Həyatın yığım sığortasında hesablanan gəlir vergisi üzrə güzəşt məbləği necə nəzərə alınır?

posted in: sual-cavab, Xəbər | 0

Həyatın yığım sığortası gəlir vergisi güzəşt məbləğiSual: Məlum olduğu kimi, Vergi Məcəlləsinin (VM) 102.1.8-ci bəndinə əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənildikdə gəlir vergisindən azaddır. Şirkət dövlət sektoruna aiddir və İşçi VM-in 102.4-cü maddəsinə əsasən 100 manat, VM-in 102.1.6 maddəsinə görə əmək haqqısı 2500 manatdan aşağı olduğuna görə 200 manat güzəştə sahibdir. İşçinin gəlir vergisi üzrə güzəşti varsa, (Məs.: VM-in 102.4-cü maddəsinə əsasən 100 manat və 102.1.6-cı maddəsinə əsasən 200 manat) həmin məbləğ çıxılandan sonra, qalan məbləğin 50 faizi həyat yığım sığortasına göndərilməlidirmi?

Məsələn, İşçinin həyat yığım sığortasına göndəriləcək məbləğ müəyyən ediləndə, bütün güzəştlər çıxıldıqdan sonra qalan məbləğin 50%-i həyat yığım sığortaya yönəldilir, yoxsa güzəştlər əmək haqqından çıxılmadan 50% əmək haqqı məbləğini həyat yığım sığortaya köçürə bilərik?

Əgər – İşçi 2000 manat əmək haqqı alır və VM-in 102.4 madəsinə əsasən əməkdaş 100 manat və VM-nin 102.1.6 madəsinə əsasən 200 manat (əmək haqqısı 2500 manatdan aşağı olduğuna görə ) güzəşt məbləğinə sahibdir. Bu halda 2000 manatdan 300 manat çıxılmalı (200 manat +100manat) və qalan 1700 manat məbləğin 850 manat hisssəsi (yəni 50%) həyat yığım sığortasına köçürülür və digər 850 manat gəlir vergisinə cəlb edilir?

Yoxsa, 2000 manatın 50 faizi olan 1000 manat həyat yığım sığortasına köçürülür, qalan 1000 manat məbləğdən VM-nin 102.4-cü və VM-nin 102.1.6-cı maddələrinə əsasən 300 (200 manat+100 manat) çıxılır və yerdə qalan 700 manat məbləğ gəlir vergisinə cəlb edilir?

Cavab: Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır. Müraciətinizdə qeyd olunanlara əsasən, qeyd olunan işçinin vergiyə cəlb olunan gəliri 1700 manat hesab olunur. Eyni zamanda nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əsas vəsaitlərin uçotdan silinməsinin ƏDV-yə cəlb olunması

posted in: Xəbər | 0

Əsas vəsaitlərin uçotdan silinməsi ƏDVƏsas vəsaitlərin uçotdan silinməsi əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan əməliyyatdır. Bu əməliyyatın icrası ilə bağlı vergi ödəyicilərində sual doğuran məqamlara iqtisadçı Anar Bayramov aydınlıq gətirir.

Malların, fövqəladə hallardan başqa, itməsi, əskik gəlməsi, xarab olması ƏDV-yə cəlb olunan əməliyyat sayılır. Bundan əlavə, malların tam amortizasiya olunmadan uçotdan silinməsi də ƏDV-yə cəlb edilir.

Misal 1: Tutaq ki, fərdi sahibkar 2018-ci ilin may ayında dəyəri 1800 manat olan kompüter alarkən 324 manat ƏDV ödəyib.

1800 x 18% = 324 manat

2018-ci il üzrə 450 manatlıq amortizasiya hesablandığı üçün malın qalıq dəyəri 1350 manatdır. 2019-cu ilin iyun ayında fərdi sahibkar həmin kompüterin təmirinə çox vəsait tələb olunmasını əsas gətirərək, silinməsinə qərar verir. Bu zaman iyun ayının hesabatında 243 manatlıq ƏDV qeyd olunmalıdır.

1350 x 18% = 243 manat.

Vergi Məcəlləsinin 114.8-ci maddəsinə əsasən, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Misal 2: Tutaq ki, fərdi sahibkar 2016-cı ildə dəyəri 800 manat olan kompüterin alınması üçün 144 manat ƏDV ödəyib.

800 x 18% = 144 manat

2017-ci və 2018-ci illərdə müvafiq olaraq 200 manat və 150 manat amortizasiya hesablandığından 2019-cu ildə qalıq dəyəri 450 manat olub.

800 x 25% = 200 manat

(800-200) x 25% = 150 manat.

Vergi ödəyicisi həmin əsas vəsaitin balansdan silinməsinə qərar verən zaman Vergi Məcəlləsinin tələbinə uyğun olaraq, qalıq dəyəri 450 manat olduğu üçün kompüterin tam amortizasiya olunmasına əsas verir və 2019-cu il üzrə qalıq dəyərinə, yəni 450 manata ƏDV hesablanmır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin rejiminin müddəti uzadıldı

posted in: Xəbər | 0

Xüsusi karantin rejiminin müddəti sentyabrın 1-dək uzadıldı

COVID-19 pasportuKoronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

22.07.2021-ci il tarix bir sıra bəyannamələrin təqdim edilməsinin SON GÜNÜDÜR 

posted in: Xəbər | 0

Vahid elektron lövhə22.07.2021-ci il tarix aşağıdakı bir sıra bəyannamələrin təqdim edilməsinin SON GÜNÜDÜR.

2021-ci ilin İyun ayı üzrə:

–  “Əlavә dәyәr vergisinin bәyannamәsi”

–  “Aksiz bәyannamәsi”

–  “Mədən vergisinin bəyannaməsi”

–  “Yol vergisi bəyannaməsi”


2021-ci ilin II rübü üzrə:

–  “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” (Vahid hesabat)

–  “Sadәlәşdirilmiş verginin bәyannamәsi”

–  Ödəmə mənbəyində tutulan digər vergilər

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü təqvimdə istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 752 753 754 755 756 757 758 2. 400