Dənizkənarı Bulvar İdarəsi auditor seçib

posted in: Xəbər | 0

Dənizkənarı Bulvar İdarəsi auditor seçib

Auditor

Dənizkənarı Bulvar İdarəsi özünün və tabeliyindəki təşkilatların (4 təşkilat) 2020-ci il dekabrın 31 tarixinə olan maliyyə hesabatlarının və konsolidə edilmiş maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Abak-Az Crovve LTD” MMC-dir.

Qalib şirkətə 4,8 min manat ödəniləcək.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qısaldılmış iş vaxtı kimlərə şamil edilir?

posted in: Xəbər | 0

Əmək müqaviləsi qısaldılmış iş vaxtıƏmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilib ki, “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı” nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli Qərarına əsasən siyahıda qeyd edilən iş yerlərində müvafiq peşə və vəzifələrdə çalışan işçilərə 36 saatdan çox olmayan iş vaxtı tətbiq edilir. “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı” nın təsdiq edilməsi barədə 2003-cü il 12 avqust tarixli Qərarına əsasən siyahıda qeyd edilən iş yerlərində müvafiq peşə və vəzifələrdə çalışan işçilərə 36 saatdan çox olmayan iş vaxtı tətbiq edilir.

“Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında” 2001-ci il 22 iyun tarixli Qanuna əsasən dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.

Əmək Məcəllənin 159 maddəsinin ikinci hissəsində göstərilir ki, bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.

Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsi bağlanılarkən sınaq müddəti

posted in: Xəbər | 0

Əmək müqaviləsiDövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənin əsas hüquqlarından biri – əmək müqaviləsi imzanarkən sınaq müddətinin təyin olunması barədə açıqlama verib.

Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarından biridir.

Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi bağlanılarkən sınaq müddəti, sınaq müddəti müəyyən edilməyən hallar, işə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası aşağıdakı maddələrdə öz əksini tapıb:

Əmək Məcəlləsinin 51-ci maddəsində sınaq müddəti ilə bağlı bildirilir:

1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir.

2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Əmək müqaviləsi bağlanılarkən Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, aşağıdakı hallarda sınaq müddəti müəyyən edilmir:

– yaşı 18-dən az olan şəxslərlə;

– müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

– hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

– təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

– ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

– iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

– tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.

İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası isə Əmək Məcəlləsinin 53-cü maddsində aşağıdakı kimi tənzimlənir:

1. Sınaq müddəti bitənədək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

2. Sınaq müddəti bitənədək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilməsi halı Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndində də öz əksini tapmışdır. Müvafiq maddədə bildirilir ki, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Vergi Xidməti büdcə proqnozuna 124% əməl edib

posted in: Xəbər | 0

Vahid elektron lövhə bəyannamələrin təqdim edilməsiBu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 4 342 milyon manat vəsait daxil olub.

Maliyyə Nazirliyinə istinadən xəbər verilir ki, bu, proqnoza nisbətən 851,6 milyon manat və yaxud 24,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat və yaxud 8,4% çoxdur.

Yarım illik vəsaitin 73,1 %-i və yaxud 3 175,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 1 il əvvələ nisbətən 276,2 milyon manat və yaxud 9,5% çoxdur.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 751 752 753 754 755 756 757 2. 400