Təsisçilərdən biri nizamnamə kapitalını ödəməsə, onun cəmiyyətdə iştirakına xitam verilə bilər?

posted in: sual-cavab, Xəbər | 0

icra nizamnamə kapitalıSual: Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cəmiyyət təsis edilərkən nəzərdə tutulmuş nizamnamə kapitalı nizamnamədə nəzərdə tutulmuş qaydada təsisçilərin bəziləri tərəfindən ödənilmədikdə, ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalını ödəməyən təsisçinin cəmiyyətdə iştirakına xitam verilə və cəmiyyətin nizamnamə kapitalı həmin təsisçinin ödənilməmiş payı miqdarında azaldıla bilərmi?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz.

Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz.

Həmin Məcəllənin 90.3-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir.

Həmin Məcəllənin 90.4-cü maddəsinə əsasən əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir.

Eyni zamanda bildiririk ki, ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalını ödəməyən təsisçinin cəmiyyətdə iştirakına xitam verilməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdır.

Yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.


Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (2-ci hissə)

posted in: Xəbər | 0

ABŞ-da maaşlar nə qədərdir? Amerikada minimal və orta əməkhaqqı (2-ci hissə)borc saxta dollar

Birləşmiş Ştatlar – bu, mühacirlər tərəfindən inşa edilmiş, insanlar üçün böyük imkanlar yaradan bir ölkədir. Dinamik inkişaf edən iqtisadiyyat, böyük əmək bazarı, layiqli maaşlar, bütün dünyada qiymət verilən yüksək həyat səviyyəsi və keyfiyyətli təhsil müxtəlif ölkələrdən olan insanların Amerikaya köçməsi üçün bir stimuldur. Lakin, köçməyə qərar verməzdən əvvəl, öz imkanlarınızı və işədüzəlmə şansınızı, eləcə də ixtisasınızı təmin edəcək əməkhaqqı səviyyəsini dərk edərəkdən qiymətləndirmək lazımdır.

Yuxarıda göstərilən belə vakansiyalardan birinə demək olar ki, ABŞ-ın istənilən şəhərində işə düzəlmək mümkündür. İşə düzələrkən, təhsil haqqında diplom təqdim etmək və ya hansısa xüsusi peşəkar bacarıqlara malik olmaq lazım deyil. Bununla yanaşı yadda saxlamaq lazımdır ki, ofisiant, qab-qacaq yuyan, dalandar, xadimə, kassir və ya anbardar işi fiziki dözümlülük tələb edir, o səbəbdən belə ağır əməyə heç də hər bir insan tab gətirə bilmir.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Həmçinin onu da qeyd etmək lazmdır ki, postsovet ölkələrində olan şirkətlərdən fərqli olaraq, ABŞ -da işçi, karyera yüksəlişi üçün yaxşı perspektivə malik olur. Satıcı və ya kassir kimi işə başlayan əməkdaşların zaman keçdikcə ticarət şəbəkələrinin top-menecerlərinə çevrildiyi bir çox hallar məlumdur.

Təhsili olduğu halda mühacirin yüksək ödənişli və prestijli vakansiyanı tutmaq şansı vardır. ABŞ-da peşə hazırlığının olmasını tələb edən ən məşhur peşələr bunlardır:

  • tibb personalı (tibb bacıları);
  • ibtidai məktəb müəllimləri;
  • maşınqayırma sahəsində mütəxəssislər;
  • IT- mütəxəssisləri;
  • mühəndislər;
  • riyaziyyatçılar;
  • analitiklər;
  • mühasiblər;
  • menecerlər;
  • tərcüməçilər;
  • ekoloqlar.

ABŞ-da səhiyyə sahəsində daha çox tələbolunan və yaxşı ödəniş edilən iş yerinə, ən çox vakansiya ilə tibb bacısı (tibb qardaşı) peşəsi başçılıq edir. Mürəkkəb iş şəraiti və intensiv iş cədvəli yerli sakinləri bir o qədər də cəlb etmıdiyindən, əcnəbilərə işə düzəlmək üçün yaxşı şans verir. Bu vəzifə, müraciət edənlərdən tibb üzrə bakalavr dərəcəsi tələb edir, praktiki təcrübə təşviq olunur.


Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İri dövlət şirkətlərinin yarıdan çoxu ötən ilin maliyyə hesabatını verməyib

posted in: Xəbər | 0

maliyyə hesabatıAzərbaycanda mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən 13 iri dövlət şirkətinin – açıq və qapalı səhmdar cəmiyyətlərinin 8-i 2020-ci il üzrə maliyyə hesabatını açıqlamayıb.

Bu, “Report”un apardığı araşdırma nəticəsində məlum olub.

Söhbət “Azərbaycan Sənaye Korporasiyası”, “Azərxalça”, “Azəristiliktəchizat” və “Azərkontrakt” ASC-lərdən, eləcə də “AzerGold”, “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən gedir.

Qalan 5 iri dövlət şirkəti – “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, “Azərenerji”, “Azərişıq” və “Azərsu” ASC-lər, eləcə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ötən ilin maliyyə hesabatını verib. Bunlardan isə “Azərenerji” və “Azərsu” 2020-ci ili zərərlə, qalanları isə mənfəətlə başa vurub.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən icbari ödənişlərin hesablanması

posted in: Xəbər | 0

torpaq vergisiVergi Məcəlləsinin 102.1.4-cü maddəsinə uyğun müəyyən edilən güzəştlərdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna edilir. Bəs müavinətlərin hesablanması necə aparılır? Mövzuya iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

“Sosial Sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirməyə görə sığortaedənin vəsaiti hesabına verilən müavinət və məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri sosial sığorta haqqı hesablanmasından azaddır. Bundan əlavə, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunların tələblərinə görə, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanmır.

Misal: Tutaq ki, əsas iş yeri dövlət müəssisəsi olan işçiyə 600 manat müavinət hesablanıb. Həmin müavinət məbləğinin 380 manatı işəgötürən, 220 manatı isə DSMF tərəfindən ödəniləcək. İşəgötürən Vergi Məcəlləsinin 102.1.6-ci maddəsində nəzərdə tutulan güzəşti nəzərə almaqla ödəyəcəyi müavinət məbləğinə 25,20 manat ((380-200) x 14 faiz) gəlir vergisi hesablayır.

DSMF də öz növbəsində 220 manatdan 30,80 manat (220 manat x 14 faiz) gəlir vergisi hesablayaraq işçiyə ödəniləcək müavinətdən tutur və işçiyə 189,20 manat (220 manat – 30,80 manat) ödəniş edir. DSMF hesabına ödəniləcək gəlir vergisi haqqında məlumat, onlar tərəfindən təqdim olunan “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində hesablanan vergi bəyannaməsi”ndə qeyd edilir.

Analıq məzuniyyətindən icbari ödənişlərin tutulmasına gəlincə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri gəlir vergisindən azaddır.

“Sosial sığorta haqqında” Qanunda məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərə aid edilib.

“İşsizlikdən sığorta haqqında” Qanunda göstərilir ki, işsizlikdən sığorta ödənişləri müavinətlərə şamil edilmir.

Beləliklə, hamiləliyə və doğuma görə hesablanan müavinət məbləği DSMF tərəfindən işçiyə tam şəkildə ödənilməlidir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 743 744 745 746 747 748 749 2. 400