Əsas vəsaitlərin uçotdan silinməsinin ƏDV-yə cəlb olunması

posted in: Xəbər | 0

Əsas vəsaitlərin uçotdan silinməsi ƏDVƏsas vəsaitlərin uçotdan silinməsi əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan əməliyyatdır. Bu əməliyyatın icrası ilə bağlı vergi ödəyicilərində sual doğuran məqamlara iqtisadçı Anar Bayramov aydınlıq gətirir.

Malların, fövqəladə hallardan başqa, itməsi, əskik gəlməsi, xarab olması ƏDV-yə cəlb olunan əməliyyat sayılır. Bundan əlavə, malların tam amortizasiya olunmadan uçotdan silinməsi də ƏDV-yə cəlb edilir.

Misal 1: Tutaq ki, fərdi sahibkar 2018-ci ilin may ayında dəyəri 1800 manat olan kompüter alarkən 324 manat ƏDV ödəyib.

1800 x 18% = 324 manat

2018-ci il üzrə 450 manatlıq amortizasiya hesablandığı üçün malın qalıq dəyəri 1350 manatdır. 2019-cu ilin iyun ayında fərdi sahibkar həmin kompüterin təmirinə çox vəsait tələb olunmasını əsas gətirərək, silinməsinə qərar verir. Bu zaman iyun ayının hesabatında 243 manatlıq ƏDV qeyd olunmalıdır.

1350 x 18% = 243 manat.

Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Misal 2: Tutaq ki, fərdi sahibkar 2016-cı ildə dəyəri 800 manat olan kompüterin alınması üçün 144 manat ƏDV ödəyib.

800 x 18% = 144 manat

2017-ci və 2018-ci illərdə müvafiq olaraq 200 manat və 150 manat amortizasiya hesablandığından 2019-cu ildə qalıq dəyəri 450 manat olub.

800 x 25% = 200 manat

(800-200) x 25% = 150 manat.

Vergi ödəyicisi həmin əsas vəsaitin balansdan silinməsinə qərar verən zaman Vergi Məcəlləsinin tələbinə uyğun olaraq, qalıq dəyəri 450 manat olduğu üçün kompüterin tam amortizasiya olunmasına əsas verir və 2019-cu il üzrə qalıq dəyərinə, yəni 450 manata ƏDV hesablanmır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin rejiminin müddəti uzadıldı

posted in: Xəbər | 0

Xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadıldı

COVID-19 pasportuKoronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

22.07.2021-ci il tarix bir sıra bəyannamələrin təqdim edilməsinin SON GÜNÜDÜR 

posted in: Xəbər | 0

Vahid elektron lövhə22.07.2021-ci il tarix aşağıdakı bir sıra bəyannamələrin təqdim edilməsinin SON GÜNÜDÜR.

2021-ci ilin İyun ayı üzrə:

–  “Əlavә dәyәr vergisinin bәyannamәsi”

–  “Aksiz bәyannamәsi”

–  “Mədən vergisinin bəyannaməsi”

–  “Yol vergisi bəyannaməsi”


2021-ci ilin II rübü üzrə:

–  “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” (Vahid hesabat)

–  “Sadәlәşdirilmiş verginin bәyannamәsi”

–  Ödəmə mənbəyində tutulan digər vergilər

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü təqvimdə istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

VÖEN-siz fəaliyyət göstərən fiziki şəxslərin xidmət haqqından tutulmalar

posted in: Xəbər | 0

VÖEN-siz fəaliyyət göstərən fiziki şəxslərin xidmət haqqından tutulmalar

VÖENVergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar  ödəmə mənbəyində vergini  tutmalı və hesabatı təqdim etməlidir. Bəs həmin şəxslərin vergi və sosial ödənişlərinin məbləği necə hesablanır? Suala mühasibat mütəxəssisi Emin Salamov aydınlıq gətirir.

Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin mülki hüquqi müqavilələrlə göstərdikləri xidmətlərə görə gəlirlərindən tutulmalar Vergi Məcəlləsinin və “Sosial sığorta haqqında” Qanunun müvafiq maddələri ilə tənzimlənir:

Misal: 1 iyul 2021-ci il tarixində vergi orqanında uçotda olmayan fiziki şəxslə büdcə təşkilatı arasında aylıq 1000 manat dəyərində mülki-hüquqi xidmət müqaviləsi bağlanıb. Bu zaman fiziki şəxsin vergi və sosial tutulmaları necə hesablanılacaq?

Vergi Məcəlləsinin 101.1-3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, Məcəllənin 101.1-1-ci maddəsinə uyğun olaraq fiziki şəsin aylıq gəliri 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat+2500 manatdan çox olan məbləğin 25 faizi həcmində vergi tutulur. Mülki-hüquqi xidmət müqaviləsi bağlanarkən əmək kitabçası açılmasına ehtiyac olmadığı və həmin müqavilə üzrə iş əsas iş yeri sayılmadığı üçün aylıq gəlirdən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan 200 manat çıxılma edilmir.
Yuxarıda göstərilən misalda aylıq gəlirdən məcburi dövlət sosial sığorta haqqı “Sosial Sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq aylıq gəlirin 25%-i həcmində tutulur:

S/n Aylıq gəliri

(manat)

Gəlir vergisi MDSS 25% İşsizlikdən sığorta İcbari tibbi sığorta Cəmi tutulmalar Karta köçürülən məbləğ
1 1000,00 140,00 250,00 0,00 20,00 410,00 590,00

Mülki-hüquqi xidmət müqaviləsi bağlanılarkən aylıq gəlirdən “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.4-cü maddəsinə uyğun olaraq aylıq gəlirin 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı hissəsindən 1 faiz icbari tibbi sığorta haqqı tutulur.
Büdcə təşkilatında əmək müqaviləsi bağlamaq şərtilə işçinin aylıq gəlirindən vergi və sosial tutulmaları isə belə hesablanır:

 

S/n Aylıq gəliri Gəlir vergisi MDSS 3% İşsizlikdən sığorta 0,5% İcbari tibbi sığorta 2% Cəm tutulmalar Karta köçürülən məbləğ MDSS 22% (işə götürən) İşsizlikdən sığorta 0.5% (işə götürən) İcbari tibbi sığorta 2% (işə götürən)
1 1000,00 112,00 30,00 5,00 20,00 167,00 833,00 220,00 5,00 20.00

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 744 745 746 747 748 749 750 2. 392