Hansı halda dividendlər vergidən azad edilir?

posted in: Xəbər | 0

Dividend güzəştləriDividendlərin vergidən azad edilməsi sahibkarların gəlir və xərclərinin uçotunun aparılması istiqamətində stimullaşdırıcı addımlardan hesab olunur. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 218-1.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər vergidən azaddır.

Vergi Məcəlləsi ilə müəyyən olunan qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır. Burada diqqət yetirilməli məqam odur ki, bu güzəşt Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlir və xərclərinin uçotunu aparan rezident müəssisənin təsisçisi (payçısı) və ya səhmdarları olan hüquqi şəxslərin dividend gəlirlərinə tətbiq olunur.

Misal: “AA” müəssisəsi xərclərinin uçotunu aparmır, ancaq yekunda dividend gəlirlərinin vergidən azad olunması hüququndan istifadə edir. Vergi nəzarəti tədbirləri zamanı xərclərin uçotunun aparılmadığı müəyyən olunur. Bu halda azadolma qüvvədən düşmüş hesab ediləcək, dividend kimi ödənilən məbləğə ödəmə mənbəyində 10 faiz vergi tətbiq olunmaqla yanaşı, vergidən yayınma və xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyaları da tətbiq olunacaq.

Vergi Məcəlləsində edilən dəyişikliklər yolu ilə gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı tələblər sərtləşdirildiyindən və bu istiqamətdə maliyyə sanksiyaları nəzərdə tutulduğundan gəlirin və xərcin uçotu qaydası ilə bağlı bəzi vacib məsələləri qeyd etmək istəyirik. Vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu Vergi Məcəlləsinə və mənsub olduqları fəaliyyət növünü nəzərə almaqla Azərbaycan Respublikası Prezidentinin “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 19 aprel 2017-ci il tarixli və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 16 iyun 2017-ci il tarixli fərmanlarına uyğun olaraq aparmalıdırlar.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxslərin zərərləri növbəti illərə keçirilə bilərmi?

posted in: sual-cavab, Xəbər | 0

Fiziki şəxslərin zərərləri növbəti illərə keçirilə bilərmi?

Mühasib olmaq Vakansiya Əmək haqqı üzrə Mühasib

Fiziki şəxslərin zərərlərinin növbəti ilə keçirilə bilməsi barədə:

Fiziki şəxsin sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin ümumi gəlirdən artıq olan hissəsi fiziki şəxsin digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər.

Əsaslandırılma: Vergi Məcəlləsinin 121.2-ci maddəsi.


Mənbə: sosial.gov.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Türkiyədə kino biletlərinə görə tamaşaçılardan vergi tutulmasının dayandırılma müddəti uzadılıb

posted in: Vergi, Xəbər | 0
zəlzələ vergisiTürkiyə Respublikası Prezidentinin sərəncamı ilə ölkədə “əyləncə vergisi” kimi tanınan kino biletlərinə görə tutulan vergiyə sıfır dərəcənin tətbiqi müddəti 2022-ci il may ayının 31-dək uzadılıb.

Qeyd edək ki, qardaş ölkənin qanunvericiliyinə əsasən, biletlə giriş olan yerlərdə tamaşaçılar biletin qiymətinin 10 faizi qədər vergi ödəyirlər. Sirk, lunapark, musiqili bağça kimi əyləncə yerlərində isə bu verginin dərəcəsi 20 faizə qədər artır.

Türkiyədə yerli və xarici filmlərin nümayişi üçün tutulan əyləncə vergisinin dərəcəsi əvvəlcə 2021-ci il mayın 31-dək sıfıra endirilmişdi. Sonradan bu müddət iyul ayının sonuna qədər uzadıldı. Prezidentin yeni bir fərmanına əsasən isə yerli və xarici filmlərə baxmaq istəyənlər gələn il may ayının sonuna qədər əyləncə vergisi ödəməkdən azad ediliblər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vətən müharibəsi qəhrəmanlarına gəlir vergisi üzrə əlavə güzəştlər verilib

posted in: Vergi, Xəbər | 0

gəlir vergisiPrezident İlham Əliyevin 2021-ci il 12 iyul tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin qanunla Vergi Məcəlləsinin 102-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, bundan sonra Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərinə münasibətdə gəlir vergisi üzrə güzəşt müəyyən edilib.

Belə ki, qanun qüvvəyə mindikdən sonrakı dövrdə Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının aylıq muzdlu fəaliyyətdən əldə etdikləri gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.6 maddəsində nəzərdə tutulmuş vergi güzəşti ilə yanaşı, əlavə olaraq həmin şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.
Hazırda Vətən müharibəsi qəhrəmanlarının bir qismi əmək fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan, son dəyişiklik dövlət və neft sektorunda çalışan belə şəxslərin muzdlu işdən gəlirləri üzrə vergi yükünün azalmasına gətirib çıxaracaq.

Bununla yanaşı, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan və aylıq əməkhaqqı 8000 manatadək olan şəxslərin isə muzdlu işdən aylıq gəlirləri 2019-cu il yanvarın 1-dən 7 il müddətinə gəlir vergisindən ümumiyyətlə azaddırlar. Qanunvericilikdə təsbit edilmiş və Vətən müharibəsi qəhrəmanlarına müddətsiz olaraq verilən bu güzəşt Vergi Məcəlləsində muzdlu fəaliyyətdən əldə edilən gəlirlərə münasibətdə tətbiq olunan ən böyük vergi güzəştlərindən biridir.

Bu gün ölkəmizdə aparılan sosial siyasətin başlıca istiqamətlərindən biri şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Vergi qanunvericiliyində edilmiş son dəyişiklik torpaqlarımızın işğaldan azad olunması uğrunda igidlik göstərən və tarixi missiyanın öhdəsindən uğurla gələn mübariz qəhrəmanlarımıza dəstək prosesinin bir hissəsidir.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 748 749 750 751 752 753 754 2. 392