İqtisadiyyat Nazirliyi sahibkarlara xəbərdarlıq edib

posted in: Xəbər | 0

iqtisadiyyat nazirliyiNazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli ərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib.

Bu barədə İqtisadiyyat Nazirliyinin sahibkarlara ünvanladığı xəbərdarlıqda bildirilir.

Qurum bəyan edib ki, 1 sentyabr 2021-ci il tarixdən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və yaxud fiziki şəxlərin işçilərinin (əmək və yaxud mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80%-nin COVID-19-a qarşı I doza, 1 oktyabr tarixindən isə II doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir. Həmin iş və xidmət sahələrinə mülkiyyət formasından asılı olmayaraq, bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələri, topdan və pərakəndə ticarət, ictimai iaşə, mehmanxana, turizm, nəqliyyat xidmətləri daxil olmaqla ümumilikdə 40-dək fəaliyyət sahəsi aiddir. Həmin fəaliyyət sahələrinin tam siyahısı ilə Nazirlər Kabinetinin müvafiq qərarının əlavəsində tanış olmaq mümkündür.

Artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müvafiq sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin elektron qutularına maarifləndirmə xarakterli bildiriş göndərməyə başlayıb. Bildirilir ki, fəaliyyətləri işçilərinin peyvənd olunması (və ya immunitet sertifikatına malik olması) tələb edilən iş və xidmət sahələrinə aid olduğu halda, vergi ödəyiciləri bu məsələlərə xüsusi diqqət yetirməlidir.

Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Hüquqi şəxsin icarədən əldə etdiyi gəlirin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

Fiziki şəxsin uçotdan çıxarılmasıHüquqi şəxsin icarə gəlirləri sahibkarlıq fəaliyyətindən gəlir sayıldığına görə bu fəaliyyətlə əlaqədar onun vergi öhdəliyi yaranır. Mövzunu iqtisadçı Emin Salmanov şərh edir.

Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxslərin gəlirindən ödəmə mənbəyindən vergi tutulmur. Məcəllənin 104.1, 105.1-ci maddələrinin müddəaları nəzərə alınmaqla obyekti icarəyə verən hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli, hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir. Bununla yanaşı, hüquqi şəxsin icarə gəlirləri sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından, ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olsa, müəssisə illik mənfəət vergisi ilə yanaşı, aylıq icarə gəlirlərinə həm də ƏDV hesablamalıdır.

Misal: Büdcə təşkilatı inzibati binası olmadığından ƏDV ödəyicisi olan hüquqi şəxslə icarə müqaviləsi bağlamış və bağlanılmış müqaviləyə əsasən icarəyə götürən icarəyə verənə aylıq 21.500 manat icarə haqqı ödəyir. Bu halda hansı vergi öhdəlikləri yaranır və bu öhdəliklər kim tərəfindən icra olunur?

Qeyd edək ki, gəlirin əldə olunması ilə əlaqədar illik xərclər 32.000 manatdır.

21.500 x 12 = 258.000 manat

Bu məbləğdən gəlirin əldə olunması ilə əlaqədar xərc çıxılır:

258.000-32.000 = 226.000 manat
226.000 x 20% = 45.200 manat.

Deməli, həmin hüquqi şəxsin mənfəət vergisi 45.200 manat olacaq.

Bundan əlavə, yuxarıda qeyd edilən misalda əgər müqavilə hüquqi şəxslə deyil, VÖEN-i olan fiziki şəxslə bağlanılarsa, bu halda icarəyə götürən icarə məbləğindən 14 faiz dərəcə ilə ödəmə mənbəyindən vergini tutur, ödəyir və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim edir. Bu halda icarəyə verən VÖEN-i olan fiziki şəxs isə illik gəlir vergisi bəyannaməsini təqdim edərkən bəyannamənin 1203-cü sətrində icarə gəlirini qeyd edir. Lakin həmin məbləğdən bir dəfə ödəmə mənbəyində vergi tutulduğu üçün Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən, həmin məbləğ ümumi gəlirdən çıxılır və bəyannamənin 1224.6-cı sətri olan daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən ödəmə mənbəyində vergi tutulmuş gəlir sətrində icarə məbləği qeyd olunur ki, eyni məbləğ iki dəfə vergiyə cəlb edilməsin.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək və icra intizamının pozulmasına görə işçinin hansı intizam məsuliyyəti vardır?

posted in: sual-cavab, Xəbər | 0

Əmək və icra intizamının pozulmasına görə işçinin hansı intizam məsuliyyəti vardır?

İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:

a) töhmət vermək;

b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Malların təqdim edilməsi barədə

posted in: sual-cavab, Xəbər | 0

Malların təqdim edilməsi

Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.

Əsaslandırma: Vergi Məcəlləsinin 13.2.10-cu maddəsi.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 734 735 736 737 738 739 740 2. 400