Rusiyada pensiyaların artırılması üçün yeni verginin tətbiqi təklif olunub

posted in: Xəbər | 0

Rusiyada pensiyaların artırılması üçün yeni verginin tətbiqi təklif olunub

Rusiya şirkətləriPensiyaları artırmaq üçün faydalı qazıntıların çıxarılmasına yeni vergi tətbiq edilməlidir, həmin vergidən gələn vəsaitlər Pensiya fonduna daxil ediləməlidir. Bu haqda UR.RU saytına müsahibəsində Rusiya Ali sovetinin keçmiş sədri, Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin dünya iqtisadiyyatı kafedrasının müdiri Ruslan Xasbulatov söyləyib.

“Hamı Pensiya fondunun gəlir mənbəyinin azlığından şikayətlənir. Amma faydalı qazıntıların qiymətləri durmadan yüksəlir və bundan xalq heç nə əldə etmir. Və əgər faydalı qazıntıların (neft, qaz, meşə, mədənlər və digər) hasilatına kiçik bir vergi, renta tətbiq olunarsa və həmin vəsaitlər məqsədyönlü şəkildə Pensiya fonduna istiqamətləndirilərsə, sözügedən fondun daimi gəlir mənbəyi olar. Xalq isə dolayısı ilə də olsa, yerin təkinin sahibi olardı. Pensiyaları da artırmaq olardı”, – Xasbulatov belə bir təkliflə çıxış edib.

O əlavə edib ki, belə bir tədbir pensiya yaşını artırmağa yönəlik 2018-ci il islahatını da ləğv etməyə kömək edə bilər. Onun fikrincə, bu islahat zərərlidir, çünki Rusiyada orta ömür müddəti, Avropadakından 10 il azdır.

Bundan əvvəl Rusiyanın Mərkəzi bankı aparıcı qeyri-dövlət pensiya fondları ilə birlikdə yeni bir pensiya islahatı hazırlamışdı. Bu rusiyalıları gələcək pensiyaların yığılması prosesində fəal iştirak etməyə təşviq etməlidir.

Yeni konsepsiyaya əsasən, pensiyaların hazırkı yığım hissəsi, artıq mövcud olan analoji mexanizmi tamamlayan qeyri-dövlət pensiya təminatı sisteminə çevrilməlidir. Beləliklə, Mərkəzi bank fərdi pensiya kapitalı və zəmanətli pensiya planı layihələrinin uğursuzluğuna baxmayaraq, hazırki sistem üzrə islahatlar aparmaq niyyətindədir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron ticarət əməliyyatından hansı hallarda ƏDV hesablanmır?

posted in: Xəbər | 0

gəlir vergisi elektron ticarətMüasir həyatın reallıqlarından biri də elektron ticarətin dinamik inkişafı, gündəlik məişətimizə daxil olmasıdır. Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı aktual məsələlərdən birinə iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 169.3-cu maddəsinin ikinci hissəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə görə elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər ƏDV məqsədləri üçün vergitutma obyekti hesab edilmir.

Misal 1. Vətəndaş plastik kartından istifadə etməklə, “Wizz Air” travel şirkətindən Bakı-Budapeşt reysinə 150 avro dəyərində bilet alıb, həmçinin Vyanada otel xidməti üçün 300 avro ödəniş edib. Bu halda elektron ticarət üzrə əməliyyatdan ƏDV hesablanmır.

Misal 2. Vətəndaş “Facebook” səhifəsində reklam yerləşdirdiyi üçün kart hesabından 50 avro xidmət haqqı ödəməlidir. Bu zaman vergi agenti olan kredit təşkilatı 9 avro ((50 avro x 18 faiz)) ƏDV hesablayacaq və vətəndaşın kart hesabından tutaraq dövlət büdcəsinə ödəyəcək.

Misal 3. Vətəndaş elektron ticarət qaydasında bank kartı ilə ödəniş edərək Türkiyənin “Trendyol” firmasından 2 köynək alıb. Bu zaman mallar fiziki şəxs tərəfindən alındığı üçün ƏDV məbləği hesablanmır.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşəgötürənin məsuliyyətsizliyinin işçiyə faydaları

posted in: Xəbər | 0

İşəgötürənin məsuliyyətsizliyinin işçiyə faydaları

Şerman aktı

Məlum olduğu kimi Azərbaycan Respublikasında işçi və işəgötürən arasında yaranan fərdi əmək mübahisələrinə baxan qurum olan Dövlət Əmək Müfəttişliyinin son açıqladığı məlumata görə işəgötürənlər tərəfindən işçiyə ödənilməyən 90 min manatın ödənişi bərpa edilib. Bu məlumat özlüyündə işəgötürən məsuliyyətsizlikləri ilə qarşılaşılan halların ölkə üzrə kifayət qədər olmasını deməyə əsas verdiyi kimi işçilərin də hüquqlarını müdafiə edən rəsmi qurumların fəaliyyətini görməyə əsas verir.

Bu yazımızda işəgötürənlərin məsuliyyətsizliklərinin işçilərə faydalarından bəhs edəcəyik.

  1. Əmək haqqının gecikdirilməsi – Hər bir əmək müqaviləsi üzrə işçi ilə işəgötürən arasında əmək haqqının verilməsi müddəti müəyyən edilir. İşəmuzd və ya günəmuzd ödəmə hallarına uyğun olaraq işəgötürənlər razılaşdırılmış müddət üçün işçiyə əmək haqqını vaxtında ödəmək öhdəliyi daşıyır. Bəzi hallarda isə işəgötürənin məsuliyyətsizliyi nəticəsində əmək haqqı gecikdirilir. Bu zaman isə işəgötürən tərəfindən gecikdirilmiş hər gün üçün əmək haqqının azı 1%-i məbləğində ödəniş işçiyə ödənilməlidir. Bu hal fərdi əmək mübahisəsi yaratdıqda isə fərdi mübahisə kimi müraciətə baxılır.
  2. Məzuniyyət haqqının vaxtında ödənilməməsi – qanunvericiliyə əsasən məzuniyyətə görə orta aylıq əmək haqqı məzuniyyətin başlamasına azı 3 gün qalmış ödənilməlidir. Əgər işçi ilə bağlanmış müqavilədə yaxud kollektiv müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, işçiyə məzuniyyətə görə ödənilən əmək haqqı məzuniyyət başlanandan sonra gecikdirilməklə ödənilərsə, işçinin tələbi ilə məzuniyyət gününün başlanğıcı pulun ödəniş günündən sayıla bilər.
  3. Əmək kitabçasının vaxtında qaytarılmaması – İşçi ilə işəgötürən arasında əmək müqaviləsinə xitam verildiyi sonuncu iş günü işəgötürən işçiyə son haqq-hesabı ödəməli və əmək kitabçasını təqdim etməlidir. Buna baxmayaraq işçiyə vaxtında əmək kitabçası işəgötürənin təqsiri üzündən təqdim edilməzsə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta aylıq əmək haqqı ödənilməlidir.
  4. Boşdayanma – İşəgötürənin təqsiri səbəbindən istehsalın, axın xətti və işin dayandırılması baş verərsə, işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilməz. Bu hallarda işəgötürən işçilərə boşdayanma olmasına baxmayaraq işçi üçün müəyyən edilmiş dərəcənin vəzifə (tarif) maaşının 2/3 hissəsindən az olmayaraq ödənilir. Bu məbləğin ödənilməsi üçün işçinin boşdayanmanın başlanması barədə işəgötürənə və ya iş yeri üzrə rəhbərinə xəbərdarlıq vermək öhdəliyi müəyyən edilmişdir.

Bu yazımızda əsas kimi işəgötürənin təqsiri və ya məsuliyyətsizliyinin işçiyə ola biləcək faydalarımdan bəhs etsək də, əlavə olaraq bir hal üzrə işçinin kompensasiya hüququndan bəhs edəcəyik.

* İstehsalat qəzası və ya peşə xəstəliyi – bu kimi gözlənilməz hallarla əlaqədar işəgötürən icbari qaydada işçiyə dəyə biləcək zərərlərin kompensasiya olunması üçün sığorta etdirməlidir. İşəgötürənin təqsiri səbəbindən istehsalat qəzası və ya peşə xəstəliyi baş verərsə, bu halda işəgötürən işçiyə yaxud ölümü halında ailə üzvləri yaxud himayəsində olan şəxslərə kompensasiya ödəmək öhdəliyi daşıyır. Qeyd edək ki, əgər işəgötürən əvvəlcədən bu hallara görə icbari sığorta olunubsa, bu zaman kompensasiya ödəmək öhdəliyi sığorta şirkətinə ötürülmüş olacaq.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Qırmızı ürəklər” 2021-ci il ərzində minlərlə insana müxtəlif yardımlar edib

posted in: Bank, Kapital Bank, Xəbər | 0

“Qırmızı ürəklər” 2021-ci il ərzində minlərlə insana müxtəlif yardımlar edib

“Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu ölkə üzrə xeyriyyəçilik işlərini davam etdirərək, minlərlə insana müxtəlif yardımlar edir. 2021-ci ilin ilk 6 ayı ərzində 800 nəfərdən artıq Qarabağ müharibəsi qazisinə ümumilikdə 500 min manat məbləğində dəstək göstərilib. Onlara birdəfəlik maddi yardımlarla yanaşı tibbi dəstək, təmir-tikinti işləri, bayramlarda hədiyyə, məişət texnikasının alınması kimi ehtiyacları fond tərəfindən qarşılanıb.

Cari ilin aprel-may ayları fondun təşkilatçılığı ilə “Vətən Bağı” layihəsi həyata keçirilib. Layihə çərçivəsində 1-ci və 2-ci Qarabağ müharibələri zamanı hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağaclar əkiləcək. Hələlik Kürdəmir, Saatlı, Qəbələ və Neftçala rayonlarında olan ağacəkmə aksiyaları zamanı 900-ə yaxın ağac əkilib. Payız mövsümündə analoji tədbirlər digər rayonlarda da keçiriləcək. Ağacəkmə aksiyası PAŞA Holdinqin, Kapital Bank-ın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə həyata keçirilib.

Bundan başqa 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Kapital Bank ilə birgə Daun sindromlu şəxslər üçün “Hər şey mümkündür!” sosial aksiyası keçirilib. Layihə zamanı Daun sindromlu uşaqlar üçün qurama, modellik, inklüziv hərəkət və rəqs, rəsm və gil sənəti, ippoterapiya və pizza hazırlanması kimi təlimlər təşkil edilib. 20 nəfər Daun sindromlu uşaq və yeniyetmənin iştirak etdiyi təlimlərlə bağlı qısa video çarx da hazırlanıb – https://youtu.be/KnSmpgpiArI. Layihə Ukraynada keçirilən “Kyiv International Advertising Festival”da iki nominasiya üzrə bürünc medal qazanıb.

İndiyədək “Qırmız ürəklər” tərəfindən 3000-dən artıq əsgər qazi ailəsinə müxtəlif yardımlar göstərilib. Könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər qrup tərəfindən ölkənin 50-dən artıq rayonunda xeyriyyə aksiyaları təşkil edilib, yüzlərlə  aztəminatlı ailələrə yardım göstərilib. Yeni il ərəfəsində isə “Qəhrəmanlarımızın övladları bizə əmanətdir” aksiyası çərçivəsində bütün şəhid övladlarına bayram hədiyyələri təqdim edilib. Bütün sadalanan işlərə 1,5 milyon manatdan artıq vəsait xərclənib.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Xeyriyyə Fondu kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 746 747 748 749 750 751 752 2. 392