ƏDV nədir və ilk dəfə bu vergi nə vaxt və hansı ölkədə tətbiq olunub (2-ci hissə)

posted in: Vergi, Xəbər | 0

ƏDV nədir və ilk dəfə bu vergi nə vaxt və hansı ölkədə tətbiq olunub (2-ci hissə)ƏDV

Fiskal tarix

Lorenin təşəbbüsü üçün daha bir tutarlı əsas da var idi. XX əsrin 50-60-cı illərində Qərbi Avropada sonradan Avropa İttifaqının yaradılmasından ötrü təməl rolunu oynayan ümumi bazarın yaradılması istiqamətində fəal işlər aparılırdı. Bu alyansa daxil olan ölkələr arasında qarşılıqlı iqtisadi münasibətləri rəsmiləşdirmək, xüsusilə də vergitutmanın bütün nüanslarını nizama salmaq lazım idi. Axı, əgər məhsul üçün komplektləşdiricilər bir ölkədə, onlar üçün materiallar digər ölkədə, istehsal olunurdusa, son məhsul isə üçüncü ölkədə buraxılırdısa, onda dövriyyədən vergi tutulmasından əsas gəliri həmin zəncirin sonunda olan ölkə alırdı.

Yeni əlavə dəyər vergisi, vergi gəlirlərini qarşılıqlı əlaqədə olan bütün tərəflər arasında kifayət qədər bölüşdürməklə yanaşı, yeni yükü də onun əsas ödəyicisi olan və qalmaqda savam edən son istehlakçının birbaşa nəzərindən “gizlətməyə”  də imkan verdi. İnsanpərvər Avropa üçün psixoloji amil iqtisadi amildən heç də az əhəmiyyət daşımırdı. Dolayı ƏDV malın və ya xidmətin qiymətində o dərəcədə etibarlı şəkildə gizlədilmişdi ki, azad bazar şəraitində onun real yekun dəyərini hesablamaq kifayət qədər çətindir.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Qısa sürən müzakirələrdən sonra Fransa hökuməti o zamankı fransız müstəmləkələrindən birində –  Kot-d’İvuarda yeni vergi tutulması sxemini “sınaqdan keçirmək” qərarına gəldi. Eksperiment o qədər uğurlu hesab olundu ki, artıq 1958-ci ildə Fransa ƏDV-ni öz vergi sisteminə daxil etdi, 1967-ci ildə isə Avropa iqtisadi ittifaqı Şurasının direktivi ilə əlavə dəyər vergisi, Avropada əsas dolayı vergi hesab olundu. Həmin sənəd Avropa Birliyinə daxil olan ölkələri beş il müddətində – 1972-ci ilin sonuna qədər qanunvericiliklə öz ərazisində iqtisadi fəaliyyət subyektləri üçün yeni yığımın təsdiq olunmasını tələb edirdi. Bu zaman milli hökumətlər həmin verginin dərəcəsini müstəqil müəyyən edə bilərdilər.

Qar üçün vergi

İndiyə qədər Avropa İttifaqının müxtəlif ölkələrində ƏDV dərəcəsi əhəmiyyətli dərəcədə fərqlənir. Ən yüksək ƏDV dərəcəsi İsveç, Danimarka və Norveçdədir –  25%. Bu verginin vətəni sayılan Fransada onun dərəcəsi ümumiləşdirilməyib və məhsul və ya xidmət qrupundan asılı olaraq fərqlənir. Məsələn, burada ayrı-ayrı ayrı dərmanlar üçün ƏDV cəmi 2,2%, ərzaq malları üçün 5,5%, dəbdəbəli və zinət əşyaları üçün isə 33% -ə qədər gəlib çata bilər. Bundan başqa, burada tibb, təhsil və sığorta sahəsində fəaliyyət göstərən müəssisələr, habelə ictimai və xeyriyyə təşkilatları ƏDV-dən tamamilə azaddırlar. Orta hesabla, əlavə dəyər vergisinin məbləği Fransada indi 20,6% təşkil edir.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Distant mühasibat kursunun seçilməsi

posted in: Xəbər | 0

Distant mühasibat kursunun seçilməsidistant mühasibat

Mühasib peşəsi həyatda kifayət qədər rahat işləmək imkanını təmin edir. Kommunikasiya texnologiyalarının nailiyyətləri sayəsində mühasibat diplomunu məsafədən də əldə edə bilərsiniz. Belə bir məqsədə nail olmaq üçün məzuniyyət almaq və qəbul olunmaq üçün sessiyaya hazırlamaq lazım deyil. Hazırda təhsilin bu variantına tələbat kifayət qədər yüksəkdir.

Distant mühasibat kursları

Bundan ötrü əla seçim vardır. Belə ki, Rusiyada bu ixtisas üzrə işləmək hüququ ilə diplom almağı təklif edən çoxlu sayda təhsil şirkəti vardır ki, onlar mühasiblər üçün məsafədən kurslar təşkil edirlər. Bu gün məsafədən mühasibat təhsili almaq üçün İnternetdən distant kurslarda mühasib peşəsinin tədrisi xidmətlərinin göstərilməsi ilə məşğul olan etibarlı bir şirkət tapmaq və onunla əlaqə qurmaq lazımdır.

Adətən belə kouçinq şirkətləri iqtisadi profilli ən böyük ali təhsil müəssisələrində mövcuddur. Bu kontekstdə “kouçinq” termini hər hansı peşənin əsaslarını əldə etmək prosesini nəzərdə tutur. Bu halda müəllimlərin ştatı konkret ali məktəbin müəllimlərinin hesabına komplektləşdirilib.

Mühasiblər üçün distant kursların qiyməti

Təhsil kursunun klassik versiyası 4 əsas bölmədən ibarətdir:

1.Müasir təsərrüfat və mühasibat uçotunun əsasları.

2.Kiçik biznes müəssisələrində mühasibat uçotu.

3.Kommersiya şirkətinin hesabatı.

4.Kiçik müəssisənin vergitutmasının əsasları.

Distant təhsil xidmətləri bazarında heç bir ciddi qiymət standartları yoxdur. Müxtəlif şirkətlərdə tariflər fərqlidir. Onların məbləği çox vaxt bir çox subyektiv amillərdən asılıdır, onlardan ən əsası müəllim heyətinin peşəkarlıq səviyyəsi hesab olunur. Məsələn, MDU-nun nəzdində fəaliyyət göstərən təhsil mərkəzinin qiymətləri ilə bağlı cədvəli nümunə gətirmək olar.

Proqram bölmələrinin dəyəri

Bölmələr Qiyməti (ƏDV-ə cəlb olunmur)
1.Müəssisənin idarə olunmasında təsərrüfat və mühasibat uçotu 3200 rubl (44 ABŞ dolları)
2.Kiçik müəssisələrdə mühasibat uçotunun aparılması 4400 rubl (60 dollar)
3.Kommersiya müəssisəsinin hesabatı 3000 rubl (40 dollar)
4. Kiçik müəssisənin vergitutmasının əsasları. 3000 rubl (40 dollar)

Proqramın qiyməti

Proqram Qiyməti (ƏDV-ə cəlb olunmur)
4 bölmənin eyni zamanda sifarişi 13 000 rubl (175 dollar)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlikdən sığorta ödənişinin təyin edilməsi

posted in: Xəbər | 0

İşsizlikdən sığorta ödənişinin təyin edilməsi

Əmək müqaviləsi qısaldılmış iş vaxtıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövzu ilə bağlı açıqlamasında sığorta ödənişini almaq hüququnun kimə aid olması məsələsinə aydınlıq gətirilib. Bu hüquq yalnız o sığortaolunanlara verilir ki, onlar dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Qanun ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış olsunlar.

“İşsizlikdən sığorta haqqında” Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrinə əsasən, sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir:

• işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 1 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – “İşsizlikdən sığorta haqqında” Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada;

• işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə –Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan minimum aylıq əməkhaqqı məbləğinə bərabər sığorta ödənişi məbləğində.

Əmək Məcəlləsinin 146-cı maddəsinə əsasən müəssisədə işin dayandırılması ilə əlaqədar qrup halında məzuniyyətə buraxılmış “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.2-ci maddəsində nəzərdə tutulmuş şəxslər üçün sığorta ödənişinə 1,2 əmsal tətbiq olunur.

Himayəsində 18 yaşa çatmamış uşaq olan (əyani təhsil alan tələbələr və şagirdlər təhsili bitirənədək, lakin 23 yaşından çox olmamaqla) “İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əsas sığorta ödənişinə “İşsizlikdən sığorta haqqında” Qanunla müəyyən olunmuş əlavə almaq hüququ vardır.

İlk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ vardır.

Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz.

Sığorta ödənişi almış şəxsə (“İşsizlikdən sığorta haqqında” Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq) növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur.

“İşsizlikdən sığorta haqqında” Qanunun 13.1.3-ci maddəsində göstərilir ki sığorta ödənişi almaq hüququ olan şəxslərə , (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2.b bəndinə əsasən işdən azad olunduqda) sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir:

– işsiz kimi qeydiyyata alındıqdan sonra əvvəlki ardıcıl 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 35 aydan çox şəxslərə qeydiyyata alındığı tarixdən 3 ay sonra Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan minimum aylıq əməkhaqqı məbləğində sığorta ödənişi məbləğində ödənilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nağdsız hesablaşma dedikdə hansı hesablaşmalar nəzərdə tutulur?

posted in: sual-cavab, Xəbər | 0

Nağdsız hesablaşma dedikdə hansı hesablaşmalar nəzərdə tutulur?

Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:

– bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;

– ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;

– birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

Əsaslandırılma: “Nağdsız hesablaşmalar haqqında Qanun”un 3.1-ci maddəsi.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 740 741 742 743 744 745 746 2. 400