kənd təsərrüfatı məhsullarına tələbatın artımı ildə 1,2 faiz təşkil edəcək – bu isə ötən on ilə nisbətən bir faiz azdır. Öz növbəsində, infrastruktura, tədqiqatlara və mənbələrin savadlı şəkildə bölüşdürülməsinə sərmayə qoyulacağı təqdirdə, istehsal həcmi inkişaf etməkdə olan ölkələrin hesabına 1,4 faiz arta bilər. Bununla birlikdə, Şimali Amerika, Qərbi Avropa və Mərkəzi Asiyada istehsal ciddi ekoloji siyasət səbəbindən yavaşlayacaq.

Təşkilatlar hesab edirlər ki, qısamüddətli perspektivdə ölkələrin beynəlxalq səfərlərə məhdudiyyətləri aradan qaldırması və kənd təsərrüfatı işçilərinin bir çoxunun fermalara qayıdacağı zaman istehsal qaydaya düşəcəkdir.

Qida üçün dünya xərcləri son bir il ərzində doqquz illik maksimuma yüksəlib. Səbəblər arasında pandemiyanın yaratdığı böhran, Cənubi Amerikada quraqlıq səbəbiylə məhsul itkisi və Çin tərəfindən rekord taxıl alışları var. Hər şey çox sürətli şəkildə bahalaşıb: pitsa üçün xəmirdən tutmuş ət və kofeyə qədər. Ərzaq qiymətlərinin sıçrayışlı yüksəlişi, aclıq çəkənlərin sayının artması və bununla eyni zamanda inflyasiyanın daha yüksək templəri ilə birlikdə daha təhlükəlidir. Bu, pandemiyadan sonrakı bərpanı təmin etmək üçün bankları stimullaşdırıcı tədbirləri sərtləşdirməyə vadar edə bilər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyada pensiyaların artırılması üçün yeni verginin tətbiqi təklif olunub

posted in: Xəbər | 0

Rusiyada pensiyaların artırılması üçün yeni verginin tətbiqi təklif olunub

Rusiya şirkətləriPensiyaları artırmaq üçün faydalı qazıntıların çıxarılmasına yeni vergi tətbiq edilməlidir, həmin vergidən gələn vəsaitlər Pensiya fonduna daxil ediləməlidir. Bu haqda UR.RU saytına müsahibəsində Rusiya Ali sovetinin keçmiş sədri, Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri Ruslan Xasbulatov söyləyib.

“Hamı Pensiya fondunun gəlir mənbəyinin azlığından şikayətlənir. Amma faydalı qazıntıların qiymətləri durmadan yüksəlir və bundan xalq heç nə əldə etmir. Və əgər faydalı qazıntıların (neft, qaz, meşə, mədənlər və digər) hasilatına kiçik bir vergi, renta tətbiq olunarsa və həmin vəsaitlər məqsədyönlü şəkildə Pensiya fonduna istiqamətləndirilərsə, sözügedən fondun daimi gəlir mənbəyi olar. Xalq isə dolayısı ilə də olsa, yerin təkinin sahibi olardı. Pensiyaları da artırmaq olardı”, – Xasbulatov belə bir təkliflə çıxış edib.

O əlavə edib ki, belə bir tədbir pensiya yaşını artırmağa yönəlik 2018-ci il islahatını da ləğv etməyə kömək edə bilər. Onun fikrincə, bu islahat zərərlidir, çünki Rusiyada orta ömür müddəti, Avropadakından 10 il azdır.

Bundan əvvəl Rusiyanın Mərkəzi bankı aparıcı qeyri-dövlət pensiya fondları ilə birlikdə yeni bir pensiya islahatı hazırlamışdı. Bu rusiyalıları gələcək pensiyaların yığılması prosesində fəal iştirak etməyə təşviq etməlidir.

Yeni konsepsiyaya əsasən, pensiyaların hazırkı yığım hissəsi, artıq mövcud olan analoji mexanizmi tamamlayan qeyri-dövlət pensiya təminatı sisteminə çevrilməlidir. Beləliklə, Mərkəzi bank fərdi pensiya kapitalı və zəmanətli pensiya planı layihələrinin uğursuzluğuna baxmayaraq, hazırki sistem üzrə islahatlar aparmaq niyyətindədir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 735 736 737 738 739 740 741 2. 381